Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:13 - 18.08.2018  
Aslan dərisi geymiş Allahverdinin peyğəmbərlik iddiası
Tarix: 4-06-2018, 12:35 | Bölmə: Xəbərlər » Maraqlı

Qurani-Kərimə görə, Nuh peyğəmbər 1000 il ömür sürüb. Amma bu min il ərzində qiyamət tufanı qopacağına barmaqla sayılacaq qədər az insanı inandıra bilib. Nuh tufanı zamanı onun gəmisinə bir neçə övladından başqa heç kimin pənah gətirməməsi də bundan xəbər verir. Rəvayətlərə görə, hətta həyat yoldaşı belə, Nuh peyğəmbərin sözünə inanmamış və gəmiyə minməkdənsə, hansısa təpənin üstünə çıxmağa üstünlük vermişdi.

Aslan dərisi geymiş Allahverdinin peyğəmbərlik iddiasıBununla belə, heç Nuh peyğəmbər də bugünkü Aslan İsmayılov qədər öz xalqının sözeşitməzliyindən gileylənməmişdi. Baxmayaraq ki, o, insanları böyük bir fəlakətdən qurtuluşa, Aslan İsmayılov isə özünün avantürist və mənfəətpərəst ideyalarını reallaşdırmağa çalışır.

Aslan İsmayılov Azərbaycan xalqının ölmüş ruhundan bəhs edərkən unudur ki, bir zamanlar emosionallığına, mübarizliyinə görə bu millət təkcə bütün postsovet məkanında deyil, hətta dünyada ən mübariz xalq kimi tanınırdı. Bu xalqın etiraz səsi meydanlarla belə sığışmırdı. İndisə Aslan İsmayılovların çağırışlarına gedən yoxdursa, deməli, bir səbəbi var. Səbəb heç də onun dediyi kimi, milli ruhun sındırılması da deyil. Səbəb odur ki, Azərbaycan xalqı ağı qaradan, haqqı nahaqdan ayırmağı yaxşı bilir. Yaxşı bilir ki, atasının qoyduğu adı belə bəyənməyib özünü aslana bənzədən bu adam milli dava aparmır. Hansı xalq belə bir sifarişin alətinə çevrilmək istəyər?

Aslan İsmayılovun Azərbaycan xalqından "küsməsi”nin səbəbi isə çox bəsitdir: niyə onminlərlə əhali onun mühakimə olunduğu məhkəmənin qarşısına gəlməyib? Məncə, Aslan İsmayılov anlaya bilmədiyi bu sualın cavabını elə həmin məhkəmə işinin motivinə nəzər salmaqla tapa bilər. Əvvəla, bu məhkəmənin ictimai həyatla nə əlaqəsi var ki, onun keçirildiyi binanın qarşısı onminlərlə insanla dolub daşsın?

İkincisi, özünün Azərbaycanın ən böyük hüquqşünası sayan birinin məhkəməyə ictimai narazılıq yaradaraq təzyiq etməsi hansı siyasi və hüquqi əxlaqa sığır? Adama deyərlər, yaxşı hüquqşünassan, niyə öz hüququnu müdafiə edə bilmirsən?
Üçüncüsü, həmin məhkəmədə Aslan İsmayılovu asıb kəsən, öldürən, ona ağır cəza verən də yoxdur. İstər şikayətçilərin, istərsə də hakimin yalnız bir tələbi var: təhqirə məruz qoyduğun tərəfdən üzr istə. Yəni mədəni insan ol, mağara, cəngəllik təfəkküründən ayrıl. Aslan İsmayılovun zərrə qədər təfəkkürü olsa, məhkəmə qərarını gözləmədən bu addımı atar, nə özünü, nə şikayətçini, nə də hakimi yorardı. O isə onu mədəniyyətə dəvət etməyə çalışan məhkəməyə təzyiq yoluyla mağara adamı kimi yaşamağa can atır. Azərbaycan xalqından, öz tələbələrindən, nə zamansa ad gününü təbrik etdiyi ağsaqqal ziyalılardan da bu mübarizədə mədəd umur. Unudur ki, nə Azərbaycan xalqı, nə öz tələbələri, nə də ağsaqqal ziyalılar onun mənsub olduğu zümrəyə aid deyil və bu məsələdə heç vaxt Aslan İsmayılovu müdafiə etməz. Ona görə yox ki, onlar Aslan İsmayılovu sevmirlər. Əksinə, Aslan İsmayılovu sevdiklərinə görə islah edilib, müasir dünyaya inteqrasiya olunmasını istəyirlər. Məhkəmə də məhz bu islah funksiyasını həyata keçirdiyindən onunla razılaşırlar. Prinsipcə, elə mən də Aslan İsmayılovu mağara mədəniyyətindən uzaqlaşdırmaq, ona söyüşü tərgitdirmək, kiminsə şərəf və ləyaqətinə toxunmamaq üçün məhkəməyə vermişəm. Yəni məntiqlə, mənim də bu addımın məğzində böyük humanizm, insan sevgisi dayanır.

