Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:31 - 19.06.2018  
Bürclər – 8 iyun
Tarix: 8-06-2018, 08:24 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – Haron və Tritonun münasibətləri günün ilk yarısında ətalət vəd edir. Təşəbbüslərinizin yarımçıq qalmasına imkan verməyin. Yaxın ətrafınızdakı insanların mövqeyi də tam aydın olmayacaq. Hadisələrin ərəfəsində yaranan siqnallara fikir verin.
Yeni iş üçün əlverişli zamandır.
Günün ikinci yarısıda yeni xəbər, yeni təklif, yeni tanışlıqla qarşılaşa bilərsiniz. Faydasız məqsəd və fantaziyalardan qurtulun, yerinizdə saymayın, qəti qərar qəbul edin.
Yeni tapşırıq, iş və marağa can atın.

Buğa – Enselad və Umbrielin münasibətləri tələskənliyə yol verməməyə çağırır. Maraqlı xəbər və ya sizin üçün önəmli olan insanla əlaqələrdə nüansları qulaqardına vurmayın. Sürprizlər, işarələr, nişanələr günüdür.
Günün ikinci yarısında əhvalınız dəyişə bilər. Səhhətinizi, özünüzü qoruyun. Münaqişəli situasiyalar, ailədəki davalar, emosional insanlarla təmaslara aludə olmayın.
Axşam saatlarında fiziki işlə məşğul olun, yaşamda nizam yaradın.
Tez nəticə verəcək iş görün.

Əkizlər – Qanimed və Ledanın münasibətləri sakit gün vəd edir. Emosional problemlər işi üstələyəcək. Yaxın ətrafınızdakı insanları diqqətlə dinləyin, onların xətrinə dəyməməyə çalışın. Artıq başladığınız işi bitirin. Sizin üçnü mühüm situasiyanı dəyişməyə, mühüm olaya sərt müdaxilə etməyə çalışmayın.
Axşam saatlarında qəfil xəbər və ya çoxdan yığılıb qalan gərginlik əhvalınızı dəyişə bilər. Əlahiddə risk olmadan sakitləşməyə çalışın.
Axşam saatlarını evdə keçirin, uzaq yola çıxmayın.

Xərçəng – Fobos və Amalteyanın münasibətləri günün ilk yarısında cüzi çətinliklər vəd edir. Planlarınızı yenidən nəzərdən keçirin, fəaliyyətinizi tərəfdaş və ya şəriklə razılaşdırın. Səbirli, uzaqgörən olun, baş verənləri diqqətlə müşahidə edin. Müəyyən əsəbilik və gərginlik hiss oluna bilər.
Nahardan sonra aktivlik artacaq. Sizi işlərdə və ya münasibətlərdə mühüm dönüşə aparan spontan hadisə baş verə bilər. Aktiv olun, tez qərar qəbul edəcəyinizi istisna etməyin.
Görülən işə münasibətlərdə və ya sizinlə ümumi işi, planları olan insanlardan biri ilə əlaqələrdə dəyişiklik yarana bilər.

Şir – Ay və Deymosun münasibətləri günün ilk yarısında səylərin istənilən effekti verməyəcəyini bildirir. Təşəbbüslərdə kəmhövsələlik etməyin. Problem yaranarsa, onu aradan qaldırmaq üçün var qüvvənizlə çalışın.
Günün energetikası ikindi çağından sonra dəyişməyə başlayacaq. Hansısa mühüm dəyişikliklərin yaxınlaşmasını hiss edəcəksiniz. Görüş, yazışma və telefon danışıqlarının qayəsi də buna dəlalət edir.
İnformasiya ilə işləyin, alınan xəbər və təklifləri təhlil edin. Təkliflərlə bağlı illüziyalara qatılmayın. Maraqlandığınız ünsürü araşdırın.
Romantik olmayın, gəlir və mənfəət əldə etməyə çalışın.

Qız – Merkuri və İonun münasibətləri iş münasibətləri, tərəfdaş əlaqələrinə diqqət yetirməyi tələb edir. Gözlənilməz hadisənin baş verməsi, ciddi məsələnin çözülməsinə ehtiyac duyulması istisna deyil.
Çevik və qıvraq olun, mütəhərrik davranın, yaxın ətrafınızdakı insanları barışdırın. Bəzi problemləri yaranmamış həll etmək olar: yetər ki, sayıq davranasınız.
İntensivliyi azalan emosiyalar fonunda mübhəm hisslər coşa bilər. Lakin unutmayın ki, eşitdiyiniz və gördüklərinizin arasında birmənalı olmayan məqamlar var. Hadisələrin mürəkkəb qarışığı vaxtıdır. Qərar və dəyərləndirmələrdə tələsməyin.
Bəzi hadisələrə dərhal reaksiya verməli, bəzilərində isə olayların təbii inkişafını gözləməlisiniz.
Günün ikinci yarısı və axşam saatları sürprizlər vəd edir.
Təklif və ya xəbər olarsa, durum çətinləşə bilər. Aktiv mövqe tutun.

