Elşad Miri deputatı dəstəklədi: "İslamda belə bir şey yoxdur"

  • 04 iyun 2018, 15:43
Bu gün Azərbaycanda tanınan ilahiyyatçılar tərəfindən əzadarlıq təbliğ olunur. Millət vəkilləri, bir çox ilahiyyatçılar isə əzadarlığın islamla heç bir əlaqəsinin olmadığını vurğulayırlar. 
 


Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin şiələrin əzadarlığı ilə bağlı təşkil olunmuş məclislərdə iştirakını tənqid edib. 

Fazil Mustafa bildirib ki, əzadarlığın Qurani-Kərimlə heç bir əlaqəsi yoxdur. 

Sfera.az-a bu barədə açıqlama verən ilahiyyatçı Elşad Miri də Hacı Şahinin addımını pisləyib. O da əzadarlığın islamla heç bir əlaqəsinin olmadığını vurğulayıb:

"Fazil Mustafanın mövqeyini dəstəkləyirəm. Onun dediklərini alqışlayıram. Hacı Şahin Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsidir. Mən şəxslər haqda danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, islam dinində belə bir şey yoxdur”

Oxşar xəbərlər