Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:41 - 20.10.2018  
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Tarix: 20-07-2018, 10:30 | Bölmə: Xəbərlər » Maraqlı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏTBQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram APA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir: "Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”.

B. Ram deyib ki, BQXK-nın saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: "Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxsərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti hakimiyyət orqanları ilə vəziyyəti yaxşılaşdırmaq məqsədilə konfidensial və ikitərəfli müzakirələr aparırıq. BQXK-nın azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrlə bağlı ictimaiyyətə verdiyi məlumat həmişə ümumi olur – biz xüsusi, şəxsi və ya tibbi məlumatı açıqlamırıq – bu, həmişə konfidensial olaraq qalır. Biz baş çəkdiyimiz şəxslərlə və görüşlərin detalları ilə bağlı mətbuata və ictimaiyyətə məlumat açıqlaya bilmərik. Saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız həmin adamların razılığı olduqda ancaq onların ailələri ilə bölüşülür”.

B. Ram əlavə edib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi üçün danışıqlar aparmaq səlahiyyətinə sahib deyil: "Bəzən ictimaiyyət arasında anlaşılmaz məlumatlar dolaşır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsin azad olunması üçün danışıqlar apara bilər. Belə deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi, saxlayan tərəf öz nəzarəti altında olan şəxsi azad etməyə qərar verdikdə ancaq neytral vasitəçi rolunu həyata keçirir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz neytral vasitəçi kimi bir çox insanların qaytarılmasında iştirak etmişik. Bir daha deyirəm ki, saxlanılan şəxsin azad edilməsi barədə qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, saxlayan tərəf verir”.

Xəbər 1486 dəfə oxunub






Oxşar xəbərlər

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12178] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00735] calend [0.00042] topnewsend [0.00322] rsssend [0.00000] ehgend [0.00926] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10028]