“Səni deyirlər”, amma onları demirlər – VİDEOFİLM

  • 09 sen 2018, 09:16

Rəqslər milyon illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə yer tutan sevilən qədim incəsənət növüdür. Tibbi bioloji baxımdan da rəqs etmək sağlamlıq üçün olduqca faydalıdır. O, insanın ruhunu canlandırır və emosional gərginliyi götürür.

Son günlər kifayət qədər populyarlıq qazanan "Səni deyirlər” rəqsi bütövlükdə müsbət qarşılansa da, bəzi insanların qıcığına səbəb olub. Amma bu rəqsdə qıcıq yaradacaq, mənfi təsir göstərəcək qeyri-normal, qeyri-etik heç nə yoxdur. Və ünumiyyətlə rəqs etməyi qəbahət, eyib iş saymaq düzgün yanaşma deyil. Rəqs etmək qəbahət sayılsaydı dünyanın siyasi liderləri kameralar qarşısında xoş əhval yaradan bədən hərəkətlərindən yəqin ki, imtina edərdilər. İndi özünüz də bunun şahidi olacaqsınız. Nədənsə "səni deyirlər”, amma onları heç demirlər. 


Oxşar xəbərlər