Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:54 - 19.07.2018  
Siyasiləşmiş zərərli Əlizadələr - "Şərqşünas"ın şərşünas oğlanları
Tarix: 3-05-2018, 07:29 | Bölmə: Xəbərlər » Maraqlı

Yaxud, özlərini türk saymayan və türkçülüyə düşmən olan Araz və Zərdüşt Əlizadə qardaşları hansı məzhəbə qulluq edirlər?

 Bildiyimiz kimi, hansı yollasa Milli Məclisə düşmüş (belələrini heç vaxt xalq seçmir) Araz Əlizadə və onun qardaşı Sosial Demokrat Partiyasının sədri Zərdüşt Əlizadə mütəmadi olaraq, Azərbaycanın tanınmış, tarixdə iz qoymuş dahi şəxsiyyətlərinə çamur atmaqla məşğul olurlar. Bu sahədə Araz Əlizadəyə lap çempion demək olar. Çünki ildə ən azı iki dəfə Azərbaycanın say-seçmə, millət yolunda ömrünü fəda etmiş, əsli, kökü örnək olan şəxsiyyətlərinə mütləq sataşmalıdır. Mən bu barədə xeyli düşünüb, araşdırma apardım ki, niyə Araz Əlizadə ildə iki dəfə tanınmışlara şər-böhtan atır. Yox, bu heç də gündəmdə qalmaq məsələsi deyil. Bu, tibbdə məlum olan şizofreniya xəstəliyinin əlamətidir. Şizofrenik xəstələrin ən aktivlik dövrü ildə iki dəfə, yazda və payızda olur. Araz Əlizadəyə də fikir verəndə görünür ki, o, məhz yazda və payızda hansısa dahiyə "ilişməyə” cəhd edir. Deməli, Araz Əlizadədə xəstəliyin aktivlik dövrü yazda və payızda olur. 


Bundan əvvəlki aktivlik dövründə A.Əlizadə azərbaycanlıları 1918-ci ildə Daşnak qırğınından xilas eləmiş Nuru Paşaya, Azərbaycan Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadəyə, bütün şərq dünyasının böyük bəstəkarı Üzeyir Hacıbəyova, Türk dünyasının tanınmış şairi Bəxtiyar Bahabzadəyə, istiqlalçı şair Xəlil Rza Ulutürkə, sabiq prezident Əbülfəz Elçibəyə və digər tanınmışlara çamur atıb. Məsələn, Üzeyir Hacıbəyovun yazdığı himnə lağ edərək demişdi ki, "bu himnə qulaq asanda adam dəsmal götürüb ağlamaq istəyir”. O vaxtlar buna, bir çox ziyalılarla yanaşı, əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov çox tutarlı cavab vermişdi: "Araz Əlizadə nə musiqişünas, nə də musiqidən başı çıxan biridir. Kişi işinə, yəni Üzeyir bəyin yaradıcılğına başını soxmasın. Araz Əlizadə bunu başa düşməz. Başa salmaq lazımdır, musiqini bilməsə, çətin başa düşər”.
Q.Abbasovdan başqa, bütün mətbuat və tanınmış ziyalılar, elm adamları, musiqi xadimləri A.Əlizadəni buna görə ağ yuyub, qara sərdilər. Amma, nə fayda? A.Əlizadəni Q.Abbasov demiş, başa salmaq lazımdır. Elə buna görədir ki, təzəlikcə, yazın bu qan qaynayan vaxtında A.Əlizadə M.Ə.Rəsulzadəyə "ilişərək” xəstəliyinin aktiv fazada olmasını bir daha ortaya qoydu. M.Ə.Rəsulzadəyə heykəl qoyulmasına ehtiyac olmadığını bildirərkən A.Əlizadə mətbuata belə deyib: "Mənim atam müasir şərqşünaslıq elminin banilərindən biridir. Ancaq atamın cəmi bir abidəsi var, o da qəbiristanlıqdadır”.
Əvvəla, Araz bəy unudub ki, atası Mübariz Əlizadə şərqşünaslıqdan daha çox başqa işlərlə məşğul olub. Sadəcə A.Əlizadə atası barədə bir az eyforiyaya qapılıb.. Amma tarixi sənədlər sübut edir ki, A.Əlizadənin atası M.Əlizadə həqiqətən də Azərbaycanın müasir ŞərŞünas elminin banilərindən olub. 
