Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:02 - 17.08.2018  
Cəlil Cavanşirdən etiraf: "Nə etdiyimi xatırlamıram"
Tarix: 9-07-2018, 12:38 | Bölmə: Xəbərlər » Maraqlı

Ötən gün canlı yayımda intihara cəhd edən Cəlil Cavanşirin Kulis.aza göndərdiyi açıqlamanı təqdim edirik.

Cəlil Cavanşirdən etiraf: "Nə etdiyimi xatırlamıram"Salam əziz dostlar!

Bəzilərinizin narahat olduğunu nəzərə alıb, hamıya ümumi bir mesaj yazmağın yerində olacağını düşündüm.

Sizləri narahat etdiyim üçün hamınızdan üzr istəyirəm!

Bütün baş verənlərə cavab vermək məsuliyyətini hiss etdiyim üçün, bu halımda belə cavab verməyi özümə borc bilirəm.

İnsanların narahat olduğunu anlayıram və xəbərsiz yoxa çıxmağı yanlış hesab edirəm. Amma nəzərə alın ki, toparlanmaq üçün təkliyə və təbiətə ehtiyacım var. Dünən hiss etdim ki, hər şey daha da pisə doğru gedir.

Yüzlərlə təsəlli verənlər, yaşadığıma sevinənlər, qayğıma qalanlar və yol göstərənlərlə yanaşı məni yenidən təhrik edənlər vardı. Bunu hələ də anlamıram, mənim etirazım sizi niyə qıcıqlandırır?

Mən düşdüyüm vəziyyətdən, qapıldığım qaranlıqdan çıxacağam, bəs siz? Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?

Hazırda fiziki və mənəvi ağrılarla mübarizə aparıram. Tezliklə toparlanacığama, yaralarımın sağalacağına inanıram və heç bir həkim müdaxiləsinə, prsixoloqa, psixatra ehtiyac görmürəm. Bunları vaxtında etməli idim. İndi isə ailəmin yanında olmaq mənim üçün ən böyük stimuldur. Bu halımda belə ailəm məni tək qoymadı. Və çalışın ailənizə, sizi anlayan, sizi başa düşən insanlara belə pisliklər etməyin!

Etdiklərimi yanlış hesab edənlər, bunun şou olduğunu düşünənlər oldu. Hər kəsin qınağını, gileyini qəbul edirəm. Amma bu addımım affekt halında atılan bir addımdır və nə qədər sakitləşsəm də, o gün baş verənlərlə bağlı heç nəyi xatırlaya bilmirəm. Mənim bu şəkildə məşhur olmağa ehtiyacım olmadığını hər kəs bilir, çünki heç bir zaman məşhur olmaq üçün addım atmamışam. O gün ölsəm nə dəyişəcəkdi? Mahiyyət etibarı ilə bu qəddar, ruhsuz, insafsız adamlar üçün heç nə dəyişməzdi. Amma daha çox üzülənlər, əzab çəkənlər gördüm. Onlar üçün bu axmaqlığı etməməli idim.

Mənim məşhurluğa yox, xoşbəxtliyə ehtiyacım var.

Konkret səbəblərə gəlincə, qısa olaraq izah edim ki, xoşbəxt deyiləm. Uzun müddətdir depressiyadayam. Amma bütün bunları tətikləyən bəzən kiçik səbəblər olur. Bəzən aylarla övladlarımın üzünü görə, onların kiçicik istəklərini yerinə yetirə bilmirəm. Belə məqamda insanın özünə yaxın bildiyi, dəstək gözlədiyi yaxın dostlar, yoldaşlar olur. Həyat şəraitim elədir ki, uzun müddətdir dostlarımla görüşə bilmirdim. Və həyatımda doğma, yaxın, əziz hesab etdiyim adam, ən çətin anımda mənə dəstək olmağı yox, mənim bu addımı atmağımı istədi. Onu da artıq qınamıram. Hər kəs mahiyyətinə görə davranır, haqqı olanı yaşayır. Deyək ki, mənim də yaşadıqlarım mənim haqqımdır.

