Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?

  • 18 avq 2018, 09:23

Artıq Qurban bayramına sayılı günlər qalıb. Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da bayram günlərində qurbanlar kəsiləcək.

Bu günlərdə ən çox verilən suallardan biri budur ki, qurban kəsmək kimin üçün vacib, kimlər üçün isə vacib hesab olunmur?

İlahiyyatçı Emil Rahiloğlu mövzuya bu cür şərh bildirdi: "Həcc ziyarətində qurban kəsmək vacibdir. Lakin Həcc ziyarətində olmayan şəxslərin də qurban kəsməsi savabdır, müstəhəbdir. Lakin bu onlara vacib deyil. Doğrudur, bizlərdə "qonşudan qalma geri” prinsipi və yaxud imkan olmayan şəxslər də istəyir ki, o da qurbanlıq heyvan alınmasında iştirak etsin, onun da bu məsələdə payı olsun. Yəni, bir növ Qurban bayramının şərəfinə qurban kəsirlər. Lakin bunların heç bir vacib deyil. Eyni zamanda imkanın olmadan, özünü çətinliyə salıb qurbanlıq almaq da doğru deyil. Əksinə, imkanlı şəxslər qurbanı kəsib həmin o imkansız şəxslərə verməlidir. Yəni qurbanın Allah dərgahında daha fəzilətli şəkildə qəbul olunması fəqir insanların o qurban ətinin payından istifadə etməsidir”.

Oxşar xəbərlər