Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:40 - 25.05.2019  
FALINIZA BAXIN! - 24 may
Tarix: 24-05-2018, 11:07 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – sizi çətin gün gözləyir. Mənfi təmayüllərin təsiri artır. Məqsədə aparan yolda qarşınıza çıxan maneələrlə sədləri dəf etmək üçün var qüvvənizlə çalışmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları yarana bilər. Rəhbərliklə mübahisə etməyin. Belə mübahisə uzunmüddətli münaqişənin əsasını qoya bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun.

Süstlük, tənbəllik, diqqətsizlik sizə başladığınız ən sadə işləri başa vurmağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlar sizi astagəllikdə suçlayacaqlar. Onların çoxsaylı tənqidləri sizdə qıcıq yaradacaq.

Buğa – gün ciddi problemlər vəd edir. Amma ruhdan düşməyin, nikbin olun. Belədə ətrafınızdakı insanların sizə marağı daha da artacaq. Ən müxtəlif insanlardan təkliflər alacaqsınız. Lakin bu adamları ayırd edin. Bəzi şəxslərdən uzaq durmaq gərəkdir.

Günün ikinci yarısında yeni dostluq və ya tərəfdaşlıq münasibətlərin başlanması istisna deyil. Fəqət diqqətli olun. Yeni tərəfdaşlarla məhsuldar peşəkar əməkdaşlıq şansları azdır.

İstənilən səfərlər üçün əlverişli zamandır. İşlər çox olsa da, yorulmayacaqsınız. Usanmayacaqsınız. Axşam saatlarında aldığınız informasiya karınıza gələ bilər.

Əkizlər – çətinliklər az olmayacaq. Lakin onların öhdəsindən tez gəlməyə çalışın. Fəndgir, hiyləgər olun, məqsədə doğru gedən yolda qarşınıza çıxan maneələri dəf edin. Aktual və praktik işlərin həlli üçün əlverişli zamandır. Genişmiqyaslı, böyük layihələrin həyata keçirilməsini təxirə salın.

Günün ikinci yarısında işlə bağlı aldığınız təkliflər ilk baxışdan cazibədar təsir bağışlasa da, onlar sərfəli deyillər.

Emosional fon münasibdir. Amma bir qədər sonra əsəbi gərginlik artacaq, qıcıqlanacaqsınız.

Axşam saatlarında yaxınlarınızla münaqişə etməmək üçün səylər göstərin.
Xərçəng – müsbət təmayüllərin təsiri artacaq. Gün pis deyil. Uzun müddətdən bəri həll etməyə çalışdığınız problemin həll variantlarını aşkarlayacaqsınız. Yeni tərəfdaşlarla əməkdaşlıq, iş yerini dəyişmək üçün pis zaman deyil.

Gəlirlər istisna deyil.

Axşam saatları imiclə eksperimentlər və alış-veriş üçün yaxşı zamandır.

Şir – günün ilk yarısı uğurlu olacaq. İşgüzar danışıqlar, nüfuzlu adamlarla görüşlər, mühüm məsələlərin nəzərdən keçirilməsi üçün münasib zamandır.

İşdə rəhbərlik və həmkarların dəstəyini alaraq ən cəsur planlarınızı reallaşdıra bilərsiniz.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Planlarınızın bəziləri pozula bilər. Münaqişəli vəziyyətlər, mübahisələr yaranacaq. Əhvalınız korlanacaq. Səhhətinizdə problemlər istisna deyil. Ürək-damar sisteminin xroniki ağrıları kəskinləşə bilər.

Qız – indiyədək sizi ciddi şəkildə narahat edən problemlər artıq önəmsiz təsir bağışlayır. Onlar sanki heç diqqətə layiq deyillər. Yeni, maraqlı işlər və tapşırıqlar yaranır. Onların bəzilərini həll etmək üçün səy göstərmək olar. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq istəyirsinizsə, təmkinli, səbrli davranın. Tələsik addımlar atmayın.

Günün ikinci yarısında istənilən situsiyanı təhlil etmədən qərar qəbul etməyin.

 

Yaxınlarınız problemlərinizi anlayşıla qarşılayırlar. Hamı üçün xoşagəlməz vəziyyət yarananda münaqişələrə və mübahisələrə yol verməyin.

Axşam saatlarında qəfil vizitlər ola bilər. Qonaqlar sizi sevindirəcək.

