Bakıda bu binalar göy işıqlandırılacaq - SƏBƏB

  • 30 mart 2018, 15:44

2 aprel Autizm Maarifləndirmə Günü çərçivəsində Bakıda mavi işıqlandırma təşkil olunacaq.

 

 

 

 

 

 

 

 

Bu barədə musavat.com-a Birgə və Sağlam İctimai Birliyindən məlumat verilib.

Belə ki, 2 aprel saat 20:00-da paytaxtın əsas binalarından olan Qız Qalası, Alov Qüllələri, "Baku Crystal Hall", "Socar Tower" və eləcə də Bakı Olimpiya Stadionu mavi rəngdə işıqlanacaq. Bunların canlı şahidi olmaq istəyənlər sözügedən tarixdə qeyd olunan binaların qarşısında ola bilərlər.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd autizm xəstəliyinə, cəmiyyətin bu xəstəlikdən əziyyət çəkən insanlara daha da diqqətli olmasına diqqət çəkməkdir.

Xatırladaq ki, autizm - 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Lakin bu xəstəliyin müalicəsi müəyyən mənada mümkündür, autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bütün ailənin, cəmiyyətin işidir..

Oxşar xəbərlər