Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:09 - 23.10.2018  
Akif Əsgərovun “Ərdoğan” planı
Tarix: 11-06-2018, 21:03 | Bölmə: Xəbərlər » Maraqlı

Fotoda müstəqil jurnalist Məmməd Əhmədoğludur.

Azərbaycanda nəşr olunan "Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub.Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq ”Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yoxdu. Qardaş olkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri təbliğ etmək təqdirəlayiq bir haldır.

Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir. Məsələn, məsləhətçi Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev,yaxud Prezidentin İctima Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, yaxud da hər hansı bir millət vəkili olsaydı bizlərə o qədər maraqlı gəlməzdi. Bəs sözugedən jurnala məsləhətçilik edən kimlərdir və bunun arxasında nələr durur? Ehtiyatda olan polkovnik Rasim Sadıxov və Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi olmuş, hazırda Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyən Akif Əsgərov. Bəs görəsən bu sabıqləri Rəcəb Tayyib Ərdoğan haqqında jurnal buraxmağa nə vadar edib?. Rasim Sadıxov haqqında hələlik heç bir şey deyə bilmərik. Yalnız onu bilirik ki 2004-cü ilə qədər Rabitə Naziri olmuş Nadir Əhmədovun kürəkənidir və onun sayəsində Respublika Hərbi Komissarının müavini vəzifəsinə qədər yüksəlib, işdə yol verdiyi ciddi nöqsanlara görə də hərbi sistemdən kənarlaşdırılıb. Rəcəb Tayyib Ərdoğan haqqında buraxılmış yurnalda həmməsləhətçi olduğu Akif Əsgərovla da qudadırlar və hal-hazırda birlikdə Bakının mərkəzində, Tibb Universitetinin yaxınlığında böyük yaşayış kompleksi tikintisinə sərmayə qoyub, iş görürlər.Yəni, illər uzunu yığdıqları milyonlarla "çirkli” pulları biznes adıilə "yumaq”la məşğuldurlar.

Akif Əsgərovun “Ərdoğan” planıBəs Akif Əsgərov kimdir?

Akif Əsgərov sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə yaxınlığı ilə tanınan bir şəxsdir. Fərhad Əliyevin dönəmində "Bakı fəhləsi” zavodunun direktoru olmuş,və sözügedən zavodu taladıqdan sonra barəsində qaldırılmış cinayət işinə baxmayaraq Şirvan (keçmiş Əli Bayramlı) şəhərində "Bayva” Elektrik Enerjisi və Satışı İdarəsində mudir işləyən Akif Əsgərov çox kecmir ki rabitə sahəsində fəaliyyətini davam etdirir. Fərhad Əliyev məlum səbəblərə görə həbs edildikdən sonra Akif Əsgərov dönüb olur Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun adamı. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işlədiyi müddətdə Akif Əsgərovun gördüyü qanunsuz əməllərdən dövrü mətbuat o qədər yazıb ki,bir kitaba sığmaz. Sumqayıt Telekommunikasiya Qovşağının köhnə ATS avadanlıqlarının(tərkibində qızıl və platin materialların sökülməsindən sonra) metalloma satılmasından tutmuş, kabel çəkilişində mənimsədiyi külli miqdarda dövlət vəsaitinə qədər,”ölü canlar”dan tutmuş( 12 qadının adını montyor ştatına işə götürmüşdür), telekommunukasiya qovşağını hərəmxanaya çevirməsinə qədər,Sumqayıt şəhərindəki tikinti biznesindən tutmuş,Ukrayna və İrandaki biznes şəbəkəsinə qədər kifayət qədər yazılıb. Biz bütün bunlara toxunmaq istəməzdik. Bilirsiniz nəyə görə? Ona görə ki, Akif Əsgərovdan yazmağın xeyri yoxdu. O,həmişə olduğu kimi, sudan duru çıxacaq. Necə ki, yaxınlığına baxmayaraq 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu, 2015-ci ildə Vidadi Zeynalov həbs edildi, Akif Əsgərov azadlıqda, güya indi də Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyir, amma Tibb Universitetinin yaxınlığında yeni yaşayış binası tikdirir. Bütün bunlara baxmayaraq bir neçə aydan sonra Akif Əsgərovun hansisa bir rayona icra başçısı vəzifəsinə təyin ediləcəyinə də heç bir şübhəniz olmasın.

