Fotoqraf bəyin burnunu sındırdı - NİYƏSİ

  • 10 iyul 2018, 09:10

Türkiyənin Malatya şəhərində gəlinin azyaşlı olduğunu görən fotoqraf bəyin burnunu sındırıb.

Teleqraf.com xəbər verir ki, Onur Albayraq adlı fotoqraf toy fotosessiyası zamanı gəlinin 15 yaşında olduğunu öyrənəndən sonra çəkilişdən imtina edib. Bəyin narazılığı mübahisə ilə yekunlaşıb. O, fotoqrafdan razılaşmaya əsasən, foto çəkməsini tələb edib. Gəlinin azyaşlı olduğunu əsas gətirərək, buna etiraz edən fotoqrafla bəy arasında mübahisə düşüb, əlbəyaxa dava zamanı bəyin burnu sınıb.

Onur Albayraq sosial şəbəkələrdə "Fotoqrafdan bəyə mənalı sillə” başlığı ilə yayılan məlumatın doğru olduğunu təsdiqləyib: "İki gündür bu xəbərə görə mənə zəng edən və yazanlara təşəkkür edirəm. Təəssüf ki, belə bir hadisə baş verib. Kaş ki, olmasaydı. Bir daha olsa, eyni cür hərəkət edəcəyəm. Mənim gözümdə uşaq gəlin uşaqların istismarı deməkdir. Heç bir qüvvə mənə o uşağın gəlinlikdə fotosunu çəkdirə bilməz. Uşaqların saçına duvaq taxılmaz, güllərlə bəzədilmiş tac taxılar”.

Oxşar xəbərlər