Sübut üçün elə "Hürriyyət” qəzetinin 24 aprel 2018-ci il tarixli sayında professor, pedaqoji elmlər doktoru, əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü Əjdər Ağayevin tanınmış yazıçı və repressiya olunmuş Mikayıl Rəfili haqqında tarixi sənədlərə istinadən yazdığı məqaləyə nəzər salaq: "Mikayıl Rəfili istedadlı ədəbiyyatşünas alimdir. Onun ədəbi tənqidə, ədəbiyyat nəzəriyyəsinə, ədəbiyyat tarixinə dair Azərbaycan və rus dillərində yazılmış çoxlu məqalələri, kitabları öz dövründə mövcud elmi boşluğu doldurmaq, ədəbiyyatşünaslığı, ədəbiyyat tarixçiliyini inkişaf etdirmək, zənginləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır”.
Göründüyü kimi M.Rəfili Azərbaycan ədəbiyyatı elminə samballı töhfə vermiş bir ziyalıdır. İndi görün belə bir şəxsiyyət haqqında Araz və Zərdüşt Əlizadə qardaşlarının ataları Mübariz Əlizadə 1954-cü il aprel ayının 14-də Azərbaycan Sovet Yazıçılarının II qurultayında nə deyib? Bu barədə professor Ə.Ağayevin adı çəkilən qəzetdəki məqaləsinə müraciət edək. Ə.Ağayev M.Əlizadənin çıxışından sitatı olduğu kimi təqdim edir. Deməli, M.Əlizadə tribunadan üzünü M.Rəfiliyə tutaraq deyir: "Yazıçıları taınımamış sən onlardan doktorluq dissertasiyası yazmısan. Bizə bu gün müharibə hazırlayan Körpülüzadəyə həmin əsərində 27 dəfə diz çökmüsən. Sən Sovet şərqşünaslığını dırnaqarası şərqşünaslıq adlandırmısan. Altı yerdə Türkiyə məcmuəsindən sitat gətirmisən!” 
Sonra üzünü zaldakılara tutaraq çıxışına davam edir: "Siz bilirsinizmi ki, Rəfili 1952-ci ildə bizim fəxrimiz olan M.F.Axundov, Cəlil Məmmədquluzadə, Ələkbər Sabir kimi yaradıcılarımızı ləkələdi? Rəfili guya indi daha yazmır. Yazmırsa - bu xoşbəxtlikdir. Amma bu o demək deyil ki, Rəfili zərərsiz olmuşdur. Rəfili qeyri-qanuni olaraq professor adını almışdır. Onun yazılarına nəzarət etmək lazımdır və biz onun yazılarına mətbuatda nəzarət edə bilərik. Amma o girir sinfə, ağzına gələni deyir... Buna artıq dözmək olmaz!”
Professor Ə.Ağayevin sitat gətirdiyi elə bircə bu fikirlər kifayət edir ki, Araz Əlizadənin atası Mübariz Əlizadəni Azərbaycanın müasir ŞərŞünaslıq elminin banilərindən hesab edək. Çünki bu adamın M.Rəfili haqqında dedikləri başdan ayağa şər və böhtan idi. Özü də qeyd olunan sitatdan iki vacib məqam çox aydın görünür. Birincisi, M.Rəfili böyük cəsarət nümunəsi göstərərək, Sovet şərqşünaslığını, öz yazısında dırnaqda göstərib. İkincisi isə, M.Əlizadə M.Rəfilini türk məcmuəsindən altı dəfə sitat gətirməkdə ittiham etməklə, türkə və türkçülüyə olan düşmən mövqeyini ortaya qoyur. Araz və Zərdüşt Əlizadə qardaşlarının türkçülüyü sevən və təbliğ edən insanlara qarşı düşmən münasibətinin kökü indi məlum oldumu? Necə deyərlər,”ot kökü üstə bitər!”
Vətənini hədsiz dərəcədə sevən M.Rəfili kimi bir ziyalıya şər atmaq, məgər şərqşünaslıq deməkdir?
Görəsən, A.Əlizadə bu yaxınlarda "DTX-nın rəisi Mədət Quliyevdən arayış almışam ki, atam agent olmayıb” - deyəndə nəyi nəzərdə tuturdu? Məgər M.Rəfili kimi istedadlı, vətənpərvər bir yazıçıya, kiminsə diktəsi ilə şər və böhtan atmaq, üzə durmaq agent olmaq demək deyilmi? 
