Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:09 - 23.10.2018  
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
Tarix: 12-08-2018, 01:27 | Bölmə: Xəbərlər » Maraqlı

"Qarabağ TV"- nin təqdimatında Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı əsirlərə qarşı törədilmiş erməni vəhşiliyini əks etdirən ilk videoroliki yayılıb.

"Demokratik.Az"-ın məlumatına görə, videomaterialda erməni vəhşliklərini göstərən süjetlər və məlumatlar AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, tanınmış alim, siyasi fəlsəfə doktoru Zaur Əliyevin "Erməni işgəncə növləri" adlı məqaləsi əsasında hazırlanıb. 

Videonu hazırlayan isə Ramin Əliyevdir.

"Demokratik.Az" "Erməni işgəncə növləri" adlı videoroliki və daha təfərrüatlı məlumatlandırma məqsədilə eyniadlı məqaləni oxuculara təqdim edir:


"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX"Bu yazını hazırlamaq olduqca çətin idi. Müharibə dəhşətləri görmüş, Xocalı soyqrımı qurbanlarını öz gözləri ilə görən bir şəxs olaraq hər cümləni yazdıqca o illəri yaşayırdım. Tam olaraq yazıda erməni vəhşətini ortaya qoymaq olduqca çətin idi. Yazıda qeyd edilənlər şahidlərin ifadəsi, MTN-nin məlumatları, "Əsir və İtkin Düşmüş, Girov Götürülmüş "Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARXVətəndaşlarla Əlaqədar Dövlət Komissiyası”nın hesabatları, müharibə iştirakçıları, erməni müəlliflərinin yazdıqlarına əsaslanır. Bəzi şahidlərin və mənbələrin xahişi ilə onların adı tam olaraq açıqlanmır.

Yazıda ermənilərin əsir düşən və girovluqda olan azərbaycanlılara qarşı törətdikləri işgəncələri ardıcıllıqla sizlərə təqdim edirik. Bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr bizim xalqın yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına gətirilib. Onların yaşadıqları əzab və çəkdikləri əziyyətləri sizin də oxumağınız və düşməni tanımağınız üçün bunu yazmalı oldum.

Dəyənək, armatur və digər dəmir alətlərin əsirlərin anus dəliyinə yeridilməsi: Bu vəhşilik əsasən Şuşa türməsində saxlanılan əsgərlərin başlarına gətirilirdi. Misal üçün bu gün Ermənistanda mühüm dövlət postlarından birini tutan Samvel Babayanın "sevimli” işgəncə növüdür. Bakı şəhərindən olan Rauf adlı şəxsə qarşı edilən bu vəhşilik əsrilikdən azad edildikdən sonra onun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olmuşdur.

Hamilə qadınların qarınlarının cırılaraq uşaqların ordan çıxarılması: Ermənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, onun bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.

Zorlama: Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınları növbə ilə zorlayır, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına dözə bilməyən anası özünü kəndirlə boğaraq, digəri isə işləməyə aparılanda yaba ilə özünü öldürmüşdür. Əsir azərbaycanlı qızların içərisində bakirə olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edilirdi.

Bir-birləri ilə cinsi əlaqəyə məcbur edilmə: Azərbaycanın əsgər və əsir düşmüş mülkü vətəndaşlarını bir- birləri ilə cinsi əlaqəyə məcbur edən ermənilər onları kamera ilə çəkirdilər.

Siçovul yuvası: Əsirin əl – ayağını bağlayıb, dəmir vedrəyə oturdub, bağlayır və içərisinə diri siçovul qoyurlar. Vedrənin arxasın deşib siçovlun keçə biləcəyi dəlik saxlayır və əsiri həmin dəliyin üstə saxlayırlar. Sonra vedrəni qızdırırlar və içəridə istidən əriyən siçovul əsirin anus dəliyinə girərək onun daxili orqanlarını yeyir və çölə çıxır. Bu cəza növünü əsasən Suriya və Livan erməniləri edirlər.

Qulağa güllə: Əsirin əllərin qolların ağaca bağlayır və qulağın iplə dartırlar. Bir güllə ilə qulağı dağıdan erməniyə pul mükafatı verirlər.

