Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:03 - 21.06.2018  
Rüstəm İbrahimbəyov üçün filmin sonu
Tarix: 9-06-2018, 09:09 | Bölmə: Xəbərlər » Maraqlı

Bu film söhbəti ortaya çıxandan 2-3 saat qabaq vaxtilə Rusiyada işləmiş məşhur tibb professoru ilə Rüstəm İbrahimbəyovdan danışmışdıq. Sonda eyni fikri paylaşdıq: Azərbaycanın "vitrin”indəki kinorejissor vaxtını siyasi iddialara xərcləməsəydi, 2-3 azərbaycanlı aktyoru da cəlb etməklə, Azərbaycan tarixi barədə bir kino çəksəydi, daha böyük iş görmüş olardı.

Rüstəm İbrahimbəyov üçün filmin sonuVə az sonra xəbər yayıldı ki, bəs, Rüstəm İbrahimbəyov kino çəkibmiş, özü də 2015-ci ildə, hətta bir il sonra Moskvadakı "Lyuksor” kinoteatrında premyerası da keçirilibmiş. Sadəcə biz xəbərsiz qalmışıq. Lakin ortaya çıxan qənaət budur ki, İbrahimbəyov ssenari müəllifi olduğu filmi çəkməkdə Azərbaycan tarixində əbədi yer almağı qarşısına məqsəd qoymayıb, heç günün birində Fəxri Xiyabanda, Vətən torpağında dəfn olunmağı da niyyət etməyib. Əks təqdirdə, filmdə azərbaycanlıları "qəddar, vəhşi, yaramaz, mədəniyyətsiz, milli kökləri olmayan adamlar”, erməniləri isə "alicənab, sülhsevər, intellektual, vəhşi türklərin qurbanları” kimi göstərmək istəməzdi. Hətta gürcüyə də qənim kəsilən azərbaycanlı (!) obrazını ortaya çıxarıbmış…

Bir çoxları kimi, mən də bu filmə baxmamışam. Amma yayılan bəzi kadrlardan aydın görünür ki, Rüstəm İbrahimbəyovun Eldar Şengelaya və Fuad İbrahimbəyovla birgə çəkdikləri film azərbaycanlıların aşağılanmasına hesablanıb. Dənizin dadını bilməkdən ötrü bir damcı kifayət etdiyi kimi, "Qafqaz trio”sundakı erməninin "vəhşi” azərbaycanlılar tərəfindən döyülməsi səhnəsini izləmək də filmə münasibət bildirmək üçün kifayətdir. Deməli, bu, "Daş yuxular”ın ruhunda çəkilmiş kinodur, bir zəncirin həlqəsidir. Qarabağ ermənilərinin "biz Azərbaycanın tərkibindən yaşaya bilmərik” iddiasının kino dili ilə təsdiqidir. Xəyanət deyilmi?!

Heyrətamiz olanı bilirsiniz nərdir? Bu film üç ildir ortadadır, amma Rusiyadakı Azərbaycan diasporunun bir nümayəndəsi ona etiraz etməyib, bir nəfər Rüstəm İbrahimbəyova niyə bu işi tutmusan, məzmunlu irad bildirməyib. Yalnız kinorejissor Ayaz Salayevin məqaləsindən sonra bizlər də nə baş verdiyindən xəbər tutduq. Niyə susublar, nədən çəkiniblər?

Rüstəm İbrahimbəyov da susmuşdu, azərbaycanlıların ən böyük diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresi müxtəlif bəhanələrlə ləğv ediləndə. Hətta ondan sonra yeni diaspora təşkilatının təsis olunmasına Rusiyadakı erməni mənşəli məmurlar "qulp” qoymaqda davam edir, İbrahimbəyov yenə də susur. Bir dəfə bu barədə onun mövqeyini soruşdum, dedi diaspora mənə müraciət etməyib. Təsəvvür edin, Azərbaycanın ziyalısı, "Şöhrət” ordenli yazıçısı gözləyirdi ki, azərbaycanlıların haqqının tapdanmasına etiraz etməkdən ötrü kimsə ona müraciət eləsin. Özü də vaxtilə vitse-prezidenti olduğu Konqresin ləğvinə görə.

