Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR

  • 19 avq 2018, 11:47

Qax rayonunda qeyri-adi görünüşə malik olan heyvan tapılıb.

Bu barədə "Report”un Şimal-qərb bürosuna heyvanı öz evində tapan rayon sakini Sərxan Osmanov məlumat verib.

O, təmirlə məşğul olarkən evin çardaq hissəsində belə bir qeyri-adi canlı ilə rastlaşdığını bildirib. Rayon sakini söyləyib ki, heyvan baş hissədən siçana bənzəyir, quyruq tərəfdən isə dələkimilər fəsiləsinə aiddir.

"Bu heyvanı evin tavanından tutmuşam. Belə bir heyvanı ilk dəfə görürəm. Qeyri-adi görünüşə malik olan heyvanın uzunluğu təqribən 25 santimetr, quyruğunun uzunluğu isə 10 santimetrdən çoxdur. Adi siçanlarda quyruq hissə tüksüz və nazik olur. Ancaq bu heyvanda quyruq tüklü və qalındır” – deyə Sərxan Osmanov bildirib.

Oxşar xəbərlər