Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:52 - 23.10.2018  
FALABAXMA – 23 may
Tarix: 23-05-2018, 08:22 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – hamının yararlandığı metodlardan istifadə etməyin. Öz strategiyanızı hazırlayıb reallaşdırmağa başlasanız, uğura nail ola bilərsiniz. Yaradıcılıq potensialınızı gerçəkləşdirin. Yaxın ətrafınızdakı insanların güman etmədikləri bacarıqlarınızı nümayiş etdirin. Bütün problemləri asnalıqla həll edəcəyinizi düşünməyin.

Günün ikinci yarısında bəzi çətinlikləri çözmək üçün baş sındırmalı olacaqsınız.

Yaşlı qohumlarla ixtilaflar ola bilər. Sizi tənqid edirlər. Sakit, səbrli və soyuqqanlı olun. İradlara sərt reaksiya verməyin.

Axşam saatlarında səhhətinizdə heç bir problem olmayacaq. Zərərli vərdişlərə uymayın.

Buğa – maraqlı işə başlamaq zamanıdır. Yardımçılar, tərəfdaşlar və həmfikirlər sizə yardım edəcəklər. Səfər və uzaqdan gəlmiş insanlarla görüş üçün əlverişli gündür. İstənilən formada mühüm məsələləri müzakirə etmək olar. Münaqişə yaranmayacaq, problemin həll yolu tapılacaq.

Günün ikinci yarısı interyer əşyaları, yaşam arealı üçün gərəkli predmetlər almaq olar.

Maliyyə fonu yaxşılaşacaq. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Təşəbbüskar olun, sevdiyiniz insanı sevindiriməyə çalışın.

Əkizlər – gün çoxsaylı sürprizlər vəd edir. O yeniliklərin əksəriyyəti pis olmayacaq. Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək çoxdankı planlarınızdan birini reallaşdıra bilərsiniz. Liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında təmasları bir qədər məhdudlaşdırın, gərəksiz həyəcan və gərginlikdən qurtulun. Yalnız rəğbət bəslədiyiniz insanlarla görüşün, onlarla təmasda olun. Qəfil etiraflar, açıqlamalar ola bilər.

Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanıdır.

Xərçəng – günün ilk yarısı çox mürəkkəb zamandır. Birmənalı olmayan situasiyalar formalaşacaq. Bütün problemləri eyni vaxtda həll etməyi ağlınıza belə, gətirməyin. Yaxın bildiyiniz insanlardan biri ilə bağlı xoşagəlməz xəbər alacaqsınız. Yaşlı qohumlarla ünsiyyət zamanı fikir ayrılıqları istisna deyil.

Günün ikinci yarısında ailə büdcəsi və ya əmlakla bağlı mübahisə yarana bilər.

Şəxsi həyatınızda nəyisə dəyişməyin vaxtı çatıb. İlk addımı atın. Bəzi vərdişlərdən əl çəkin, daha münasib gün rejiminə keçin. Bəziləri bütün bunları kiçik addımlar saysa da, bildiyinizi edin.

Şir – qaydaları pozmağa, daşlaşmış stereotiplərdən kənara çıxmağa dəyər. İntuisiyanız sizə dürüst yolu göstərəcək. Tərəfdaş və dostlardan birinin maraqlı ideyaları ola bilər. Həmin ideyanın reallaşdırılmasında yardımçı olsanız, uduzmazsınız. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlığı davam etdirmək üçün münasib zamandır.

Mövqelərinizi paylaşmayan insanlarla da səyləri birləşdirmək olar.

Günün ikinci yarısında işlərdə çətinliklər yarana bilər. Bəzi problemlərin həlli xərc və məsrəf tələb edir. Yeni işə təkbaşına başlamayın. Formalaşan situasiyada yaranan məqamları dərhal dəyərləndirməyə can atın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Qız – bu günə nə planlaşdırmağınızdan asılı olmayaraq yeniliklərə və dəyişikliklərə hazır olun. Gözlənilməz situasiyalar az olmayacaq. Səbrsiz, tələsik davranmayın. Əlverişli anı gözləyin, vaxtından əvvəl hərəkət etməyin. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısında bir qədər durun, ətrafa nəzər salın, mövcud situasiyanı dəyərləndirin.

Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların hisslərini, istəklərini, niyyətlərini təhlil edin. Problemlərinizi özünüz həll edin, başqalarından yardım istəməyin.

 

Tərəzi – yaxın ətrafınızdakı insanlar sizi astagəllik, süstlük, sürətlə və aktiv hərəkət edərək qərarları vaxtında vermək hissindən xali olmaları ilə qıcıqlandıracaqlar. İzafi söhbətlər, mənasız müzakirələr sizi usandıracaq. Mühüm və təcili işlə məşğul olmaq fikriniz varsa, kimsədən yardım istəməyin, dəstək gözləməyin. Müstəqil hərəkət edin.

