Heydər Əliyev məzun oldu- FOTOLAR

  • 28 may 2018, 09:03

Xəbər verdiyimiz kimi, mayın 26-da ADA Universitetində məzun günü keçirilib.


Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə çıxışlardan sonra diplomların təqdim edilməsi mərasimi keçirilib. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də təhsil aldığı ADA Universitetindən məzun olub. 2013-cü ildə 590 bal toplayaraq ADA Universitetinə qəbul olan Heydər Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirdəki çıxışında deyib: "Prezident İlham Əliyev bu gün burada yalnız mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban xanımla birlikdə həm də bir valideyn kimi buradadır. İcazə verin, Heydərin bugünkü akademik zirvəsi münasibətilə Sizi, cənab Prezident, Mehriban xanımı və bütün ailənizi universitetimiz adından təbrik edim”.
Oxşar xəbərlər