Odda yandırmaq: Bir neçə əsiri, qollarından hündürdən asaraq, ayaqları altında tonqal qalamaq, isti suda diri-diri yandırmaq, quyuya ataraq üstünə dizel yaxud benzin tökərək yandırmaq, dəmir boruya salıb oda atmaq, taxtaya bağlayıb od vurmaq və sairə formada yandırmaq.

"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX   

 

 

 

 

 

 

 

Qurban kəsmək: Ermənilər əsir düşən azərbaycanlıları bayramlarında, ölən əsgərlərinin və yaxınlarının məzarlarının üstündə qurban kəsirdilər. İlk olaraq dəyənək və zopa ilə döyüb, sonra qollarını yana açaraq əvvəl birini, sonra da o birini balta ilə kəsib, sinəsini yararaq ürəyini çıxardırdılar. Xəncər və balta ilə birdəfəyə əsirin boynun vurmaqdan mərcə girənlər, tam boynu kəsilməyən əsirlərin xırıltı ilə ölümünə baxırdılar.

Mismarlamaq: Əsirlərin əllərini və ayaqlarını taxta parçasına mismarlayır, başlarına mıx vururlar. Ən "sevimli” oyunları əsirin əllərini ağaca bağlayır və pnevmotik mismar vuran aparatla onun beynini, gözünü, ürəyini nişan alırdılar.

Sidik və nəcis yedirtmək: Ermənilər əsirləri ac və susuz saxlayır və onları sidiklərindən içməyə məcbur edirdilər. Ac qalanların qarşısında nəcislərin ifraz edib əsirlərə yedirdirdilər.

Bayraq öpmə: Erməni və Azərbaycan bayrağını asır, günlərlə ac qalan əsirləri öz bayraqlarını öpməyə və Azərbaycan bayrağına tüpürməyə məcbur edirdilər. Əməl etməyini döyür, qolunu-qıçını sındırırdılar.

Şüşə və mıx yemə: Əsirləri ac saxlayır və onlara şüşə, mıx, digər dəmir parçaları yeməyə məcbur edirdilər. Sağ qalana yemək verir , öləni isə ayaqyoluna atırdılar.

İt əvəzinə saxlamaq: Əsirləri imkanlı ermənilər alıb öz bağlarında, evlərində it damında saxlayır, boğazlarına zəncir taxır və it kimi durmağa və hürməyə məcbur edirdilər. Bəzən "it döyüşü” keçirir və mərcə girirdilər. Etiraz edəni döyüb, oda atırdılar.

İtlərə yem etmək: Əsirləri sıraya düzür, hasara çəkilən əraziya salır və təlim keçmiş itləri onların üstünə buraxırdılar. İtlər əsirləri parça-parça edirdi.

Qulaqdan qumar: Əsir düşənləri sırya düzür və onların qulaqlarını kəsərək qumar oynayırdlar. Daha çox qulaq "qazanan” istədiyi məbləği almaq hüququ əldə edirdi.

Diş çıxarma: Onların qızıl dişin kəlbətinlə dartıb çıxardır,yaxud da avtomatın qundağı ilə döyərək sındırırdılar. Əsirləri Azərbaycan meyitlərinin ağzından qızıl dişlərini çıxartmağa və qəbrləri açdıraraq ölmüş insanların ağızlarındakı qızıl dişləri onlara gətirməyə məcbur edirdilər.

İynə: Əsir düşənlərin bədənlərinə benzin, dizel, spirt və digər naməlum tərkibli məhlular vuraraq onları şikəst edirdilər.

Orqan satışı: Əsir düşənlərin daxili orqanlarını əməliyat edir və xarici ölkələrə satışın həyata keçirirdilər.

Ölülərə həqarət: Ermənilər ölən əsirlərin meyitlərini ayaqyoluna atır, donuzlara yem edir və hətta onların ətin bişirdib əsirlərə yedizdirirdilər.

Kəndirlə bağlama: Əsirin ayaq hissəsi ilə boyun hissəsini iki qatlayaraq bağlayır və əsir ikiqatlanmış halda 24 saat durmağa məcbur edilirdi.

