Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:48 - 22.09.2018  
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Tarix: 15-06-2018, 11:06 | Bölmə: Xəbərlər » Maraqlı

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur: 

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına "ramda" sözündən alınmışdır. 

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur. 

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan "ramad" sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər. 

Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik: 
1- Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 2- Quran-ı Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi" (əl-Bəqərə, 2/185) buyurmuşdur. 
3- Quran-ı Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir. 

4- Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Quran-ı Kərimdə; "Sizdən kim bu aya çatdırsa oruc tutsun" (əl-Bəqərə, 2/185) buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: a- Ramazan ayparasının görülməsiylə (Ru'yet-i Aypara), b- Aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: "Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın" (Buxari, Savm, 5,11) 

5- Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir 

6- Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Əbu Hüreyrə (r.a)dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.a.s)ın Ramazan haqqında belə buyurduğunu eşitdim: Kim inanaraq və savabını ümid edərək Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar" (Buxari, təravih, I) 

7- İtikafa girmək: Ramazan ayının son on günündə itikafa girmək sünnədir. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni canlandırar və ev xalqını oyandırardı"(Buxari, Qədr, V) Yenə Hz. Aişə (r.ə.) dan belə rəvayət edilmişdir: Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə vəfatına qədər itikafa girdi. 

8- Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək: İbn Abbas (r.ə.) dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) insanların ən cömərdi idi. 

Onun bu cömərdliyi Ramazan ayı girib də özüylə Cəbrayıl (ə.s.) qarşılaşdığı zaman daha da artardı. Cəbrayıl (ə.s.) Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşüb, Rəsulullah (s.ə.s) Quranı oxuyardı. Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşdüyündə insanlara rəhmət gətirən küləkdən daha comərd, daha faydalı olardı" (Buxari, Savm, 7). 

Hədis-i şərifdən Ramazan ayında Quran-ı Kərimi xətm etmənin (sona bitirməyin) sünnət olduğu aydın olduğu kimi, gücü çatanların çox sədəqə vermələri, xeyr və gözəl əməldə olmaları da savab olduğu aydın olmaqdadır. Ənəs (r.a)dan rəvayət edildiyinə görə Peyğəmbər (s.a.s) a; "Hansı sədəqə daha fəzilətlidir?" deyə soruşulunca, "Ramazan ayında verilən sədəqə" buyurmuşdur (Tirmizi, Zəkat, 28) 

Ramazan ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır. Bu mövzuda Peyğəmbər Əfəndimiz (s.a.s)dan bir sıra hədis-i şəriflər rəvayət edilmişdir: Əbu Hureyre (r.a)dan Rəsulullah (s.a.s)ın belə buyurduğu rəvayət edilmişdir: "Ramazan ayı girincə göylərin qapısı (başqa bir rəvayətdə Cənnətin qapıları) açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular" (Buxari, Savm, V) 

Cabir b. Abdullah Rəsulullah (s.a.s)ın belə buyurduğunu rəvayət etmişdir: "Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir": 
1- Ramazan ayının ilk gecəsi olunca Allah Təala ümmətimə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxsa ona əbədi olaraq əzab etməz. 

2- Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir. 

3- Mələklər hər gün və gecə onlara istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər. 

4- Allah Təala Cənnətinə əmr edib; "Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma və lütfkarlığıma istirahət üçün gəlmələri yaxınlaşdı" buyurar. Ubade b. əs-Samit (r.a)dan: Rəsulullah (s.ə.s) Ramazan ayının yeni girdiyi bir gün belə buyurdu: "Sizə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah sizi əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər. 

Allah bu ayda sizin xeyr barəsində yarışmanıza baxar və sizinlə mələklərinə qarşı fəxr edər. Allaha xeyr əməllər təqdim edin. Beləki, günahkar, bu ayda Allahın rəhmətindən məhrum olan kimsədir" (Tabəranidən canlı ət-Tergib, II, 99) 
İbn Hüzeymenin nəql etdiyinə görə Səlman (r.ə) belə izah etmişdir; Rəsulullah (s.ə.s) bir Şaban ayının son günündə bizə belə xitab etdi: "Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. O ayda bir gecə vardır ki min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı fərz etdi. Gecə ibadət etməyi (təravih) etməyi nafilə etdi (fərz olmayan ibadətlər). 

O ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir. 

O, köməkləşmə ayıdır. O ayda möminin ruzisi bollaşdırılar. O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər. 

Oruclunun savabından da bir şey əskik olmaz. " Səhabələr; "Ya Rəsulullah! Hamımız oruclunu iftar etdirəcək bir şey tapa bilmirik" dəyincə Rəsulullah (s.ə.s): Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya da bir qurtum süd ilə iftar etdirənə də verər. 

O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur. O ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar.

Cavid Musayev - ilahiyyatçı

Xəbər 1649 dəfə oxunub






Oxşar xəbərlər

İlham Əliyev Vyetnama BAŞSAĞLIĞI göndərib
Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11661] initstartout [0.00014] initstartin [0.00058] calstart [0.00798] calend [0.00044] topnewsend [0.00352] rsssend [0.00000] ehgend [0.00585] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09752]