Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:05 - 16.01.2019  
ULDUZ FALI – 25 may
Tarix: 25-05-2018, 08:19 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – ünsiyyət üçün əlverişli olmayan gündür. Əla bələd olduğunuz insanlarla belə, dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlərlə işgüzar təmasları qarışdırmaq əsla məsləhət deyil. İşlə bağlı qərar qəbul edərkən rəğbət və ya antipatiya hisslərinə əsaslanmayın. Yalnız işgüzar məziyyətləri önəmli bilin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Sevdiyiniz insanla təmaslarda sərt olmayın, aqressiv davranmayın. Maliyyə məsələlərini dərhal həll etməyə çalışmayın. Alış-verişi ertələmək mümkündürmü? Pullarınızı yelə verməyin. Gələcəyi düşünün.

Buğa – mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Kiçik, ilk baxışdan önəmsiz, amma mühüm əşya və ya nəsnə itə bilər. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

Əkizlər – neqativ və ya pozitiv emosiyalarınızı gizlətməyə çalışın. Soyuqqanlı olun, hissləriniz simanıza "yazılmasın”. Əks təqdirdə yanınızdakı insanlar sizi impulsiv, emosional, çılğın insan kimi tanıyacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı ideyanızın dəstəkdən məhrum qalmasına, təşəbbüsünüzün yetərincə dəyərləndirilməməsinə səbəb ola bilər.

Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslarda həssas olun. Ailə üzvlərinizdən biri daha müstəqil olmaq istədiyini deyəcək.

Yaşlı qohumların məsləhətlərinə qulaq asın. Belədə bir sıra səhvlərdən qurtula bilərsiniz.

Xərçəng – problemlər vəd edən gündür. Fəqət, bu problemlərin heç biri ciddi deyil. Narahat olmağa dəyməz. Məqsədə aparan yolda qarşınıza çıxan sədlərlə maneələri dəf edin, ruhdan düşməyin. Həyasızcasına davranan və kollektivdə özünü hamıdan ağıllı sayan, qruplaşma yaratmağa çalışan ambisioz, amma dəyərsiz insanın təxribatlarına uymayın. O, özünə yeni iş yeri tapacaq: uduzan siz olacaqsınız.

Günün ikinci yarısında məhsuldar əmək gələcək uğurların təməlini qoyacaq.

Faydalı tanışlıqlar istisna deyil.

Axşam saatlarında aktiv istirahəti seçin. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, yorulmayacaqsınız. Peşəkar fəaliyyətlə bağlı, şəxsi münasibətlər sahəsindəki məsələləri müzakirə etmək olar.

Şir – işgüzar münasibətlər rəvan deyil. İndiyədək müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətlərdə sərinləşmələr ola bilər. Bir sıra məsələlərlə bağlı mövqelərinizi aşkar söyləyəndə qarşı tərəfi də düşünün. Sərt və aqressiv sözləriniz yaxın ətrafınızdakı insanların xətrinə dəyə bilər.

Bədxahların, sizə pislik etmək istəyən insanların sayını artırmayın.

Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Fantaziya, qeyri-standart yanaşma tələb edən işləri yerinə yetirmək çətinləşir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. İşlərin qaydaya düşdüyünü hiss edəcəksiniz.

Qız – tələsməyin, vurnuxmaya qapılmayın. Məsuliyyətli, ciddi işlərin günün ilk yarısında görməyin. Səbrli və təmkinli davranın, rəqiblərin nələr etmək istədiklərini əvvəlcədən təxminləməyə çalışın. Belədə böyük uğur və qələbələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, yaşamınızda dəyişikliklər ola bilər.

Günün ikinci yarısında soyuqqanlı davranın.

Maliyyə fonu stabildir. Əhəmiyyətli gəlirlərlə bağlı ehtimallar azdır. Bununla belə, böyük xərclər də olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında gəzintiyə çıxın.

Fiziki işdə və təmrinlərdə xeyir var.

 

Tərəzi – uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq olar. Aktiv olun, enejili fəaliyyət göstərin. Mühüm qərarlar qəbul etmək olar. Planlardan bəzilərinin həyata keçirilməsinə dərhal başlaya bilərsiniz. Hüquqi ixtilafların yoluna qoyulması üçün yaxşı zamandır. Ehtiyac yaranarsa, məhkəməyə üz tuta bilərsiniz.