Günün ikinci yarısında yaradıcı işdə uğur qazana bilərsiniz. Yeni ideyalarınız dərhal dəstəklənməsə də, pis deyil.

Alış-verişi, hansısa işə pul yatırılmasını və ümumiyyətlə, bütün maliyyə məsələlərini ertələsəniz, yaxşıdır. İmkanlar və əhvalınız münasib deyil. Pula görə münaqişəyə yol verməyin. Güzəştə getməyi bacarın.

Əqrəb – bu günədək rəğbət bəslədiyiniz insanların bəziləri sizi qıcıqlandırmağa başlayacaq. Neqativ emosiyalara hakim olmaq çətin olsa da, hisslərin əsirinə çevrilməyin. Əks təqdirdə münaqişələrin səbəbkarına çevriləcəksiniz. Sevdiyiniz insanla sərt və aqressiv danışmayın. Hisslərin təsiri altında o şəxsin könlünə dəyməyin.

Günün ikinci yarısı xırdalıqlara və detallara xüsusi diqqət tələb edən işlər üçün əlverişlidir. Çalışmaq sizi bədbin fikirlərdən xilas edəcək.

Axşam saatlarında planlaşdırılmamış vizitlər ola bilər. Qonaqpərvər olun. Səbrli davranın.

Oxatan – yeni iş və ya layihəyə başlamazdan əvvəl bir qədər əvvəl başladığınız, amma yarımçıq qoyduğunuz işi bitirin. Əks halda çox qarışıq, mürəkkəb situasiya yaranacaq. Fəsadlardan baş çıxarmaq asan olmaya bilər. Maliyyə məsələlərini həll etməyə çalışmayın. Təkbaşına işləməyə can atmayın. Səhvlər və yanlışlıqlar riski böyükdür.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Təmasları və ünsiyyətləri harmonik etməyə səy göstərin.

Axşam ayları son həftələrdə yaşanmış hadisələrin təhlili və müzakirəsi üçün əlverişlidir. Yaxın gələcəklə bağlı planları nəzərdən keçirin.

Oğlaq – günün ilk saatları gərgin olacaq, əhvalınız pozulacaq. Gözlənilməz xərclər və məsrəflər olacaq. Qənaət cəhdləri isə xərclərin və itkilərin daha da artmasına səbəb ola bilər. Etibar etdiyiniz, inandığınız insanlar sizə təzyiq göstərməyə, təsir etməyə çalışacaqlar.

Günün ikinci yarısında situasiya dəyişməyə başlayacaq. Qəfil xəbər əhvalınızı yaxşılaşdıracaq. Özünüzü daha əmin hiss etməyə başlayacaqsınız.

Fiziki yükü azaldın, ağır işlər görməyin. Yaşam potensialının səviyyəsi aşağı olacaq. Səhhətinizdə kiçik problemlər yaranacaq. Mədə-bağırsaq sisteminizdə xroniki ağrılar varsa, xüsusilə diqqətli olun.

Dolça – vəd və öhdəliklər verməyin.. Onları reallaşdırmaq ilk baxışdan göründüyündən də çətindir. Üstəlik, situasiyadakı dəyişikliklər sizi başa çatmış sandığınız işə qayıtmağa vadar edəcək. Buna görə bəzi planlardan imtina etməli olacaqsınız.

Günün ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqlarının öhdəsindən gələcəksiniz. Yaşlı qohumlarla dil tapmaq isə çətindir.

Əsas işi ikinci dərəcəli məsələlərdən ayırmağı bacarın.

Qəbul etdiyiniz qərarların dürüstlüyünə axşam saatlarında əmin olacaqsınız. Güzəşt yollarını arayın. Yol verdiyini səhvlərin fəsadlarını aradan qaldırın. Tələskənlik etməyin.
Balıqlar – hadisələrin ləng inkişaf etdiyini düşünərək proseslərə süni təkan verməyin, olaylara müdaxilə etməyin. Tələskənliyə yol verməyin. Yaranmış situasiyadan maksimum mənfəət əldə etməyə çalışın. Yaşam təcrübəniz və yaxınlarınızın məsləhətləri irəliləyişə nail olmağa imkan verəcək.

Gəlirlər və dəyərli hədiyyələr istisna deyil. Maraqlı işgüzar təklif də ala bilərsiniz.

Günün ikinci yarısında istənilən işə başlaya bilərsiniz. Həmin işin öhdəsindən gələcəksiniz. Yaşam arealı və ya fəaliyyət məkanı ilə bağlı cəsur ideyalar yarana bilər. Eksperimentlərdən çəkinməyin. Risk etmədən nəyəsə nail olmaq mümkün deyil.

Xəbər 3903 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13046] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00672] calend [0.00042] topnewsend [0.00283] rsssend [0.00000] ehgend [0.00529] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11406]