Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:57 - 20.02.2019  
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tarix: 22-06-2018, 13:02 | Bölmə: Xəbərlər » Maraqlı

Kuntsevodan Kremlə uzunan yolda bir-birini əvəzləyən mənzərələr, şəhərin gecə ponaraması, istirahət günü mürgüləyən Moskva, arxa oturacağında əyləşdiyi avtomobilin mühərrikinin səsi, bütövlükdə o anın, o dəqiqələrin hər bir saniyəsi onun dəmir iradəsini əzirdi. Müharibə başlanmışdı, alman qoşunları sərhəd dirəklərini aşırıb SSRİ-nin ərazisinə soxulmuşdular, şəhərlər bombalanırdı. O, buna inanmaq istəmirdi və yolboyu özünü aldadırdı ki, bu provokasiyadır, yolboyu arzulayırdı ki, bir-neçə dəqiqə əvvəl aldığı xəbər doğru olmasın. Bəlkə də Stalin heç vaxt belə narahat olmamışdı, heç vaxt belə həyəcan keçirməmişdi...

77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqətMüharibə başlanan gün Stalinin bu xəbəri necə qarşılaması, hansı reaksiya verməsi ilə bağlı müxtəlif fikirlər söylənilib, bu haqda fərqli versiyalar irəli sürülüb. Ancaq zaman keçdikcə, arxiv materialları açıldıqca, məxfi qovluqlardakı sənədlər üzə çıxdıqca əsl həqiqətlər bəyan olub.

Böyük Vətən müharibəsi sovet dərsliklərində yazıldığı kimi 22 iyun gecə saat 4-də deyil, 4-ə 15 dəqiqə işləmiş almanlar tərəfindən Sevastopola ilk bombaların atıldığı andan başlanıb. Bu haqda ilk olaraq Hərbi Dəniz Qüvvələri komissarı Kuznetsov müdafiə komissarı (müdafiə naziri) Timoşenkoya məruzə edib. Gecə 4-ün yarısında alman artilleriya qoşunları bütün sərhəd boyu SSRİ ərazilərini atəşə tutublar. Ukraynanın, Belarusiyanın, Pribaltikanın iri şəhərləri, o cümlədən hərbi aerodromlar bombalanıb.

İlk dəfə müharibənin başlanması ilə bağlı məlumatı Stalinə kim verib? Və onun reaksiyası necə olub?

Əgər Xruşovun yazdığı xatirələrə inansaq, Stalin müharibə başlananda hətta rəhbərlikdən də imtina edib. Xruşovun xatirələrində bu fikirlərə rast gəlirik:

"Müharibə xəbərini alan Stalin dəhşətli sarsıntı keçirmişdi. Bu xəbər sanki onu iflic vəziyyətinə salmışdı, o iş qabiliyyətini də itirmişdi. Üzünün cizgilərindən açıq-aydın süstlük, əsəbilik, qeyri-müəyyənlik hiss olunurdu. Stalin nə hökumətin, nə də şəxsən öz adından bəyanat vermək fikrində deyildi. Mən sonralar bildim ki, Stalin bunu etmək iqtidarında deyildi, fikirlərini cəmləməyi bacarmırdı. O bütün qətiyyətini itirmişdi və o, müharibə haqqında fikrini bir neçə cümlə ilə yalnız Siyasi Büronun üzvləri qarşısında ifadə etmişdi:

- Almanlar müharibəyə başladılar. Hitler SSRİ-yə hücum etdi. Hadisələr bizi fəlakətə sürüyəcək şəkildə cərəyan edir. Lenin bizim üçün proletar sovet dövləti yaradıb getdi, biz isə onun içini ... batırdıq. Mən rəhbərlikdən imtina edirəm.
Stalin bu sözləri dedikdən sonra Kremli tərk edib, Kuntsevoya öz bağına yollanıb. Sonradan Siyasi Büronun üzvləri Stalinlə görüşüb onu işinə qayıtmaq üçün bağa gedəndə, hətta Stalin qorxub, elə düşünüb ki, onu həbs etməyə gəliblər...”.

Maraqlıdır, Xruşov həmin ərəfədə, müharibənin başlandığı günlərdə bir saniyə də olsun belə, Stalinlə ünsiyyətdə olmayıb, onun üz cizgilərinin ifadələrini dəqiqliklə görməyib, ümumiyyətlə həmin ərəfədə ayağı Kremlə dəymədiyi halda bu fikirləri necə qələmə ala bilib? Öz dediyinə görə, o bu fikirlərini Beriya və Mikoyanın danışdıqları əsasında yazıb.