Tərəzi – hər addımınız düşünülmüş, hər qərarınız təmkinli olmalıdır. Ehtiyatlı olun, detallara fikir verin, xırdalıqlara laqeyd yanaşmayın. Yaxşı məsləhət almaq istəyirsinizsə, subyektiv olmayan, qərəzli və ya məkrli olduğunu düşünmədiyiniz insana müraciət edin. Yaranmış situasiya ilə bağlı tam informasiya əldə etməyə çalışın. Yeni işlərə başlamağa tələsməyin. Başladınızsa, sürətli və tam qələbəyə bel bağlamayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Sevdiyiniz insanları anlamağa çalışın. Qəfil etiraf, diqqət izharı, hədiyyələr istisna deyil.

Əqrəb – mühüm işləri günün ilk yarısına planlaşdırın. Diqqətli olun, həll olunası problemə səthi yanaşmayın. İşgüzar danışıqlarda sərt olun, mənasız güzəştlərə gedərək mövqelərinizi zəiflətməyin. Peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni üfüqlər yaranır.

Günün ikinci yarısı çox uğurlu olmayacaq. Çoxsaylı kiçik problemlər yaranacaq. Onlar sizi sinirləndirəcək, qıcıqlandıracaq. Yaxınlarınızla mübahisə etməyin. Ətrafınızdakı insanlarla aqressiv davranaraq yeni düşmənlər qazanmayın.

Oxatan – danışıqlar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. Ənənələrin və qaydaların əleyhinə gedərək düzgün saydığınız variantı reallaşdıra bilərsiniz.

Yaxın ətrafınızdakı insanlarla təmaslarda nə qədər səmimi və qayğıkeş olsanız, işlərinizdə bir o qədər irəliləyiş müşahidə ediləcək. Münasibətlərdə harmoniyaya nail olun.

Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Qəfil xərclər istisna deyil. Səfər və ya səyahətdə ehtiyatlı olun. Fırıldaqçılar sizin hesabınıza gəlir əldə etmək istəyəcəklər.

Oğlaq – günün ilk yarısında qarışıq, çətin işlər çox olacaq. Mühüm qərarlar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Peşəkar fəaliyyət və kommersiya məsələləri ilə bağlı təxirəsalınmaz məsələnin həllini yubandırmayın.

İş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq, anlaşma və sazişlər üçün əlverişli zamandır.

Uğur sizin tərəfinizdədir. Adi günlərdən fərqli olaraq, işlərin öhdəsindən gəlmək asan deyil.

Günün ikinci yarısındakı problemlər seçdiyiniz yolun dürüstlüyünə şübhə yaratmasın. Axşam saatlarında köhnə dostlara baş çəkin. Sizi anlayan insanlarla vaxt keçirin. Belədə əhvalınız yaxşılaşacaq, gələcəyə nikbin baxacaqsınız.

Dolça – bir yerdə oturmayın, təşəbbüskar və fəal olun. Mürəkəb işin çarəsini başqalarının tapacağını düşünməyin. Öz işinizi başqalarına həvalə etməyin. Uzaq perspektivə hesablanmış planlar qurmaq, məqsədə çatmağın yeni yollarını aramaq olar. Uğurlu işgüzar səfərlər ola bilər. Yeni tərəfdaşlarla uğurlu anlaşma və ya saziş şansı artır.

Günün ikinci yarpısında maliyyə məsələlərində ehtiyatlı olun. Pulunuza qənim kəsilməyin, bədxərclik etməyin.

Məişət texnikası və ya bahalı əşyanın alınmasını ertələyin.

Balıq – qarşıya qoyduğunuz məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirməyə çalışır. Sakit və təmkinli olun, hər xırda məsələyə qıcıqlanmayın. Soyuqqanlı davransanız, bir çox münaqişənin alovlanmasının qarşısını ala bilərsiniz. Gəlirlər istisna deyil. Məbləğ az olmayacaq. Qəfil hədiyyələr istisna deyil.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün uğurludur. Axşam saatlarında gəzintiyə çıxsanız, başağrısı və ya yuxusuzluğa qarşı preventiv tədbir görmüş olacaqsınız.

Demokratik.Az

Xəbər 3999 dəfə oxunub






Oxşar xəbərlər

“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32216] initstartout [0.00019] initstartin [0.00091] calstart [0.01073] calend [0.00067] topnewsend [0.00752] rsssend [0.00000] ehgend [0.09755] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20382]