Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:00 - 22.01.2019  
BÜRCÜNÜZ – 14 sentyabR
Tarix: 14-09-2018, 07:43 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər.

Buğa – Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz.

Əkizlər – İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar.

Xərçəng – Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.

Şir – İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.

Qız – Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar.

Tərəzi – Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var – istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.

Əqrəb – Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun – lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz.

Oxatan – Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə” meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər.

Oğlaq – Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.
Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər.

Dolça – Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər.

Balıqlar – Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun. (Milli.Az)

Xəbər 544 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Rusiya və Çin kanalına müsahibə verib
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb
3 vəkilin fəaliyyətinə "son", 1-nə töhmət
Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi
Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"
Tanınmış futbolçu karyerasını başa vurub
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
Gəncədə "Unutmuruq!" aksiyası keçirilib
Prezident Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şuşanın icra başçısı Trampın avtomobilində gəzir - FOTO
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11308] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00687] calend [0.00041] topnewsend [0.00334] rsssend [0.00000] ehgend [0.00510] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09624]