“Rus qadınlarından uzaq durun!” - Xəbərdarlıq

  • 24 apr 2018, 12:40

İngiltərə Futbol Federasıyasından xəbərdarlıq: "rus qadınlarından uzaq durun!”

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan Sergey Skripalın Londonda zəhərlənmə faktı Rusiya ilə İngiltərəni qarşı-qarşıya qoymuşdu. Bu azmış kimi növbəti qalmaqallı açıqlama İngiltərə cəbhəsindən gəldi.

İngilislər, "Dünya kubokunda ingilis futbolçular rus qadınlarının əsas maraq obyekti olacaq. Biri bu tələyə düşsə, yarışdan əvvəl onların əlinə şantaj üçün material vermiş olacağıq” dedi.

İngiltərə Futbol Federasiyası öz futbolçularını Dünya kuboku yarışlarının keçirildiyi müddətdə xalqa açıq obyektlərdə internetdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb.

Oxşar xəbərlər