Fəlakət yaxınlaşır: Buzlar ərisə...

  • 27 iyul 2018, 18:35

Antarktidada yaxınlaşmaqda olan fəlakətin əlamətləri tapılıb.

Koliforniya Universitetinin mütəxəssisləri Şərqi Antarktidada apardıqları araşdırmanın nəticəsini təqdim edib. Buzluqların durumunu öyrənən mütəxəssislər bu qənaətə gəlib ki, onların suyu dənizin səviyyəsini 5 metr qaldırmaq üçün kifayət edər. 

Araşdırma qrupu NASA-nın peyklərindən əldə etdikləri məlumatla buz örtüyündə müşahidə edilən dəyişikliyi müqayisə edib. 

Məlum olub ki, 2002-ci il aprelindən 2016-cı il sentyabrına qədər olan müddətdə buzluqlar artıq 18,5 milyard ton donmuş su itirib. Bu isə dənizin səviyyəsinin 0,7 miilimetrinə bərabərdir.
Baxmayaraq ki, Antarktidanın şərq hissəsi qlobal iqlim dəyişikliyi üçün daha az təhlükəli hesab edilirdi, indiki halda mütəxəssislərin araşdırması fəlakətin dərəcəsindən xəbər verir. 

Oxşar xəbərlər