Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:22 - 17.11.2019  
"Sən nə zaman əxlaqını yedin..." - Əli Həziquliyev
Tarix: 1-04-2018, 11:35 | Bölmə: Xəbərlər » Maraqlı

Qəribə mənzərə yaranıb. Bir aya yaxın müddətdir ki bir neçə «avropoid» düşüb sosial medianın küçələrinə hamını söymək, aıçaltmaq, təhqir və təhdid etməklə məşğuldur. O insanlar ya zəlzələdən, ya vəlvələdən Avropaya köç edəndə içimizdə bir fərahlıq yaranmışdı ki, bizimdə oralarda diaspor təşkilatlarımız olacaq və dövlətimizə lobbiçilik edəcəklər... 
"Sən nə zaman əxlaqını yedin..." - Əli Həziquliyev...Yazdıqlarım çoxdur. Etiraf edim ki, təqdir və tərif yazıları yaza bilmirəm. Ona görə yox ki, belə hallar yoxdur, sadəcə bacarmıram deyə. Yazdıqlarımın əksəriyyəti hadisələrə tənqid üzərində qurulan münasibətlərdir. Bunlar içərisində üc epizod var ki, onlara görə hələ də utanıram. Biri haqda bəlkədə nə zamansa aktual olarsa yazacam. Bəlkə də heç yazmayacam. Ancaq ikisi haqda danışmaq istəyirəm. 
- Yaxşı yadımdadı, bir dəfə dəyərli ziyalımız Sabir Rüstəmxanlının qəlbinə toxunan bir yazı yazmışdım. Detallarına varmadan deyim ki, elə də ciddi bir şey deyildi. Yazı sərt formada Sabir bəyin fəaliyyətinin tənqidi üzərində qurulsa da bir cümləylə ailə həyatına da toxunulmuşdu. Yazıdan sonra demək olar ki, Sabir bəyin özü daxil zəng vurub ən sərt formada etirazını bildirməyən ailə üzvü qalmadı. Hələ o vaxt "Azadlıq” qəzetinin redaksiyası qalırdı və Əbülfəz Elçibəy orda otururdu. Həyətdən foyeyə girəndə rəhmətlik məni uzaqdan gördü və yanına çağırdı. Başda Əli Kərimli və Mürmahmud Mirəlioğlu olmaqla bütün müavinlər orda idilər. Bir xeyli sıravi cəbhəçi də vardı. Birinci cümləsi bu oldu: "Sən nə zaman əxlaqını yedin, mən deməmişəmmi heç kimin ailəsinə toxunmaq olmaz...” Dalinca deyilənləri sanki eşitmirdim... 
- İkinci epizod: 2005-ci ilin parlament seçkiləri ərəfəsi idi. Mən də namizədliyimi irəli sürmüşdüm və qeydə də alınmışdım. Elə seçki ilə bağlı Goranboydan qayıdırdım. Şahbaz Xuduoğlu zəng vurdu və Aydın Canıyevin onlara lazim olan bir yazisini "Elçi”də dərc etməyimi xahiş etdi. O zaman "Elçı” 24 səhifədə çıxırdı və çox da populyar bir qəzet idi. Təbii ki, dostlara münasibətimdən "baş üstə”dən başqa heç nə deyə bilməzdim. Yazılarda arzuolunmaz bir şey olanda həmişə redaktorumuz Müraslan bəy mənə zəng edərdi. Bu dafə nədənsə o da heç nə deməmişdi. Allah Aydının insafini kəssin, mənim mandat ala bilməməm üçün bütün məharətini ortaya qoyubmuş... Məni isə ağrıdan bir məsələ vardı. Hələ də o adamla üz-üzə gəlməmək üçün insana xas olan hər şeyi edirəm... Yazmışdı ki, Afiq Mirzəbəylinin bacısı guya "erməni əsirliyindədir” filan. Sən demə Afiq Mirzəbəylinin sahibi olduğu "Reytinq” qəzeti ilə aralarında hansısa ixtilaf varmış... Bütün bu yazılanlari mənə Anar Yusifoğlu zəng vurub oxudu. Bilə-bilə ki, xəbərsizəm, bir xeyli qınadı da. Orada prezidentin, mərhum Cəlal Əliyevin və bir çox hökumət və dövlət nümayəndələrinin hətta özümə də böyük qardaş saydığım Anarın qardaşı İbrahim Yusifzadənin də bostanına daş atılmışdı... İlk öncə Şahbaz bəyə zəng vurdum. Yazını oxuyub-oxumamağını soruşdum. Oxumadığını bildirdi. Səmimiyyətinə inanırdım. İradımı bildirdim, oxumadığı yazını mənə göndərdiyinə gərə.. Və ona dedim: - Əgər doğrudan da Afiqin bacısı erməni əsirliyindədirsə onun qeyrəti artiq hamımızındır. O indi həm Şahbaz Xuduoğlunun, Həm Sabir Rüstəmxanlının, həm Tənzilə Rüstəmxanlının, həm də Əli Həziquluyevin bacısıdır... Sonradan Afiq bəyin bacısıyla bağlı deyiləni heç araşdirmadım da. Nə fərqi var, olmasin Afiq bəyin bacısı, erməni əsirliyində ana-bacilarılarımızmı yoxdu? Artıq mənim rəhbərlik etdiyim qəzetdə bu səhvə yol verilmişdi... Bu bir utanc idi... 
