Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:06 - 21.06.2018  
Bürclər – 8 may
Tarix: 8-05-2018, 08:26 | Bölmə: Xəbərlər » Maraqlı

Bürclər – 8 mayQoç – işdə problemlər yarana bilər. Yol verdiyiniz səhvlər və yanlışlıqlardan rəhbərlik xəbər tutacaq. Sizi sərt tənqid edəcəklər və iş bununla bitməyəcək. Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün maksimum səylə çalışmasanız, maliyyə itkiləri, peşəkar fəaliyyət müstəvisində çətinliklər qaçılmazdır.

Günün ikinci yarısında şəxsi münasibətlər sahəsində müsbət təmayüllərin təsiri güclənəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Romantik görüş istisna deyil.

Küçədə çox vaxt keçirmək fikriniz varsa, normal geyinin. Soyuqdəymə və zökəm riski var. Həmin bəlaların nəticələri çox ağır ola bilər.

Buğa – bir qədər əvvəl başladığınız işləri sonuclandırın, bitirin. Bunu indi etməsəniz, həmin işlər hələ uzun müddət çözülməmiş qalacaq və sizə ciddi çətinliklər yaradacaq. Yeni anlaşmalar və sövdələşmələrə tələsməyin. Aramla oxumadan, anlamadan, mənasını dərk etmədən, şərtləri aydınlaşdırmadan heç bir sənəd imzalamayın.

Tələskənlik və diqqətsizliyin qiyməti çox baha ola bilər.

Sevdiyiniz insan günün ikinci yarısında sizdə narahatlıq, nigaranlıq və təlaşa səbəb ola bilər. Qısqanclığa qapılmayın. Yaşlı qohumlarla ünsiyyət, müzakirələr üçün münasib zamandır.

Əkizlər – hətta ən sadə və primitiv işlərlə bağlı qərar verə bilməyən insanların yarıtmazlığına görə məsuliyyəti öz üzərinizə götürməli olacaqsınız. Ətrafınızdakı insanların laqeydliyi, diqqətsizliyi və süni köməksizliyi sizi heyrətləndirməsin. Ağıllı olun, hiylələrə və fəsadlara aldanmayın.

Günün ikinci yarısında planlaşdılmamış, amma zəruri xərclər əhəmiyyətli məbləğ təşkil edəcək. Amma narahat olmayın: sərf etdiyiniz pulların əvəzində yeni gəlirlər olacaq.

Yeni romantik münasibətlərə başlamağa tələsməyin. Bu gün yanınızdakı adamları olduqlarından artıq dəyərləndirir, dünyaya çox nikbin baxırsınız. Aldanmayın, sadəlövh olmayın.

Sizi sizdən və Allahdan savayı kimsə düşünmür.

Xərçəng – yeni işlər və layihələr üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində ambisioz layihələrdən birini reallaşdıra bilərsiniz. Diqqətli, iradəli, ötkəm və eyni zamanda çevik, fəndgir olun. Çevik və aktiv olsanız, karyeranızda irəliləyiş olacaq.

Günün ikinci yarısı çox gərgin keçəcək. Maliyyə məsələlərində ehtiyatlı və sərvaxt olun. Ətrafdakılar sizi nə qədər tələsdirsələr də, tələsik qərar verməyin.

Yüz ölçüb bir biçin.

Axşam saatlarını evdə keçirmək məsləhətdir. İstənilən formada yorucu və usandırıcı işi təxirə salın, ertələyin. Çünki izafi çalışmaq xroniki ağrıları kəskinləşdirə bilər.

Vaxtdan istirahət və qüvvələrin bərpası üçün istifadə edin.

Şir – qətiyyətli, iradəli, cəsarətli olun. Bu məziyyətlərinizi nə qədər parlaq nümayiş etdirsəniz, işləriniz bir o qədər uğurlu və düşərli olacaq. Qeyri-adi, maraqlı macəralar və sərgüzəştlər ola bilər. Ehtiyatlı olun, düşünülməmiş addımlar atmayın. Sizi riskli avantüralara, təhlükəli işlərə cəlb etməyə çalışacaqlar. Təxribatlara uymayın.

Günün ikinci yarısı müsbət emosiyalarla yanaşı, gəlir vəd edir. Qiymətli informasiya alacaqsınız. Elm və ya tədqiqatlarla, axtarışlarla məşğulsunuzsa, uğurlar istisna deyil.

Axşam saatlarında emosiyalara uymayın, hisslərin əsiri olmayın. Yeni tanış olduğunuz insanlardan bəzilərini asanlıqla unudacaqsınız.
Qız – günün ilk yarısı məhsuldar olacaq. Özünüzlə qürrələnə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, sizin üçün önəmli münasibətlərdə də irəliləyişə nail olacaqsınız. Aktiv və təşəbbüskar olun.

Günün ikinci yarısında əhvalınız pozula bilər. Meteohəssas insansınızsa, səhhətinizdəki problemlərin ağırlaşmasına imkan verməyin. Uzaq səfərə yollanmayın, sükan arxasında çox vaxt keçirməyin.