Elə Prezident Rəcəb Tayyib Ərdogana həsr edlmiş jurnalın bir sayının məhz Akif Əsgərov tərəfindən 8000 manat civarında maliyyələşməsi onun gizli planlarından xəbər verir. Akif Əsgərovun indi də R.T.Ərdoğana yarınmaqla hakimiyyətlə qırılmış münasibətləri bərpa etmək niyyəti buradan bəlli olur. Niyə məhz R.T.Ərdoğan vasitəsi ilə? Məlum olduğu kimi Fərhad Əliyev Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edildikdən sonra bir müddət Respublikadan kənarda, daha dəqiq Türkiyədə yaşadı. Ötən ilin sonlarında isə dövrü mətbuatın yazdığına görə Fərhad Əliyev Sumqayıt Sənaye Parkında sürtgü yağları istehsal edən zavod açdı. Deyilənlərə gorə sözügedən zavodun açılmasında Fərhad Əliyevə Respublikaya qayıtmasnda və biznes fəaliyyətini davam etdirməsinə məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkliyi olmuşdur. Əcəba, Akif Əsgərov Türkiyə prezidentini "çağdaş türkiyənin fratihi” adlandırmaqla nə etmək istəyir? Fərhad Əliyevin yolunumu getmək istəyir? R.T.Ərdoğanın vasitəçiliyi ilə vəzifəyəmi qayıtmaq istəyir? Amma Akif Əsgərov burada yanılır. Birinci ona görə ki, o heç vaxt Fərhad Əliyev ola bilməz. Cünki Fərhad Əliyevin bir iqtisadçı olduğuna kimsə şübhə edə bilməz. İkincisi isə Akif Əsgərov Ərdoğan çağdaş Türkiyənən fatehidirsə, bəs onda İlham Əliyev kimdir? Məgər İlham Əliyev Azərbaycan üçün az işlər görüb? Əgər vəzifəni İlham Əliyev verirsə, dağa daşa düşmək nəyə lazım Akif Əsgərov? Elə İlham Əliyevin Azərbaycanda gördüyü işlərdən, başı çıxırsa onun daxili və xarici siyasətindən niyə bir kitab ortaya qoymur? Təbii ki, İlham Əliyev cənabları da heç kimin əziyyətini yerdə qoymadığı kimi, Akif Əsgərovun da arzularını yerinə yetirərdi. Əlbəttə R.T. Ərdoğana da ehtiyac olmazdı.

Onu xüsusilə vurğulamaq istərdik ki, Akif Əsgərov həm də Fəlsəfə üzrə elmlər doktoru imiş. "Bakı fəhləsi” zavodu, "Bayva” Elektrik, Standartlaşdırma, rabitə qovşağı, icra hakimiyyəti və fəlsəfə. Bunlar nə dərəcədə uygun olan bir şeylərdir? İqtisad elmləri doktoru olsaydı hardasa inandırıcı olardı, çünki işlədiyi yerlər birbaşa iqtisadiyyata aid olan sahələrdir..Bəs necə oldu ki Akif Əsgərov Fəlsəfə üzrə elmlər doktoru oldu.? Akif Əsgərovun barəsində üstünə işıq salınması lazım olan çox qaranlıq məsələlər var.

Müstəqil jurnalist Məmməd Əhmədoğlu

Xəbər 3297 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25872] initstartout [0.00016] initstartin [0.00088] calstart [0.02479] calend [0.00054] topnewsend [0.00379] rsssend [0.00000] ehgend [0.00788] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.21995]