İndi maraqlıdır, Rüstəm İbrahimbəyov "Qafqaz triosu”nda azərbaycanlıları aşağılamaqdan ötrü kimdənsə sifarişmi alıb, yoxsa öz ürəyinin səsi ilə bu ssenarini ortaya qoyub?

Bəli, biz "Oskar” mükafatçısı olan yeganə azərbaycanlı rejissordan yeni film(lər) gözləyirdik. Demirəm ki, İbrahimbəyov Xocalı soyqırımı haqqında film çəkməliydi. Bu, inandırıcı da deyildi. Çünki o, yaradıcılığında ermənilərin işğalına, azərbaycanlılara qarşı törədilən soyqırımlara yer ayırmağı məqsədəuyğun saymayıb. Hətta illər öncə ermənilərin Bakını tərk etməsi ilə elitaya da son qoyulduğunu iddia edən yazı yazmışdı…

Rüstəm İbrahimbəyov ömrünün 80-ci ili ərəfəsində həm özünə, həm də Azərbaycana böyük bir hədiyyə edə bilərdi, özündən 21 yaş böyük Cümhuriyyətimizə aid bir film çəkməklə. Əminəm ki, onun belə bir istəyi, ssenarisi olsa, dövlət də dəstək verərdi, Rusiyadakı milyarderlərimiz də. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünya ölkələrindən təbrik gəlir Azərbaycan prezidentinə. Azərbaycanlıların "bir millət kimi yetişmədiyini” deyən Rüstəm İbrahimbəyov isə potensialını erməniləri ucaltmağa xərcləyir, "təbrik” əvəzi.

Demirəm ki, İbrahimbəyovdan Ağdam xarabalıqları, azansız qoyulmuş Şuşa məscidi, 4 ildir girovluqda olan Dilqəm və Şahbazın taleyi haqda film gözləyirdik. Onun baxışı və çevrəsi buna imkan da verməzdi. Amma heç olmasa Bakıda yaşayan 30 min ermənidən, Bakının mərkəzindəki erməni kilsəsindən bəhs edən kino çəkə bilərdi axı. Bütün dünya bilir ki, biz erməniləri öldürmək istəməmişik, onlara torpağımızda yer vermişik, sonra paytaxt, sonar əyalət vermişik, sonra onlar ilan kimi boğazımıza dolanıb Qarabağı işğal ediblər, indi də deyirlər Naxçıvanı "geri qaytarmalıyıq”. Ermənilər 30 min azərbaycanlını Qarabağda qətlə yetirdikləri halda, biz 30 min Bakı ermənisindən qisas almaq barədə düşünməmişik heç vaxt. Onlar bizi öldürməyə başlayıb, biz yox. Hətta ara-sıra Bakıya gəlib nostaljiyə qapılan ermənilərə də ürəyimiz ağrıyır, "baisin evi yıxılsın” deyib müharibəni də lənətləyirik. Rüstəm İbrahimbəyov bu mənzərəni canlandırmaq, kino dili ilə Azərbaycan həqiqətlərini dünyaya yaymaq əvəzinə, öz millətinə elə böyük pislik etdi, öz əli ilə özünə elə bir zərbə vurdu ki…

Bəlkə də bu, onun sonuncu şansı idi, özü dediyi kimi, "darıxdığı” Bakıya qayıtmaq, burada izdihamlı yubiley mərasimində kürsüdə yer almaq üçün. Amma şansını əldən verdi. Biz unutsaq da, bağışlasaq da, şəhidlərin ruhu onu bağışlamayacaq…Rüstəm İbrahimbəyov bu illərdə çevrəsindəki erməni ziyalıların dünya ermənilərinə, Ermənistana sevgisi və xidmətindən nümunə götürmək, öz xalqını yüksəltmək əvəzinə, onların ermənilərə sevgisini paylaşmağı öyrəndi. Bir erməni rejissor İbrahimbəyov kimi davranmadı, öz millətini aşağılamadı…Daha bundan sonra nə çəkirsə, çəksin, bizimçün fərqi yoxdur, əlindən gələni etdi. Çox təəssüf…

Elşad Paşasoy

Xəbər 1414 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13896] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00938] calend [0.00041] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.02905] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09515]