Bu addımımın arxasında ciddi sosial, iqtisadi və mənəvi səbəblər axtara bilərsiniz. Amma mən işsizlikdən, evsizlikdən şikayətçi deyiləm. Kirayələrdə yaşamaq imkanım olmasa, küçələrdə yaşaya və heç vaxt bundan şikayət edib, heç kəsdən kömək gözləmərəm. Ən sevdiyim övladlarım ac qalsa belə, mən buna görə kiməsə əyilmərəm, əyilməmişəm də.

Heç bir insan qəfildən intihar həddinə çatmır. Mənim kimi həssas bir adamın bu vəziyyətə gəlməsi isə an məsələsidir. Bəli, nə qədər səhv olsa da mən həssas bir insanam və bu hala düşməyimdə də özüm günahkaram. Müəyyən şeyləri vaxtında ağılla həll etmədiyim üçün, ölümün bir addımlığından döndüm.

Yaşadığım heç nədən utanmıram və heç nəyi unutmuram. Bütün bunlar başıma gəlməli idi və gəldi.

Bir məqama da aydınlıq gətirim. Mən çoxlarının düşündüyü kimi əyyaş həyatı yaşamıram, yaşamamışam. Sadəcə 6 ay ərzində dörd kitab tərcümə etmişəm və onlarla yazı yazmışam. Çox ciddi kitabların redaktəsi ilə məşğul olmaqla yanaşı ciddi bir qurumda illərdi kitab təbliğatı ilə məşğulam.

Bəlkə də fikirlərim rabitəsiz, qarışıq ola bilər. Üzürlü sayın, çünki hələ də durumum sabit deyil. Amma hər şey yaxşı olacaq!

Əziz dostlar, dəyərli insanlar!

Heç kəs bu nümunədən təsirlənməsin. Təbii ki, əsəbləri yerində olmayan insanlar üçün çox pis nümunə olduğumun fərqindəyəm. Buna görə üzr istəsəm də, heç nə dəyişmir. Həyatınızda olan hər şeyi səbrlə, sakitliklə, soyuq başla analiz edin. Mən bunu bacarmamışamsa, bu mənim günahımdır. Sizə dəyər verən insanlardan, sizi sevənlərdən qaçmayın. Düşüncələrinizlə, reallıqla beyninizdə qurduğunuz xəyallar üst-üstə düşməyə bilər. Bağışlamağı, geri çəkilməyi, hər şeyə təmkinli yanaşmağı öyrənin.

Bu gün həyatda olmağımdan məmnun olmasam da, mənim həyatda qalmağım üçün hər şeyi edən sevimli, təmiz ürəkli, təmənnasız insanlara minnətdaram. Nə qədər çətin olsa da, tezliklə sizlərin arasına qayıdıb həyatımı qaldığım yerdən davam edəcəm!

Unutmayın, nifrət yox, sevgi xilas edir!

Sizləri sevirəm insanlar! Yaxınlarınızdan, doğmalarınızdan muğayat olun! Problemi olanlara həssaslıqla yanaşın! Heç kəsi intihar həddinə çatdırmayın!

Qəlbinizdə sevgini və mərhəməti bəsləyin! Kindən, nifrətdən, biganəlikdən, laqeydlikdən uzaq olun!

Əziz dostlarım, doğmalarım! Sizləri çox sevirəm və sizin üçün yaşamağa davam edirəm!

Sevgilərlə, sizin Cəlil....

Xəbər 651 dəfə oxunub






Oxşar xəbərlər

Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14984] initstartout [0.00013] initstartin [0.00063] calstart [0.00746] calend [0.00043] topnewsend [0.00409] rsssend [0.00000] ehgend [0.01813] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11847]