İran şahının mumiyası tapıldı – FOTOLAR

  • 25 apr 2018, 08:15

İranın Rey şəhərindəki Əbdüləzim türbəsininin restavrasiyası zamanı İran şahı Rza Pəhləviyə aid olduğu iddia edilən mumiya tapılıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun 1944-cü ildə həmin ərazidə dəfn edilmiş olması bu iddianı gücləndirən fakt kimi göstərilir.

Mumiyadan nümunələrin götürüldüyü və ekspertizadan sonra dəqiq nəticənin əldə ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Rza Pəhləvi həmin ilin 26 iyulunda 66 yaşında olarkən Cənubi Afrikanın Yohhannesburq şəhərində ölüb, Qahirəyə gətirilərək orada mumiyanalanmış və Əl-Rifa məscidində saxlanılmışdı. Bir neçə il sonra isə İranın Rey şəhərinə aparılaraq dəfn edilmişdi.

Qeyd edək ki, R.Pəhləvi 15 dekabr 1925-ci ildə Qacarlar sülaləsinin hakimiyyətinə son qoyaraq hakimiyyəti ələ almışdı. Həmin ildən 16 sentyabr 1941-ci ilə qədər ölkəni o idarə etmişdi.


 

Oxşar xəbərlər