 

Ailə üzvləri ilə təmaslarda həssas, diqqətli olun.

Tərəzi – baş verənlərə rəğmən soyuqqanlı olun, təmkinli davranın. Ətrafınızdakı insanlar sizi çulğayan emosiyalar və batininizdə təlatüm edən hisslərdən xəbərdar olmamalıdır. Sizinlə manipulyasiya etməyə çalışacaqlar. Sizə, sadəcə, yardım və ya kömək istəyi ilə müraciət etmək əvəzinə bədxahlar intriqalara, hiyləgərliklərə əl atırlar.

Günün ikinci yarısında maliyyə məsələlərinə xüsusi fikir verin. Pulsuz qala bilərsiniz.

Axşam saatlarında pul və ya yaxşı xəbər alacaqsınız. Əndişələri, nigaranlığı unudun.

Əqrəb – ətrafınızdakı insanlar işlərinizə qarışırlar. Məsləhət istədiyiniz insanlarla yanaşı, əsla danışdırmaq, kəlmə kəsmək istəmədiyiniz adamlar belə, müdaxilələrə əl atırlar. Belə vəziyyətdə sakit, soyuqqanlı qalmaq asan deyil.

Günün ikinci yarısında emosional partlayış riski artır. Buna yol verməyin, təmkinli olun.

Axşam saatlarına yaxın situasiya normallaşmağa başlayacaq. Yaşananları soyuqqanlı şəkildə izləyin. Yeni tanışlıqlar ola bilər.

Oxatan – taledən hədiyyə, işlərinizin ideal dərəcədə rəvan gedişini gözləməyin. Nəyəsə nail olmaq, məqsəd və hədəfə çatmaq istəyirsinizsə, zəhmət çəkməli, çalışmalı olacaqsınız. Özü də müstəqil işləməlisiniz. Sizə yardım verən, köməklik göstərən yoxdur.

Günün ikinci yarısında yeni hədəfləri müəyyənləşirin. Bütün diqqəti işə yönəldin, yerdə qalan hər şeyi müvvəqqəti də olsa, təxirə salın. İdeyalarınızı unutmayın. Onlardan birinin reallaşdırılması sizə yaxşı gəlir gətirə bilər.

Yaxınlarınızdan biri ilə fikir ayrılığı, ailədə mübahisə ola bilər. Ailə üzvləri sizi ciddi problemin həllinə qeyri-ciddi yanaşmaqda, addım və qərarlarınızın nəticələrini düşünməməkdə suçlayacaqlar. Onları fikirlərindən daşındırmaq cəhdləri heç bir nəticə verməyəcək.

Oğlaq – çox mühüm, önəmli işə başlamağa dəyməz. Kiçik anlaşılmazlıqlar, yanlışlıqlar planlarınızı pozacaq, maliyyə itkilərinə səbəb olacaq. Fikrinə və mövqeyinə dəyər verdiyiniz insanla münasibətlərdə ciddi ixtilafın yaranmasına imkan verməyin.

Maliyyə itkiləri, gözlənilən ödənişlərin gecikməsi istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla kiçik, amma çoxsaylı fikir ayrılıqları ola bilər. Ən kiçik, xırda məsələlərin müzakirəsində ortaq məxrəcə gəlmək asan deyil.

Sevdiyiniz insan bu gün qayğı və diqqətinizə xüsusilə möhtacdır.

Həssas, qayğıkeş olun.

Dolça – peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli dəyişikliklər ola bilər. Yeni işgüzar təkliflər alacaqsınız. Karyera ilə bağlı məqsədlərinizi və perspektivlərinizi düşünün. Ətrafınızdakı vurnuxma, tələskənlik və qarışıqlıq olsa da, soyuqqanlı və sakit qalın. Belə olarsa, dürüst qərarlar verib ətrafdakı insanlardan yaxşı məsləhətlər ala bilərsiniz.

Günün ikinci yarısında özünüzü sevindirmək üçün imkanı əldən verməyin. Əhvalınız yaxşı, nikbin olsun. Alış-veriş etmək, almaq istədiyiniz əşyalara yiyələnmək olar. Bədxərclik etməyin.

Balıqlar – yorucu və mürəkkəb, amma çox mühüm məsələyə xeyli vaxt sərf etməli olacaqsınız. İşdə rəhbərliyin izafi diqqəti qıcıq yarada bilər. İlk baxışdan belə təəssürat yaranır ki, rəhbərlik sizin səhv buraxmağınızı gözləyir, tənqid və tənbeh üçün fürsət gözləyir.

Sizi yeni gəlirdən məhrum etmək istəyənlər var. Peşəkar fəaliyyət müstəvisində yaranmış situasiyanı həmkarlarla müzakirə etməyin. Çox danışmaq sizə zərər vura bilər.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər, yuxusuzluq ehtimalı var. Sağlam rasionu seçin, düzgün qidalanın. Orqanizminizi izafi yükdən qurtarın.

Xəbər 3091 dəfə oxunub






Oxşar xəbərlər

DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14157] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00785] calend [0.00044] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.03182] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09660]