Ötən il Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə haqqında dedikləri də A.Əlizadənin qardaşı Zərdüşt Əlizadəni əməlli-başlı söyüş və tənqid hədəfinə çevirdi. Z.Əlizadə B.Vahabzadə haqqında belə demişdi: "Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi...”
Z.Əlizadənin bu fikirlərinə B.Vahabzadənin oğlu Azər Vahabzadə çox orijinal və samballı cavab vermişdi: "O ki qaldı Bəxtiyar Vahabzadənin Zərdüşt Əlizadəgilə tez-tez getməsinə, Zərdüşt bəy həmin illəri yaxşı xatırlayırsa, bilməlidir ki, onların evinə daha çox, özü də tez-tez Zeynəddin müəllim, bir də Zinət xanımın tələbələri gedirdi... Universitetdə indi kimdən soruşsalar, Zinət xanımın necə müəllim olduğunu, tələbələrini necə çox istədiyini... ətraflı təsvir edərlər...”
Ötən il A.Əlizadə 1918-ci ildə azərbaycanlıların xilaskarı olan Nuru Paşaya da şər və böhtan atmışdı: "Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.
"Lent.az”a istinadən "Təzadlar”ın 14.02.2017-ci il tarixli sayında dərc olunmuş müsahibəsində, müxbirin "bu məlumatları haradan oxumusunuz” - sualına A.Əlizadə belə cavab verib: "Köhnə bakılılardan eşitmişəm”.
Ali təhsilli, deputat olan bu adamın səviyyəsini indi özünüz təsəvvür edin. A.Əlizadə qeybət xarakterli söhbəti tarixi fakt olaraq təqdim edir və azərbaycanlıları erməni qırğınından xilas edən Nuru paşa kimi bir insana şər-böhtan atır. Çünki, böyük bir ŞərŞünasın oğludur axı. ŞərŞünaslıq elmi Əlizadələrdə necə kök atıbsa, hətta iki qardaş, az qala bir-biriləri ilə düşməndirlər. Bunu sübut etmək üçün A.Əlizadənin həmin müsahibəsinə bir də nəzər salaq:
"...-Qardaşınız Zərdüşt Əlizadə ilə aranızda problemin olduğu sirr deyil. Səbəb ciddidirmi?
- Qardaşımla heç bir problemim yoxdur. Bizdə ancaq partiya məsələsidir. Partiyada müəyyən adamlar vardı ki, özlərini çox yuxarıdan aparırdı. Mən də daxil olmaqla partiya üzvləri bu cür adamların əleyhinə çıxırdılar. Zərdüşt Əlizadə isə bizi yox, o biri tərəfi müdafiə edirdi. Bunun əsasında bizim aramız dəydi, soyuqluq yarandı. Başqa heç bir düşmənçiliyimiz yoxdur.
- Bəs necə düşmənçilik yoxdur ki, oğlunuz dünyasını dəyişir, əmisi yasa gəlmir?
- Bəli, Zərdüşt oğlumun yasına gəlməmişdi, amma bu, bizim ailəmizin işidir. Bilirəm ki, o zaman Zərdüştün başı qarışıq idi, ona görə yasda iştirak eləyə bilmədi.
- İndi bir-birinizin evinə gedib-gəlirsinizmi?
- Ailə tədbirlərində görüşürük. Amma təbii, əvvəlki münasibətlər yoxdur. Biz əvvəl çox yaxın olmuşuq.”
Əlavə şərhə ehtiyac varmı? Bir-biri ilə düşmən olan qardaşlardan millət, vətən və bu vətənin yetişdirdiyi dahi şaxsiyyətlər baradə xoş söz, səmimi münasibət gözləmək olarmı? 
Sonda bir məsələni də qeyd etmək istərdim. Görəsən Araz Əlizadəni türkçülüyə, millətinə canı, qanı ilə xidmət edən dahi şəxsiyyətlərə şər-böhtan atmağa nə vadar edir? Bu suala A.Əlizadə yuxarıda qeyd etdiyim müsahibəsində cavab verib:” Qardaş, şəxsən mən türk deyiləm.”
Bəs onda bu Araz və Zərdüşt Əlizadə qardaşları hansı millətdəndir? 

Elçin MƏMMƏDLİ 
Xəbər 6202 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14841] initstartout [0.00015] initstartin [0.00066] calstart [0.00777] calend [0.00048] topnewsend [0.00470] rsssend [0.00000] ehgend [0.00647] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12763]