Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:06 - 26.05.2019  
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Tarix: 19-07-2018, 09:47 | Bölmə: Xəbərlər » Maraqlı

Komitə rəsmisi: "Özünü din xadimi kimi qələmə vermək və ayinləri icra etmək də qeyri-qanunidir”

Saxta dindarlar üzə çıxarıldı - rəsmi Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu günlərdə mətbuata açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, 2017-2018-ci ilin may ayınadək komitənin mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Tərtib edilən protokollardan 35-i əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılıb (1 protokol barəsində isə şifahi xəbərdarlıq olunub), 6-sına xitam verilib, həmin protokollar nəticəsində ayrı-ayrı şəxslərə ümumilikdə 52 950 manat cərimə tətbiq edilib.

Bəs saxta dindar dedikdə kimlər nəzərdə tutulur? Dindarların saxta olub-olmaması necə müəyyən edilir?

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə "Yeni Müsavat”a açıqlama verib:

"Müstəqilliyimizi qazandıqdan sonra din sahəsindəki kadr çatışmazlığının aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ali təhsilli kadrların yetişdirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti və Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi açılıb. Ölkə prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi  onun strukturuna daxil edilib. Eyni zamanda orta ixtisas təhsilli kadrların yetişdirilməsi məqsədilə 2017-ci ildə 10 İslam kolleci yaradılıb. Bununla da din sahəsində yerli kadrların hazırlanması potensialı artırılmaqla yanaşı milli və dini təhlükəsizliyin qorunması istiqamətində mühüm addımlar atılıb. Yeri gəlmişkən, qeyd etməliyik ki, din xadimlərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiya keçirilir. Attestasiyada müvəffəqiyyət qazanmış şəxslər QMİ tərəfindən ölkədəki məscidlərə imam, imam müavini və mütəvəlli təyin olunurlar. 2018-ci ilin aprelində isə rəsmi statusa malik din xadimlərinə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək verilir”.

Cahandar Əlifzadə hansı din xadimlərinin İslam dininə aid ayin və mərasimlər  buraxıla biləcəyindən də söz açıb:

"Bu məsələyə gəlincə, bu anlayış və onun fəaliyyəti istiqaməti, ümumiyyətlə, peşəkar dini fəaliyyətlə bağlı normalar ”Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Belə ki, qanunun 4-cü maddəsinə əsasən peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyət növüdür. Din xadiminin isə peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxs olduğu açıq şəkildə bəyan edilib. Həmçinin qanunun 2-ci maddəsinin III abzasında bu məsələ daha da konkretləşdirilib. Burada İslam dininə aid ayin və mərasimlərin aparılmasının yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə biləcəyi, xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilinəcəkləri qeyd olunub.

Qanunun bu müddəalarının həyata keçirilməsinə nəzarət məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) və Cinayət Məcəlləsində (CM) maddələr öz əksini tapmışdır. İXM-in 515-ci maddəsi (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) və CM-in 168-1-ci maddəsinə görə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması inzibati məsuliyyətə səbəb olur və cinayət tərkibi yaradır".

Komitə əməkdaşı 41 saxta din xadimi məsələsi haqqında isə bunları bildirib: "2017-2018-ci ilin may ayına kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə əməkdaşları tərəfindən ümumilikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) müxtəlif maddələri ilə ümumilikdə 41 protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyətı məhkəmələrə göndərilib. Həmin protokollardan 34-ü İXM-in 515.0.2 maddəsinə, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilən qaydaların pozulmasına görə tərtib edilib.

Nəticə olaraq qeyd edirik ki, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda, o cümlədən digər qanunvericilik aktlarında din xadimləri üçün müəyyən olunmuş normalara zidd dini fəaliyyət qeyri-qanunidir. Eyni zamanda QMİ-nin təşkil etdiyi attestasiyadan keçməmiş və rəsmi olaraq hər hansısa dini vəzifəyə təyin olunmamış, lakin özünü din xadimi kimi qələmə vermək və ayinləri icra etmək də qeyri-qanunidir və bir növ saxtakarlıqdır".

Xəbər 1448 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18542] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00828] calend [0.00052] topnewsend [0.00371] rsssend [0.00000] ehgend [0.00761] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16369]