Tramp sabiq köməkçisinə “it” dedi

  • 15 avq 2018, 09:25

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyumanın memuarları dərc olunduqdan sonra Ağ Evin sahibi "Twitter” səhifəsində müəllifi kəskin tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, şərhlərin birində Tramp sabiq köməkçisinə "it” deyib. Qeyd edək ki, ötən ilin dekabrında Maniqol-Nyuman Ağ Ev aparatının rəhbəri Con Kelli tərəfindən işdən qovulmuşdu.

 

 

"Dəli, ağlayan miskin şəxsə fasilə verdikdən sonra onu Ağ Evdə işlə təmin edirsinizsə, düşünürəm ki, bu elə belə işləmir. General Kellinin bu iti işdən qovması əla təşəbbüsdür”, – Tramp "Twitter”də yazıb.

Bundan öncə, avqustun 13-də, Omaros Maniqol-Nyuman NBC telekanalına Donald Trampla Kellinin onun işdən qovulmasını müzakirə etdikləri söhbətin səs yazısını təqdim etmişdi.



 

Oxşar xəbərlər