Digər tərəfdən, Azərbaycan xalqı Aslan İsmayılovun niyə bu qədər fəallaşdığı, süni problemlər yaradaraq, gündəmdə qalmaq istədiyi də hamıya bəllidir. Bəllidir ki, postsovet məkanında rəngli inqilablar törətməklə ün qazanmış Corc Sorosun tələbəsi eyni prosesləri burda aparmaq istəyir. Bunu heç Aslan İsmayılovun özü də gizlətmir. Dəfələrlə yazdığı status-məqalələrdə Sorosun tələbəsi, Saakaşvilinin "parta yoldaşı” olmaqla qürur duyduğunu etiraf edib. Yazdığı son status da bu qəbildəndir. Həmin statusunda da özüylə Saakaşvilini müqayisə edən Aslan İsmayılov niyə onun uğur qazandığı, özünün isə uğursuzluğa düçar olduğu barədə sanki hesabat verir. Günahı isə hər şeyə laqeyd, "dağıdıcılığa meylli” Azərbaycan xalqında görür:
"Biz gürcülərdən yaxşıyıq, sadəcə bəxtimiz gətirmir, Saakaşvilimiz yoxdur və s. bəhanələr də boş şeydir. Elə bu günlərdə artıq Saakaşvilisi olmayan Gürcüstanda bir gəncin qətlində şübhəli bilinənlərə yüngül cəza verildiyinə görə bütün gürcü xalqı ayağa qalxdı, Baş prokuror üzr istədi, istefa verdi, xalq yenə ayaqdadır. Özü də xalqı ayağa hansısa partiyalar qaldırmadı. Atanın fəryadını hamı özününkü kimi qəbul etdi və meydana töküldülər. Özləri də bizim kimi heç bir yeri dağıtmadı, yandırmadı, meydana yığışıb öz etirazlarını bildirdilər. Biz isə məqam gözləyirk, İsmayıllıda olduğu kimi yandıraq, dağıdaq, asaq, kəsək”.

Statusun bu hissəsindən də göründüyü kimi, Aslan İsmayılov hansısa konkret hadisəni ümumiləşdirmək yoluyla Azərbaycan xalqını qisasçı, fürsət gözləyən, məqamı gələndə dağıdan, asıb kəsən topluluq olaraq görür. Halbuki, son məhkəməmizdən sonra mətbu orqanlara verdiyi müsahibəsində onun özünün bu hislərlə yaşayan birisi olduğu ortaya çıxmışdı. Həmin video-müsahibədə Aslan İsmayılov dövlət məmurlarını hədələyərək, öz qisasını alacağını, buna gücü çatmasa belə, övladlarının həmin qisası həyata keçirəcəyini demişdi. Özü də həmin məmurlar həyatda olmasa belə, övladlarından bu qisasın alınacağını vurğulamışdı. Haqsız olduğu bir məsələdə nəsillərdən nəsillərə davam edəcək qisas hissiylə yaşamaq, yəqin siz də razılaşarsınız ki, mağara təfəkkürünün təzahürüdür və adını hüquqşünas qoyan, ziyalı iddiasıyla ortaya çıxan birinə qətiyyən yaraşmır.