Tərəzi – Yer və Veneranın münasibətləri günün emosional gərginliyinə fikir verməməyi məsləhət görür. Bu gün ümidverici dəyişikliklər olacaq. İntuitiv olaraq cari fəaliyyət üçün daha aktual obyekt seçə bilərsiniz. Diqqəti biri ünsürdən başqasına yönəldəndə sayıq olun.
Hansısa iş və ya mövzu qəflətən cazibədarlığını itirərək arxa plana düşə bilər. İş yoldaşı, tərəfdaş və ya şərik sizə təzyiq, yaxud da təsir etməyə çalışacaq.
Planlar qurun, amma hələlik heç nə vəd etməyin. İş yerində qayda və nizam yaradın.
Daxili tarazlığı bərpa edin, fikrinizi cəmləyin.

Əqrəb – Yupiter və Marsın münasibətləri sizdən bu gün səbirli, təmkinli davranış istəyir. Hansısa məsələnin həlli təxirə düşərsə, narahat olmayın, tələsməyin. Xırda təsir bağışlasalar da, işlərin hamısını yerinə yetirin. Yaradıcı və orijinal olun. Prosesin planlarınıza uyğun davam etdiyinə əmin olmasanız, məqsəd və motivlərinizi açıqlamayın.
Mühüm olayı başa vurandan sonra yeni orientirləri müəyyənləşdirin.
Axşam saatlarında mütləq istirahət üçün vaxt tapın. Yorğunluq indi məsləhət deyil. Bir qədər aktiv olun. Məlumat axtarışı, ünsiyyətdə xeyir var.

Oxatan – Neptun və Uranın münasibətləri gərgin gün vəd edir. Təmaslarla əlaqələrdə sərtlik, dözülməzlik, tələbkarlıq hiss olunacaq. Sizdən işlərin dərhal yerinə yetirilməsini tələb edəcəklər. Planlar və niyyətlər dəyişə bilər.
Spontan hərəkət edin.
Axşam saatlarında tanımadığınız yerlərdə çox dolaşmayın.
Evdə sizi sürpriz gözləyir.
Gecə saatlarında yola çıxmayın.

Oğlaq – Pluton və Sereranın münasibətləri məqsədə tez çatmaq istəyinin yaxın ətrafınızdakı insanların gözləntiləri ilə uyğunlaşdırılmasını tələb edir.
İşdə rəhbərliyin, evdə valideynlərin dediklərini sakit dinləyin.
Ailə ierarxiyasında sizdən üstün yer tutan insan sizə öz mövqeyini və ya fəaliyyət planını təlqin etməyə çalışacaq.
Tələsməyin, yaşananlardan fayda əldə etməyə cəhd göstərin.
Şəxsi maraqlarınız fikrinizi dağıtmağa, əhvalınızı pozmamağa imkan verəcək.
Axşam saatlarını planlarınıza həsr edin, dincəlin.

Dolça – Erida və Makemakenin münasibətləri günün ilk yarısının sakit keçəcəyini vəd edir. Cari işləri başa vurun, borcları qaytarın. Sonra bu işlərə vaxt çatmaya bilər.
Günün ikinci yarısıda yeni xəbər alınacaq, yeni imkan yaranacaq. Hadisələr yeni vaxtda bir neçə istiqamətdə inkişaf edərsə, gərginlik və ya narahatlıq yarana bilər. İşlər arasından birini seçin, yaxın ətrafınızdakı insanların sizə mane olmasına imkan verməyin.
Ailədə, evdə yeniliklər ola bilər. Yaxınlarınıza diqqətli, qayğılı olun. Yardım və dəstək xahişlərini yerə salmayın.
Özünüzə vaxt sərf etməkdən utanmayın.

Balıqlar – Venera və Merkurinin münasibətləri əhvalınızın qarışıq olacağı günü vəd edir. Bir məsələdə mövqelərinizi möhkəmlədin, enerji itkisi və narazılığın yaranmaması üçün səy göstərin.
Şəxsi münasibətlərdə arzuolunmaz aşkarlıq və ya seçim məcburiyyəti yarana bilər. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün.
Aldığınız təkliflərlə bağlı illüziyalara qapılmayın. Həyatınızda reallaşan ideyalarda rasional məzmun arayın. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işi davam etdirmək imkanı, yaxud da o işə qayıtmaq ehtiyacı yarana bilər.

Xəbər 1731 dəfə oxunub






Oxşar xəbərlər

"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19766] initstartout [0.00016] initstartin [0.00094] calstart [0.01248] calend [0.00075] topnewsend [0.00543] rsssend [0.00000] ehgend [0.04369] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13335]