Qazaxda bayraq sevgisi ölümü üstələdi - ERMƏNİ ŞOKDA

  • 23 avq 2018, 00:20

Vətənpərvərin vətəninə, millətinə, bayrağına duyduğu sevgi öz həyatından üstün olar. Bəzən ürəyində gəzdirdiyin bu əzəmətli və əvəzolunmaz sevgini ifadə etmək üçün, başqalarına isə bir nümunə göstərməyin üçün sənin bircə anlığa ölümlə üz-üzə dayanmağın yetərlidir. Əgər biri bunu erməni gülləsindən qorxmadan Azərbaycanın üçrəngli bayrağı naminə edirsə, öləcəyini bilə-bilə düşmən səngərinin önündə divara dırmanıb bayrağını səliqəyə salırsa bunun bircə adı var - qəhrəmanlıq!

Ötən gün Cəbhənin Qazax istiqamətində təhlükəsizlik üçün çəkilmiş daş hasarın üzərinə sancılmış Azərbaycan Bayrağını səliqəyə salan Fərid İbrahimov da artıq qəhrəmandır. Onun bayrağa olan sevgisi ölümünü belə üstələyib. Həmyerlimizin atdığı bu addım düşmən səngərində ermənilərə şok yaşadıb.

Bu cəsarətin qarşısında həmin bayrağın tezliklə Qarabağımızda dalğalanağına ümid edirik.

Bu vətənpərvərlik ruhumuzun daha bir qələbəsidir - URA! /Osman Nərimanoğlu/

"Demokratik.Az" maraqlı videonu təqdim edir:


Oxşar xəbərlər