Azad Rəhimovun oğlu eşşək belində - Fotolar

  • 09 sen 2018, 09:29
Artıq tez-tez önümüzə sürülən "filan ölkənin naziri işə velisopedlə gedir, bizimkilər isə” nağılı tarixə qovuşmuşdur. Onların velisopedli nazirləri varsa, bizim də eşşək belində nazir oğlu var.
Gənclər və idman naziri Azad Rəhimovun oğlu, "Baku City Circuit”in icraçı direktoru Arif Rəhimovun sosial mediada paylaşdığı fotolar maraq doğurub. Belə ki, həmişə bahalı maşınlarda görməyə alışdığımız nazir oğlu eşşək belində şəklini paylaşıb.
Daha sonra dəvələrlə də şəkil çəkdirən A.Rəhimov deyəsən, dəvə minməyə risk etməyib.
Sosial mediada geniş müzakirəyə səbəb olan fotoları sizinlə paylaşırıq. Eyni zamanda qeyd etmək istərdik ki, bu fotolar bahalı maşınlarda paylaşdığı videolardan daha çox bəyənilib. / mənbə - yeniçağ.az/
Demokratik.Az
Oxşar xəbərlər