Bütün bunları niyə yazdım. Açığı indiyəcən susurdum. Səmimi deyirəm, xanımları təhqir olunan Prezidenti və onun köməkçısı Əli Həsənovun mənim müdafiəmə ehtiyacları yoxdur. Həm də onlar nə qədər də olsa bir köynək uzaqdılar. 
Bu iyrənc kampaniyada ilk hədəf Qüdrət Həsənquluyev olub. Dostlar bilir, ailəmlə bağlı ən ağır günümdə Qüdrət bəy mənimlə xəstəxananın qabağında durub, mənə təsəlli olmağa çalışıb. Bu insanın ailəsini söyürlər, mənsə heç nə edə bilmirəm. Məndən haqlı olaraq gözləntisi olan dostlarım var. Nə olmalıdır mövqeyim? Mənim anamı, bacımı söyənin yanındamı olmalıyam? Bəli, düz eşitdiniz, məhz anamı-bacımı. Qudrət Həsənquluyevin də, Əli Həsənovun da, prezident İlham Əliyevin də soyülən xanımları və övladları mənim həm anamdır, həm də bacım. Bu mənim təkcə dostluq və qardaşlıq mövqeyim deyil, həm dövlətçilik, həm də vətəndaşlıq mövqeyimdir... 
Bu adam (adamları da təhqir edirəm deyəsən) məgər yazı yazır kı, ona yazıyla cavab verəsən? Bu adam sözmü deyir ki, buna sözlə cavab verəsən? 
Həyatımda bəlkə də ilk dəfədir ki, aciz qalmışam. Vallah bunun istədiyi yazi deyil, söz deyil. Dostlar deyir ki, bənd olmayaq, bunun başında nəsə çatmır. Bunun istədiyi başında çatmayan qramını da unutmuşam, o neçə qramlıqsa qurğuşundur... ...Nəyi demək istəyirəm? Bəxtiyar Vahabzadə sağ olsaydı bu mənzərəyə biganə qalmazdı. Nə qədər ondan xoşum gəlməsə də, o bir ziyalı idi. Bu yaxınlarda neqativ şəkildə gündəmə gətirilən Xəlil Rza da dinc dayanmazdı. Elçibəy sağ olsaydi isə... Nələr deyəcəyini və nələr olacağını bir Allah bilir... Məndən umanlar olduğu kimi mənim də umaçağım biri var. Bəlkə də umulacaq adamlar çoxdu, amma mənim umduğum bircə o qalıb – Sabir bəy Rüstəmxanlı! Susmayın, Sabir bəy, ziyalı sözünə bəlkə də heç zaman indiki qədər ehtiyacımız olmayıb. Başqaları kimi iddia etmirəm ki, bu dövlətə və dovlətçiliyə lazimdir, dövləti onsuz da qoruyanlar var, bu bir millət olaraq mənəviyyatımıza, əxlaqımıza və insanlığımıza lazimdir. 
Və sonda... Tez tez körüklənə-körüklənə "mənim xalqım” deyə müraciət edirsən. Sirr deyilsə deyə bilərsənmi o hansı xalqdır? Hesab etmirəm ki, o bizik. Yox əgər bizi, Azərbaycanda yaşayan insanları nəzərdə tutursansa vay sənin halına. Yəqin elə bilirsən ki, və yaxud da səni burdan danışdıranlar deyiblər ki, xalq ayaqda səbirsizlikıə əllərində gül-çıcək "qəhrəmanını”, qərbdən doğan "ulduzunu” gözləyir. Əslində düz deyirlər, xalq qalxmağına qalxıb o günü səbirsizlikə gözləyir. Biləsən ki, səninlə haqq etdiyin pozlarda şəkil çəkdirmək istəyənlər çiyin-çiyinə düzülsə Bakıdan sığındığın Avropanın istənilən şəhərinə çatar. Bəli, sən indi azərbaycanda "ulduz”san – porno ulduz. Uyarması məndən... 

Əli Həziquliyev
Xəbər 2155 dəfə oxunub






Oxşar xəbərlər

Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.54577] initstartout [0.00026] initstartin [0.00119] calstart [0.03807] calend [0.00080] topnewsend [0.00638] rsssend [0.00000] ehgend [0.04241] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.45568]