Ay tutulması baş verdi - Video

  • 28 iyul 2018, 10:25

Dünən saat 22:24-də başlayan Ay tutulması bir neçə saatdan sonra başa çatıb.

"Demokratik.Az"-ın məlumatına görə, bu 2018-ci ilin ikinci Ay tutulması hadisəsidir.

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov dünən APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq. Deyilənlər baş verib.

Direktor müavininin dediyi kimi, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunub və həmin tarixdə Mars-Yerqarşıdurması hadisəsi də baş verib.

Ay tutulması Yerin ekvatorial zonasında baş verib və mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçib”.

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.


Oxşar xəbərlər