Tanrı möcüzəsi Türkün dilidir - ŞEİR

  • 11 sen 2018, 20:35

...Kəhər atlarımın dırnaqlarından
Qopan daşlar belə türkcə danışır.
O mavi səmanın ənginliyindən
Uçan quşlar belə türkcə danışır.

Əlçatmaz zirvələr, keçilməz dağlar,
Yaxınlar, uzaqlar türkcə danışır.
Kükrəyən dənizlər, sısqa bulaqlar,
Çiçəklər, yarpaqlar türkcə danışır,
Türk varan torpaqlar türkcə danışır!

Yarıb neçə-neçə qaranlıqları -
Ruhundan yol alan bir gündüzü var.
Fəth edib əlçatmaz ucalıqları!
Hər yerdə, hər yerdə Türkün sözü var.

***

Şirin layla səsi, telli saz səsi,
Qolça qopuz səsi Türkün dilidir!
Haqqa əsgər olan Uca Millətin
Əbədi nəğməsi Türkün dilidir!

Gah həzin, axıcı... 
bir bulaq kimi,
Gah alov püskürər gur ocaq kimi...
Dillər arasında durub dağ kimi!
Dillərin zirvəsi Türkün dilidir!

Hər sözü İlahi -
Cana can gəlir,
Hər sözün içində bir ümman gəlir...
Ruhu göydən gəlir, səmadan gəlir
Tanrı möcüzəsi Türkün dilidir.

Elçin Mirzəbəyli
#dilimizəsahibçıxaq

Oxşar xəbərlər