Günün ikinci yarısı yeni biliklər, bacarıqlar, təcrübə və məlumat əldə etmək üçün sərfəlidir.

Yenilikləri, maraqlı məqamları dərhal görməyə can atın. Yaradıcılıq potensialı yüksəkdir. Ən darıxdırıcı sönük məşğuliyyəti maraqlı edə bilərsiniz.

Əqrəb – diqqətli və sərvaxt olun. Sizi öz fırıldaqlarına, manipulyasiyalarına hədəf etmək istəyənlər var. Hiyləgərin felinə uymayın. Öz maraqlarını güdərək sizi tərifləyənə inanmayın. Əməkdaşlıqla bağlı uzunmüddətli anlaşmalar imzalamaq, yeni tərəfdaşlarla anlaşma və ya sövdələşmələri müzakirə etmək üçün münasib gün deyil.

Günün ikinci yarısında təmaslarda diqqətli olun. Çoxları sizin rəğbətinizi qazanmağa çalışır. Sizə əsla uyuşmayan insanla yaxın müansibətlər qursanız, ciddi risklə üzləşəcəksiniz. Maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.

Oxatan – çox əlverişli və yaxşı gündür. İşdə əhəmiyyətli uğurlara nail olmaq, rəqibləri geridə qoymaq, yaxşı gəlir əldə etmək şansları var. İşlə bağlı müzakirə və danışıqlarda gərəkli tonu seçin. Haqlı olduğunuzu opponentlərə sübut edin.

İşlə bağlı aldığınız təklifləri dərhal rədd etməyin. Həmin təkliflər arasında sərfəli və məntiqi olanları var.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yaranacaq. Narahat olmayın, sağlıq durumunuz üçün heç bir təhlükə yoxdur. Emosional fon yaxşıdır. Əhvalınız pis olmayacaq. Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun.

Axşam saatlarında yeni tanışlıq istisna deyil.
Oğlaq – çox uğursuz gündür. Həddən ziyadə diqqətli və ehtiyatlı olun. Sərvaxt davranın, təxribatlara uymayın. Hər addımınızı diqqətlə düşünün. Təmasları məhdudlaşdırın. Yalnız inandığınız, etibar etdiyiniz insanlarla çalışın. Maliyyə məsələləri və daşınmaz əmlakla bağlı qərar vermək üçün münasib zaman deyil.

Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. İşləri başqasına həvalə edərək istirahət etmək fikrinə düşməyin. Çalışın, zəhmətkeş olun. Nəzərdə tutulmamış səfər ola bilər.

Axşam saatlarında xoşagəlməz görüş istisna deyil.
Dolça – məhsuldar gündür. Qətiyyətli, aktiv olun. Təşəbbüslərlə çıxış etsəniz, uğur şansı artır. Fiziki işlər çox olsa da, usanmayın, süstlüyə qapılmayın. Rəqibləri üstələməyə çalışın. Əhəmiyyətli məbləğdə gəlir ola bilər. Maraqlı işgüzar təklif alacaqsınız. Sərfəli anlaşmaya nail olmaq ehtimalı mövcuddur.

Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda kiçik fikir ayrılıqları yaransa da, münasibətlər səmimi və harmonik qalmalıdır.

Ehtiyatlı olun. Kiçik travma, yanıq və zədə riskləri var.

Balıqlar – səbəbi naməlum narahatlıq, nigaranlıq, təlaş yaşayacaqsınız. Bu hisslər bütün diqqəti işə yönəltməyə mane olur. Hisslərinizin əsiri olsanız, başladığınız işlər yarımçıq qalacaq. Həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxacaq. Hansısa mühüm işi unudacaqsınız.

Yanınızda sizi anlayan və narahat davranmağa qoymayan insan olarsa, pis deyil.

Günün ikinci yarısı yenilənmə, yaşam və fəaliyyət arealında dəyişikliklər üçün əlverişli zamandır. Mebel və interyer əşyaları, məişət texnikası almaq olar.

Xəbər 3770 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13058] initstartout [0.00015] initstartin [0.00068] calstart [0.00885] calend [0.00051] topnewsend [0.00454] rsssend [0.00000] ehgend [0.00993] tagsstart [0.00082] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10504]