Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:50 - 21.01.2019  
ULDUZ FALINIZ – 2 avqust
Tarix: 2-08-2018, 08:13 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın.

Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin.

Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız.

İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar.
Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin.

Süst olmayın.

Buğa – ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin.

Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın.

Alış-verişdə yalnız zəruri əşyaları alın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Əkizlər – genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz.

Müzakirələr üçün əlverişli zamandır.

Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin.

Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun.

Xərçəng – günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın.

Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil.

Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər.

Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Şir – xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın.

Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz.

Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır. Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın.

Qız – retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin.

Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun.

Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın.

 

Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var.

Tərəzi – önəmli istiqaməti intuitiv olaraq seçə bilərsiniz. Cari işlərə ciddi diqqət ayırın. Yeni layihəyə başlamaq, ciddi problemin həllinə start vermək üçün münasib zaman deyil.

Günün ikinci yarısında əməkdaşlıq təklifini qəbul edin. Planları müzakirə etmək, məsləhətləşmələr aparmaq olar. Xəbərləri izləyin, reaksiyanızı nəzarətdə saxlayın. Şəxsi münasibətlərlə bağlı narahatlıq istisna deyil. Qəfil hadisələr, hətta vidalaşma ola bilər.

Axşam saatlarında spontan yaradıcılıq həlləri mümkündür.

Əqrəb – emosional olmayın, hisslərinizi cilovlayın. Narazılıq, təlaş və diskomfortun öhdəsindən gəlməyə çalışın.

Hadisələr sürətlə inkişaf edir. Olaylarda müəyyən nizamsızlıq, hətta xaos ünsürləri müşahidə olunur.

İstiqamətləri sürətlə müəyyənləşdirin. Dəyişikliklərin hamısı yaxşı deyil. Xoşagəlməz "kəşf”lərə qapılmayın.

Günün ikinci yarısında həddən artıq aktivlik etməyin. Baş verənləri diqqətlə müşahidə edin, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Mövqeləriniz əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil.

Oxatan – günün məcrası səhər saatlarında müəyyənləşəcək. Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Emosiyalarınıza nəzarət edin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Güzəştlərə meylli olun.

Gərginlik hiss olunan sahələrdə nizamlama və qaydaya salma əməliyyatlarına başlayın. Situasiya sizi sürətləndirəcək.

Günün ikinci yarısında yaşananları təhlil edin, bundan sonra atacaq addımlarınızı bəlirləyin. Gərəkli informasiyanı arayın. Perspektivdə gərəyiniz ola biləcək, faydalı nə isə tapa bilərsiniz.

Axşam saatları səfər üçün əlverişlidir.

Oğlaq – mürəkkəb, qarışıq zamandır. İşlərdə hiperaktiv olmayın. Səhər saatlarında diqqətli olun. Cari işlərlə bağlı olmayan müzakirələr və danışıqları təxirə salın. Sərt tələblər, işdə rəhbərliklə həmkarlarınızın tələbləri sizi qıcıqlandıra bilər.

Şərtləri sərtləşdirməyin. Hansısa mövzunu ifrata çatdırmayın.

Günün ikinci yarısı önəmli qərar qəbul etmək üçün münasibdir. Aktiv olun, hərəkət edin. Bəzi olayların perspektivləri əlverişli olmadığından bir qədər gözləyin. Təfərrüatlara fikir verin.

Qəfil etiraflara, yaşamınıza daxil olan mövzulara diqqətli yanaşın. Şəxsi münasibətlərdə qısqanclıq problemlər yaratmamalıdır.

Axşam saatlarında normal istirahət edin.

Dolça – uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz. Təşviş, əməllərinizdən bədgümanlıq, ətrafdakı insanlardan narazılıq istisna deyil. Kənar təsirlər baş verənlərin mənzərəsini dəyişə bilər. Stress olacaq.

Günün ikinci yarısında hər şey o qədər də pis deyil. Aldığınız xəbərləri, yaranan problemləri təhlil edin. Hər şey o qədər də pis deyil. Nevroz insan təsiri bağışlamayın. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyət planlarına zəruri əlavələr edin.

Axşam saatlarında münasibətlərdə sərinlik yaratmayın.

Balıqlar – yaxın ətrafınızdakı insanların emosional durumuna fikir verin. Yaşamınızda yeni mövzu peyda ola bilər. Yeni maraq da istisna deyil.

Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Enerji tonusunuz ünsiyyət və təmaslar üçün əlverişlidir. Sizi maraqlandıran suallara cavab almağa, perspektivləri dərk etməyə can atın.

Günün ikinci yarısında mənafelərin toqquşduğu məkanda mübahisələr yarana bilər. Seçim edəndə emosiyaların əsirinə çevrilməyin. Sağlam məntiqlə hərəkət edin. "Bu, mənə lazımdırmı?” sualını səsləndirin. (Milli.Az)

Xəbər 925 dəfə oxunub






Oxşar xəbərlər

Şuşanın icra başçısı Donald Trampın avtomobilində gəzir - FOTOLAR
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14307] initstartout [0.00017] initstartin [0.00090] calstart [0.01042] calend [0.00056] topnewsend [0.00356] rsssend [0.00000] ehgend [0.02870] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09809]