Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:49 - 20.01.2019  
FALABAXMA - 3 iyun
Tarix: 3-06-2018, 09:16 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.

Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.

Buğa – yaradıcılıq ideyalarınız bol olacaq. Prosesin maraqlı olması üçün fəaliyyətinizi məntiqli təşkil edin. Aldığınız məlumatları qaydaya salın, gərəksiz informasiyalara ciddi önəm verməyin. Prioritetləri müəyyənləşdirin.

Günün ikinci yarısı yarımçıq işlərin başa çatdırılması, habelə pəhriz, diaqnostika, fiziki prosedurlar üçün əlverişlidir. Təmir və ya hobbiniz üçün gərəkli materialları ala bilərsiniz. Ailə üzvlərinizin qayğı ilə diqqətə ehtiyacı var. Az danışın, çox işləyin. Sizə faydalı nə isə deyə biləcək insanlarla ünsiyyətdə olun.

Şəxsi münasibətlərdə diqqətli olun. Sevdiyiniz insana kömək edin.

Əkizlər – yaranmış problemləri ən müxtəlif instansiyalarda həll etməyə çalışın. İşdə həmkarlarla və ya işgüzar tərəfdaşlarla müzakirələr üçün əlverişli zamandır. Hər şeyi təmkinlə, sakit şəkildə həll etmək olar. Hisslərlə emosiyalar arxa plana keçməlidir.

Günün ikinci yarısında maddi maraqlarınızın təminatı üçün gərəkli saydığınız bütün addımları atın.

Yaşam məkanında və fəaliyyət arealında düzəni pozmayın. Təfərrüatlara, habelə tərtibata fikir verin. Axşam saatlarında normal istirahət edin.

Xərçəng – yaradıcı potensialınızdan maksimum istifadə edin. Görüşü, diskussiyanı, müzakirələri təxirə salmayın. Energetik səviyyəniz yüksəkdir. Təmaslardan yeni layihəniz üçün yararlanın. Anlaşmanı pozmayın, vədlərə riayət edin.

Günün ikinci yarısında əlaqələrdə fərdi maraqları ön plana çıxararaq ümumi mənafeni qulaqardına vurmayın. Əmlak məsələsi bilavasitə iştirakınızı tələb edir. Yaxınlarınızın dediklərinə qulaq asın. Sistemləşdirmə daxili tarazlığa və stabilliyə nail olmağa imkan verəcək.

Şir – günün ilk yarısından etibarən maddi məsələlərin həllinə başlayın. Situasiyanın yaratdığı süni məhdudiyyətlərin qarşısında geri çəkilməyin. Planlarınızı reallaşdırın, istəklərinizi unutmayın.

Çılğın arzuların əsirinə çevrilməyin.

Günün ikinci yarısında əlaqələrin genişləndirilməsinə, yaxın ətrafınızdakı insanlara təsir imkanlarınızın artırılmasına zərurət duyulur. Çətindir, amma başlayın. Yaxınlarınız sizə dəstək olacaqlar. Məsuliyyətiniz artacaq.

Mürəkkəb intellektual fəaliyyətə hazır olun.

Axşam saatlarında fiziki təmrinlərdə xeyir var.

Qız – istənilən, hətta ən kiçik hadisələri təhlil etməklə vaxtınızı hədər keçirməyin. Sürətli seçim edin və dərhal işə başlayın. Ev işlərini görmək, məişət qayğılarını çözmək üçün yaxşı zamandır. Yeni ideyaya maraq yarana bilər.

Günün ikinci yarısında fikirlərinizi etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.

Kollektiv fəaliyyətə üstünlük verin. Sevdiyiniz insanla münasibətlərdə ən kiçik məqamın önəmi var. Laqeydlik və donuqluq əhvalınızı poza bilər.

Tərəzi – günün ilk yarısı neytral zamandır. Cari işlər, rutin qayğılar diqqət və sərvaxtlıq tələb edir. Münasibətlərdəki xaosu aradan qaldırın, nizamsızlığın səbəblərini tapın.

Başladığınız işi keyfiyyətlə görün. Xırdalıqlardan bəhrələnin, məlumatları sistemləşdirin.

 

Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq və ya yeni iş yeri axtarışlarına başlamaq olar. Amma önəmli, yekun qərarlar qəbul etməyin. Fikirləşmək, düşünüb-daşınmaq üçün xeyli vaxtınız var.

Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.

Pəhrizə başlamaq üçün münasib zamandır.

Əqrəb – yaşamın yaratdığı problemlər nə qədər ağır olsa, fəaliyyətiniz bir o qədər maraqlı təsir bağışlayacaq. Kreativ olun, amma başqasının əvəzinə çalışmayın. Özünüzü çox yormayın.

Bir qədər nəfəs alın, dincəlin və sonradan yenə sürətlə çalışmağa başlayın.

Günün ikinci yarısı dostlarla ünsiyyət, görüş, səfər, yaradıcılıq üçün yaxsıdır. Xərcləriniz irrasional təsir bağışlamamalıdır.

Şəxsi münasibətlərdə qayğıkeş olun. Sevdiyiniz insanı sevindirin. Ona hədiyyə verə bilərsiniz.

Oxatan – günün ilk yarısı ağır zamandır. Təcili həll tələb edən məsələlərin sayı artacaq. Başqalarının işini görməyin. Gərəkli olanı görün, əlavə vədlər verməyin. Ağır və mürəkkəb iş yaşam situasiyası ilə bağlı nigaranlıqdan qurtulmağa imkan verəcək.

Yaxınlarınızla münaqişə etməyin.

Günün ikinci yarısında işlə məşğul olun, boş söhbətlərin statik iştirakçısına çevrilməyin. Axtarışlarınız gözlənilən nəticəni verəcək. Uzun müddətdən bəri sizi gərgin vəziyyətdə saxlayan problemi həll etməyə can atın.

Axşam saatlarında sakit istirahəti seçin.

Oğlaq – günün ilk yarısında baş verəcək dəyişikliklərdən və formalaşan situasiyalardan yararlanaraq fəaliyyət istiqamətinizi dəyişə bilərsiniz. İş qrafikinə və planlara yenidən baxın. Qətiyyətli, iradəli, əzmli hərəkətlərdə xeyir var.

Günün ikinci yarısında ikinci dərəcəli məsələləri bir kənara qoyaraq önəmli problemin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlara çox aludə olmayın, öz maraqlarınızı təmin edin.

Axşam saatlarını maraqlı insanla keçirin.

Dolça – sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.

Günün ikinci yarısında əlavə xərclər istisna deyil.

Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik etməyin. Axşam saatları romantik anlar vəd edir.

Balıqlar – təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal” sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın.

Əsəblərinizə heyfiniz gəlsin.

Xəbər 3743 dəfə oxunub






Oxşar xəbərlər

Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14155] initstartout [0.00014] initstartin [0.00056] calstart [0.00762] calend [0.00041] topnewsend [0.00310] rsssend [0.00000] ehgend [0.00578] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12341]