Qutuya salmaq: Əsirlər xırda sandıq və qutulara salınır, orada 3 gün qalmağa məcbur edilirdi.

Yaralılara əzablar: Əsir düşən yaralı əsirlərin yarası üzərinə kislota, benzin, qaynanmış yağ və sairə tökürdülər. Ağrı törətmək və ya təcrübə məqsədilə cərrahiyyə əməliyyatı aparırdılar.

Göz çıxartma: Qızdırılmış əsgər bıçağı ilə əsirlərin gözləri çıxardılır və itlərə yem edilirdi.

Qorxu: Qadın və uşaqların üzərinə ilanlar, hörümçəklər, siçanlar və sairə heyvan və həşaratlar salır , onların qorxu və qışqırtılarına baxır ,əylənirdilər.

Dırnaqların çıxarılması və dərinin soyulması: Əsirləri sıraya düzür və dırnaqlarını dartıb qopardırdılar. Sonra dərilərini ülgüclə soyurdular.

Sürülmə: Əsirləri maşınların arxasına bağlayır və şəhər boyu sürüyürdülər. Bəzən tankın qabağına lüt Azərbaycan qızı bağlayır ,onun əlinə erməni bayrağı verirdilər.

Asmaq: Əsirin qaldırıcı kranla boğazından asır, bir az saxlayıb yerə endirir və bu formada gün ərzində "əylənirdilər”.

Çöp: əsirlər yatmasın deyə göz qapaqlarına kibrit qoyurdlar. Və bu formada ğözlərini açıq saxlamağa məcbur edilirdilər.

Danışmaq qadağası: Əsirlərin bir-biri ilə danışmaması üçün dillərini iplə bağlayırdılar. Əsir gecəni dili dəmirə bağlı halda qalmağa məcbur olurdu.

Kərpiç: Qadının döş uclarına və döşlərinə iplə kərpiç bağlayır və belə bir neçə saat durmağa məcbur edilirdi.

Saçlarından asılmaq: Qadın və qızları saçlarından otağın ortasından lüt formada asır və onun bədəninə tüpürürdülər.

Kişilikdən mərhum etmə: Kişilərin cinsiyyət üzvündən ipə bağlanmış daş asır və beləcə bir neçə saat qalmağa məcbur edilirdi.

Baş presi: Əsirin çənəsi düz bir yerə qoyulur və başının üzərindən dəmir bir kəmər keçirilir. Yavaş-yavaş sıxışdırılan əsirin əvvəl dişləri qırılır ardından da bütün baş əzilir.

Bu siyahını artırmaq da olar. İşgəncə Qurbanlarının Müdafiəsi Təşkilatı hazırda dünyada daha çox yayılmış və müxtəlif vaxtlarda bir neçə dəfə tətbiq edilmiş işgəncə növlərinin siyahısını tərtib edib. Ermənilərin azərbaycanlılara qarşı etdikləri siyahıdan iki dəfə çoxdur. Əsirlikdə olan Azərbaycan vətəndaşları dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalıblar. Əsirlikdən azad olunmuş vətəndaşlarımızın şahid olduqları hadisələr dözülməz və danılmazdır. Ermənilər birbaşa və aşkar surətdə "Hərbi əsirlər ilə rəftar haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT Baş Assambleyasının "İtkin düşmüş şəxslər” adlı 18 dekabr 2002-ci il tarixli qətnaməsini, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinin, həm də Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsini, Birləşmiş Millətlər Təşkilatı İşgəncələr və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanı və sairəni pozmuşlar.
Bu yazıda əgər kimlərinsə ürəyini ağrıtdımsa, onları ağlamağa və acı xatirələri yada salmağa məcbur etdimsə,hər birindən üzr istəyirəm. Əsas hədəfim düşmənimizin iç üzünü bir daha oxuculara və xarici ölkələrin vətəndaşlarına çatdırmaqdır.
Zaur Əliyev
AMEA-nın əməkdaşı,
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,
Siyasi fəlsəfə doktoru

 

Demokratik.Az

Xəbər 3451 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19345] initstartout [0.00017] initstartin [0.00090] calstart [0.02627] calend [0.00064] topnewsend [0.00427] rsssend [0.00000] ehgend [0.00938] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15109]