Əslində həqiqət necə olub? Hansı konkret faktlar Stalinin müharibəyə ilk reaksiyasını həqiqət kimi üzə çıxarıb? Stalin müharibənin başlandığı günlər harada olub, kimlərlə görüşüb?

Bu haqda Jukov öz xatirələrində yazır:
"Müdafiə komissarı Timoşenko mənə göstəriş verdi ki, təcili Stalinə zəng vurum. Nömrəni yığdım. Heç kim cavab vermədi. Bir neçə dəfə təkrar etdim. Nəhayət, xəttin o başından Mühafizə İdarəsinin rəisi general Vlasikin yuxulu səsi eşidildi:

- Danışan kimdir?

- Baş Qərərgah rəisi Jukov. Xahiş edirəm məni təcili yoldaş Stalinlə calaşdırın.

Vlasik təəcüblü səslə soruşdu:

- Necə? İndi bu saat? Yoldaş Stalin yatır.

- Ləngimədən yoldaş Stalini yuxudan oyadın, almanlar şəhərlərimizi bombalayır, müharibə başlanıb.

Araya bir neçə saniyəlik sükut çökdükdən sonra Vlasik telefonda gözləməyimi xahiş etdi. Təxminən 2-3 dəqiqədən sonra

Stalin dəstəyi götürdü. Mən vəziyyəti məruzə etdim və alman qoşunlarına cavab vermək üçün hərbi əməliyyata başlamaq üçün icazə istədim. Stalin susurdu, mən yalnız onun ağır nəfəsini eşidirdim.

- Yoldaş Stalin, siz məni anladınız? Hansı göstərişiniz olacaq?

Sükut davam edirdi. Nəhayət Stalin ayılmış kimi ağır səslə soruşdu:

- Narkom hardadır? (Timoşenko nəzərdə tutulurdu)

- Hazırda o, Ukrayna dairəsinin hərbi hissələri ilə rabitə əlaqəsindədir.

- Təcili hər ikiniz Kremlə yollanın, Poskerbışevə deyin Siyasi Büronun üzvlərini də Kremlə yığsın...”.

Beləliklə, Stalin müharibənin başlanması ilə bağlı xəbəri eşidən kimi dərhal Kremlə yollanıb. Saat 5.45-də Siyasi Büronun iclası keçirilib. 3 saat davam edən iclasdan sonra da Stalin Xruşovun yazdığı kimi Kremli tərk etməyib.
Bunu bir çox sənədlər də sübut edir. Kremlin katibliyində qeydlər aparan Georgi Dimitrovun gündəliyindəki sətirlərə nəzər yetirək:

"22 iyun 1941-ci il.

- Molotov, Voroşilov, Kaqanoviç, Malenkov yoldaş Stalinin kabinetində müzakirə aparırlar;

- Yoldaş Stalin və onun kabinetində olan şəxslər yüksək təmkin, inam və möhkəmlik nümayiş etdirirlər;

- Hazırda yoldaş Stalinin kabinetində müharibənin başlanması ilə bağlı xalqa müraciət hazırlanır;

- Ordu hissələrinə göstərişlər verilir;

- Səfərbərliklə bağlı tədbirlər planı hazırlanır və s.”

Göründüyü kimi, müharibənin başlandığı gün Xruşovun yazdığı kimi Stalin təmkinini və iş qabiliyyətini itirmədən lazımi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə məşğul olub. Həmin gün müxtəlif direktivlər hazırlanıb.

Daha bir fakt isə 22-23 iyun tarixlərində Stalinin qəbil otağında onun kabinetinə giriş və çıxışların dəqiq vaxtı ilə göstərilən cədvəldir. Bu cədvələ nəzər salmaqla həmin çətin anlarda Stalinin gərgin iş rejimini və kimlərlə müzakirələr apardığını aydın görmək olar.

Bəzi tarixçilərin söylədiklərinə görə müharibə başlanan gün Stalin çox yorğun və əsəbi görünüb. Bu isə təbii haldır. Çünki qarşıda onu nə az, nə çox, 1418 gün davam edəcək Böyük Vətən müharibəsi gözləyirdi və onun bu əsəbiliyi, yorğunluğu da düz 1418 gündən sonra Böyük Kreml Sarayının Georgievsk zalında Böyük Qələbənin şərəfinə qaldırdığı qədəhlə çıxacaqdı...

İlham Cəmiloğlu, xüsusi olaraq Musavat.com üçün

Xəbər 2956 dəfə oxunub






Oxşar xəbərlər

Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın planı?
Əfv Komissiyası daha bir iclas keçirdi
"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.22572] initstartout [0.00018] initstartin [0.00096] calstart [0.02451] calend [0.00068] topnewsend [0.00471] rsssend [0.00000] ehgend [0.04511] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14883]