Profillərdə "dədə şəkli axtaran" - SƏN KİMLƏRİN COCUĞUSAN?

  • 23 avq 2018, 14:26

Zaman sürətlə dünya düzənini dəyişdiyi kimi, insanların düşüncə və yaşam tərzinə də öz mənfi təsirini göstərir. Dünən öz tarixi kökünə, milli - mənəvi və mədəni dəyərlərinə sevərək bağlanan adam, gün keçdikcə özündən başqa hər kəsə, hər şeyə inkaredici nifrətlə yanaşır. Tarixi dəyərlər müasir şüur halında öləziyir, müqəddəslərə ənənəvi anlayışlar dəyişir, bütün bunlar da kompüterin imkanları daxilində sosial şəbəkələrdə gələcək nəslin yaddaşına hopur. Ağrılı yanı o ki, təhlükəli dəyişim orta nəslin küt düşüncəliləri ilə transfarmasiyaya uğrayır, dəyərsizliyə yuvarlanma prosesi getdikcə sürətlənir...

Çox fəlsəfi dərinliyə düşməyəcəm, batacağımdan qorxuram.

Bir neçə gün öncə facebook-da rastlaşdığım statusla bağlı bir məqamdan, mənadan yazacağam. Statusdan özümə bir pay düşməsəydi, bəlkə də, boş verəcəkdim. Amma qələminin mürəkkəbi primitiv və yuvarlaq pafoslar doğuran 40 yaşlı bir jurnalistin ədasına, atmacasına və dayaz düşüncəsinə aydınlıq gətirməliyəm.

Adını çəkməyəcəm ki, mövzu yüngülləşməsin və həmən kəsin sosial yüngüllüyü də ağırlaşmasın. Beləcə, bir "fb terrorçusu" saatlı bombalar kimi düzdüyü qıcıqverici bir statusunda ortaya atmaca atır və kimlərinsə facebook profillərini "süzgəc" edərək, qeyri-mədəni ittihamlarla adəti üzrə bir-iki cümləlik "məsləhət" yazır. Yazdığı cümlələrdən də sitat gətirməyə lüzum yoxdur deyə düşünürəm. Çünki yazdıqları özündən savayı kimsəyə lazım deyil, mən isə oxuduğumdan özümə çatan paya cavabımı zatən ifadə edirəm. Və bəri başdan sual edib cavabını da verirəm.

Profillərdə "dədə şəkli axtaran" - SƏN KİMLƏRİN COCUĞUSAN?

BELƏLİKLƏ, PROFİLİMDƏ İLLƏRDİR NURU PAŞANIN ŞƏKLİ DURUR. kİ, BUNUN DA BƏLLİ SƏBƏBİ VAR. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI YOLUNDA TÜRK SÜNGÜSÜ İLƏ MİLLƏTİMƏ YARDIM EDƏN, 1918-Cİ İLDƏ AZƏRBAYCANDA QUDURMUŞ ERMƏNİ ALÇAQLARINI ZƏRƏRSİZLƏŞDİRƏN, ANDRANİKİN QULAĞINI KƏSƏN BİR TÜRK GENERALINA SAYĞIMI HEÇ OLMAZSA FB PROFİLİMDƏ İFADƏ ETMİŞƏM. 

ANLAŞILAN BƏZİ KÜTBAŞLAR PROFİLDƏ TARİXİ DƏYƏR DAŞIYAN ŞƏXSİYYƏTLƏRİN ŞƏKİLİNƏ XOR BAXIR. HƏTTA BİRİ DÜŞÜNÜR Kİ, PROFİLDƏ HƏR KƏS ÖZ DƏDSİNİN ŞƏKLİNİ TƏBLİĞ ETSƏ YAXŞIDIR. BU NƏ CILIZ, NƏ ZAVALLI ÖVLAD DÜŞÜNCƏSİDİR GÖRƏSƏN?..
DOĞMA DƏDƏLƏRİN ŞƏKLİNİ PROFİL ETMƏYİ MƏSLƏHƏT GÖRƏN(LƏR)Ə DEYİRƏM - NURU PAŞA SƏNİN DƏ DƏDƏNDİR, SADƏCƏ YAZIQSAN Kİ, XƏBƏRİN YOXDUR, COCUQ!...
AXI, DƏDƏLİK TƏKCƏ ANANLA YATIB SƏNİN DOĞULUŞUNA SƏBƏB OLAN KİŞİDƏKİ KƏRAMƏTDƏ DEYİL. DƏDƏ BƏZƏN MƏNƏVİ OLUR, ÜMUMMİLLİ OLUR...
ƏSL DƏDƏLİK MİLYONLARLA XALQA KEŞİK ÇƏKƏN, ONU MUTLU EDƏN KİŞİLƏRİN (NURU PAŞANIN) ƏMƏLLƏRİNDƏ VƏ QAYĞISINDA DAHA ƏZƏMƏTLİDİR. BELƏ YANAŞANLAR DAHA YAXŞI ANLAYIR DƏDƏ ANLAMINI, İNDİ ÖZÜN DÜŞÜN - TARİXİ KEŞMƏKEŞLƏRDƏN KEÇİB GƏLƏN AZƏRBAYCANDA SƏN KİMLƏRİN COCUĞUSAN?..TƏKCƏ BİOLOJİ ATANAMI DƏDƏ DEYİRSƏN? COCUQ...
TARİXİ DƏDƏLƏRİNİ TANIMAYAN NANKORLAR "MÜASİR" BİCBALALARDIR...
ƏGƏR KİMİNSƏ MƏNƏVİ DÜNYASI YOXDURSA, TARİXDƏKİ ƏSL MƏNƏVİ DƏDƏLƏRİN, ATALARIN HƏRARƏTİNİ HİSS ETMƏYƏCƏK - ONLAR MƏNƏVİYYATI ÖLMÜŞ YETİMLƏRDİR...

BU QƏDƏR SADƏ...

Başqasının profillərində dədə axtarmaqdansa, Azərbaycan tarixini dərindən oxumaq, dədəliyi danılmaz şəxsiyyətlərin ruhundan qidalanmaqla təbliğ etmək ən doğru olandı...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər