Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:47 - 18.02.2019  
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Tarix: 9-08-2018, 09:08 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun.

Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun.

Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz.

Buğa – sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır.

Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin.

Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun.

Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın.

Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil.

Əkizlər – zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var.

İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.
Təmkinli, səbrli olun, emosiyalara uymayın.

Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz.

Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək.

Xərçəng – yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun.

İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.
Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir.

Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın.

Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.
Səhhətiniz barədə düşünün.

Şir – qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq.

Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin.

Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır.

Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz.

Qız – həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın.

İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.
Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin.

Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.
Axşam saatlarında istirahət edin.

Tərəzi – emosional gündür. İndi əsas məsələ "arxa cəbhə”ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır.

Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin.

Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir.

Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.
Axşam saatlarında yaxşıca istirahət edin.

Əqrəb – gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin.

Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.
Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin.

Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil.

Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin.

Oxatan – işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin.

Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.
İşlərin gedişatı sizi narazı sala bilər.

Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın.

Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.
Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır.

Oğlaq – bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin.

Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.
Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz.

Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.
Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər.

Dolça – ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin.

Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.
Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın.

İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.
Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin.

Balıqlar – səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər.

Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq.

Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.
Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin.

Axşam saatlarında dincəlin. (Milli.Az)

Xəbər 649 dəfə oxunub






Oxşar xəbərlər

“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın planı?
Əfv Komissiyası daha bir iclas keçirdi
"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
Zahid Oruc STM-in sədri təyin edilib - SƏRƏNCAM
Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə
KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər… – Bəs 10 il ərzindəki 100 milyon hara getdi? (ARAŞDIRMA)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17741] initstartout [0.00027] initstartin [0.00153] calstart [0.01525] calend [0.00066] topnewsend [0.00415] rsssend [0.00000] ehgend [0.03804] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11694]