Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:38 - 20.09.2018  
Fəzail Ağamalı: “Söyüşlərin bir axırı olmalıydı... “
Tarix: 6-07-2018, 10:02 | Bölmə: Xəbərlər » Maraqlı

Fəzail Ağamalı "Bəzi məmurlar niyə söyüş söyür” sualına cavab verdi

Fəzail Ağamalı: “Söyüşlərin bir axırı olmalıydı... “Azərbaycanda bəzi dövlət məmurların leksikonunda qeyri-etik ifadələr işlətməsi hallarına rast gəlirik. Mətbuatda, mediada, sosial şəbəkələrdə, internet resurslarında bununla bağlı vaxtaşırı videolar, səs yazıları paylaşılır. Bəzən də bütün bunların nəticəsi olaraq, sonda həmin məmurların xalqın qəzəbinə tuş gəldiyinin, ölkə rəhbərliyi tərəfindən vəzifəsindən azad edildiyinin, cəzalandırıldığının şahidi oluruq.

Məsələn, Qubanın sabiq icra başçısı Rauf Həbibov qubalıları təhqir etdiyi üçün yerli camaatın qəzəbinə tuş gəlmişdi. Belə ki, 2012-ci il fevralın sonunda icra başçısının internet resuslarında qubalılar, təhqir edən videosu yayılmışdı. Nəticədə qubalılar böyük etiraza qalxdı və bir neçə gün sonra, martın 2-də prezidentin sərəncamı ilə Rauf Həbibov vəzifəsindən azad edildi.

2013-cü il yanvarın 23-də İsmayıllıda icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və qardaşı, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun "Hummer” markalı maşını ilə "Çıraq” hotelindən çıxarkən taksi sürücüsünün maşınını vurub, özünü isə təhqir etməsi ismayıllıların qəzəbinə səbəb olmuşdu. Bundan əvvəl də bu cür olaylarla qarşılaşan, icra başçısının davranışlarından ”cana doyan" ismayıllılar heç bir güzəştə getməyərək, icra başçısının istefasını tələb etmişdi. Nəticədə Nizami Ələkbərov və nazir Füzuli Ələkbərov prezidentin sərəncamı ilə işindən azad edilmişdi.

Məlum olduğu kimi, iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd oldu. Qeyd edək ki, güllələnən Elmar Vəliyev söyüş söyməkdə xüsusilə fərqlənən məmurlardandır. Onu "Youtube”da ən çox söyüş dolu videoları yayılan məmur da adlandırmaq olar. Əksəriyyət onu təkcə vətəndaşları deyil, eləcə də məmurları ağır təhqir etməkdən çəkinməyən icra başçısı kimi tanıyır.

Xatırladaq ki, ötən ay Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərov gözlənilmədən vəzifəsindən istefa vermişdi. Yayılan iddialara görə, xalq artisti şəhərin rəhbər şəxsi tərəfindən təhqir olunduğu üçün bu cür addım atıb. Bildirilir ki, xalq artisti şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün həmin məmurla mübahisə edib və gözləmədiyi halda məmurun təhqirinə məruz qalıb. Həmin hadisədən dərhal sonra Samir Cəfərov vəzifəsindən istefa verərək, Bakıya geri dönüb. Xalq artisti bu iddialara əvvəlcə cavab vermək istəmədiyini bildirib, sonrakı açıqlamalarında isə istefasına səbəb kimi yaradıcılığından geri qaldığını, ailəsinin Bakıda yaşadığını əsas gətirib. Qeyd edək ki, S.Cəfərov bir il bundan əvvəl Gəncə Filarmoniyasına rəhbər seçilmişdi.

Beləliklə, iddialara görə, Elmar Vəliyev həm də qeyri-etik davranışlarının qurbanı olub. Bu hadisə bir sualı yenidən gündəmə gətirmiş oldu: bəzi məmurlar niyə vətəndaşları söyür, onları təhqir edir?

Halbuki illər öncə bu problemi aradan qaldırmaq üçün parlamentdə "Dövlət qulluqçularının etik davranışı kodeksi” qanunu qəbul edilib. Həmin qanuna əsasən, vətəndaşlarla qeyri-etik davranan məmurlar hüquqi məsuliyyət daşıyır. Yəni vətəndaşları təhqir edib, etikadan kənar hərəkətlərə yol verən məmur cəzalandırıla, hətta vəzifəsini itirə bilər. Lakin göründüyü kimi, bir çox məmurlar ya bu qanundan xəbərsizdir, ya da ki, xəbərsiz kimi görünməyə çalışır.

Mövzu ilə bağlı millət vəkili Fəzail Ağamalı "Yeni Müsavat”a danışıb: "İstər dövlət məmurunun, istərsə də istənilən digər peşə sahibinin vətəndaşlara qarşı söyüş leksikonundan istifadə edib davranmasının qəti əleyhinəyəm. Mənə elə gəlir ki, bu, sırf psixoloji çatızmazlıqlar, səviyyənin aşağı olması, təhsilin yoxluğu ilə bağlı məsələdir. Özünə hörmət edən şəxs heç bir halda başqasının təhqir etməz. Əgər özündə hörmət hiss yoxdursa, təbii ki, həmin məmur söyüş də söyər, təhqir də edər, hətta qarşısındakının başına qapaz da vurar və sairə. Çox təəssüf ki, belə hallar mövcuddur. Doğrudur, bunu bütün məmurlara aid etmək olmaz. Çünki böyük əksəriyyəti intellektual,  yüksək mədəniyyətə, davranışa malikdir”.

Fəzail Ağamalı Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsinə də münasibət bildirib: "Əlbəttə ki, bu söyüşlərin, təhqirlərin bir axırı olmalıydı. Məmur söyəndə biri dözür, ikisi dözür, xatanı özündən uzaqlaşdırmağa çalışır, sonda  5-ci dözmür, bu cür olay baş verir. Bu da çox təəssüfedici haldır. Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resuslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır.  Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Xəbər 477 dəfə oxunub






Oxşar xəbərlər

GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12762] initstartout [0.00014] initstartin [0.00060] calstart [0.00827] calend [0.00043] topnewsend [0.00365] rsssend [0.00000] ehgend [0.00571] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10830]