Ərdoğan yeddinci dəfə baba oldu

  • 18 avq 2018, 00:02

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın yeddinci nəvələri dünyaya gəlib.

"Anadolu” xəbər verir ki, Nəcməddin Bilal və Reyyan Ərdoğan cütlüyünün üçüncü övladları bu gün səhərə yaxın doğulub.

Medipol Mega Bağcılar xəstəxanasında doğulan və Fatima Serra adı verilən körpə qızın və anasının səhhətinin yaxşı olduğu bildirilir./Virtualaz.org/

Oxşar xəbərlər