Elədirsə, XXI əsrdə sivil dünyanın bir parçası olmaq iddiasıyla çıxış edən bir xalq bu mağara təfəkkürlü adamı niyə dəstəkləməlidir? - Aslan İsmayılova görə, buna borclu olduğu üçün. Çünki bu adam hansısa işçisinin xaricdə pulsuz təhsil almasına, başqa sözlə desək, Sorosun müftəyeyənlərinin cərgəsinə qoşulmasına kömək edib, dolayısıyla beynəlxalq təxribat şəbəkəsinə agent qazandırıb. Aslan İsmayılov bu fikirlərini son statusunda belə ifadə edir:

"Ən azından yüz nəfərə yaxın "VİZA" hüquq firmasında təmənnasız hüquq öyrənib, bir çoxları bu gün vəzifələrdə çalışır, bəziləri isə vəkilliklə məşğuldurlar. "VİZA" hüquq firmasında çalışan 7 nəfər əməkdaşa bank sahiblərindən şəxsən özüm üçün xahiş edib 6 faiz kredit götürüb ev almalarında iştirak etmişəm. 5 nəfər əməkdaşın öz əlaqalərim hesabına xaricdə pulsuz təhsil almasını təmin etmişəm. Sadaladıqlarım yəqin ki, buradan özlərini yaxşı tanıyacaqlar. Qoyun desinlər, bəlkə hansısa təmənnam olub, yaxud əvəzində mənə nə isə veriblər. Yaxşı, deyək bunlar cavandırlar, hələ həyatın mənasını tam anlamayıblar. Ən azından Facebook səhifələrimin daim izləyiciləri şahid olublar ki, neçə nəfər yaşlı nəslin nümayəndələrini, ziyalı saydıqlarımı təqib olunanda hakimiyyətin ünvanına ən sərt ifadələr işlətməklə müdafiə etmişəm. Onlara zəng edib daim maraqlanmışam. Bəlkə onlar da məni özlərinə borclu sayıblar?! Bu dünyada heç kimin heç kimə borcu yoxdur”.

Göründüyü kimi, Aslan ismayılov həmin yazısında özünə borclu saydığı Azərbaycan xalqını təhqir etməklə qalmır, müxtəlif sosial problemləri qabardaraq, əslində Sorosun rəngli inqilab sifarişini yerinə yetirdiyini təsiqləyir. Onun statusundakı "Biz hələ də anlamamışıq ki, normal cəmiyyətlərdə insanlar partiya, qrup maraqlarında olmayan ictimai insanlara daha həssas yanaşırlar” cümləsi də niyə məhz depolitizə olunmuş Saakaşvili qismində göründüyündən xəbər verir. Belə anlaşılır ki, Aslan İsmayılov ona "cəmiyyətimizin daha həssas yanaşması” üçün ictimai xadim cildinə girir.

Amma unudur ki, Azərbaycan xalqı kifayət qədər müdrik toplumdur. Ağı qaradan ayırır və nə üçün, nə zaman, hansı məqsədlə ayağa qalxmasını da yaxşı bilir. Üstəlik, bu xalq müasir dövrümüzdə xarici sifarişlərin Suriyanı, İraqı, Libiyanı nə günə qoyduğunu hazırda bütün çılpaqlığı görür və eyni prosesin öz ölkəsində yaşamasını istəmir.

Aslan İsmayılov da, nəhayət, xalqın müdrik olduğunu anlamalı, depolitizə olunmuş Saakaşvili maskasını çıxarıb haqq yola gəlməli və üzr istəmək qabiliyyətini göstərməlidir. Bu, hər kəsdən daha çox mağara təfəkküründən azad olunacağı üçün onun özünə lazımdır.

 

Xəbər 3320 dəfə oxunub






Oxşar xəbərlər

47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13719] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00695] calend [0.00039] topnewsend [0.00322] rsssend [0.00000] ehgend [0.04103] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08443]