Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:19 - 18.11.2018  
Bürclər – 15 mart
Tarix: 15-03-2018, 08:27 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – qarışıq, laübəli zamandır. Təəssüratlar və hisslər burulğanında çaş-baş qalmayın. Görüşlər, müzakirələr çox ola bilər. Faktları ehtimallar, sonucları gümanlarla əvəzləməyin. Hadisələrin bundan sonrakı inkişaf məcrasını təxminləməyə çalışın.

Günün ikinci yarısında intuisiyanıza güvənin, emosiyalara qapılmayın. Yaşam sizə önəmli həll variantını təklif edir. Tələsik qərarlar verməyin. Axşam saatlarında yaşanan günün və prosesləri təhlil edin. Yaxşı düşünsəniz, çətin problemin həllini tapa bilərsiniz.

Buğa – sərfəli və mənfəətli işləri başqalarına həvalə etməyin. Peşəkar fəaliyyət müstəvisindəki ambisiyalarınız həddən ziyadə olmamalıdır. Ailənin maraqları və yaxınlarınızla münasibətlər daha çox diqqət tələb edir. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Təmkinli, soyuqqanlı olun. Problemlərin optimal həll yolunu arayın.

Günün ikinci yarısında unudulmuş əlaqələr və təmaslardan bəzilərini bərpa etmək olar. Sevdiyiniz insanın könlünə yatan addımlar atın. Stressi yeməklə azaltmaq olmaz. Rasionu dürüst seçin.

Əkizlər – günün ilk yarısında hadisələrin gedişatında ləngimə, astagəllik hiss olunacaq. Başqalarının pulları ilə risk etməyin. Kredit götürməyin, borc verməyin.

Borclarınız varsa, onları qaytarın. Mühüm saydığınız informasiyanı göndərin. Ətalətli və süst olmayın.

Müşkül problemin həlli asan olmayacaq. Mürəkkəb həll və ya məsuliyyətli qərar tələb etməyən monoton fəaliyyəti seçin. Axşam saatlarında sənəd imzalamaq məsləhət deyil.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng – ailənizin maraqlarını ani tanışlarınızın mənafelərinə qurban verməyin. Yaxınlarınıza dəstək olun, qohumlarınıza kömək edin. Ən mühüm məsələlərin həllinə yetərincə vaxt ayırın. Cari hadisələrin axınını dəyişməyin.

Günün ikinci yarısında maddi və formal sonuc əldə etməyə çalışın.

Bələd olduğunuz insanla görüşün, müzakirələr aparın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq.

İmpulslara aldanmayın. İstədiyiniz yox, gərəkli işlə məşğul olun.

Şir – maliyyə məsələri, hesabatlar və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı nigaranlıq, maliyyə perspektivlərinin tam aydın olmaması sizi təbdən çıxarmamalıdır. Müzakirələri konstruktiv məcraya yönəldin.

Yarımçıq qalmış işi bitirin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda sakit, soyuqqanlı, təmkinli olun. Dedi-qodular və şayiələri dəstəkləməyin. Əks halda anlaşılmazlıq və inciklik yarana bilər. Şəxsi münasibətlərdə yeni intriqa yaranacaq.

Ən kiçik məsələ sevdiyiniz insanla təmaslarla küskünlük yarada bilər.

Qız – günün ilk yarısı gərgin dönəmdir. Yaşananlara ifrat aqressiv, sərt reaksiya verməyin. Heç nəyi mürəkkəbləşdirməyin. Yarımçıq məsələlərin mahiyyətini anlamaq üçün tələsməyin. İntuisiyanız güclənsin. Orijinal ideyalar, problemlərin həllinin alternativ yolları istisna deyil.

Günün ikinci yarısında çətinlikləri aradan qaldırmaq üçün maksimal dərəcədə aktiv olun. Sizinlə eyni işlə məşğul olan insanlarla qarşılıqlı mübadilə faydalı tapıntılar verəcək.

Bəzi ideyaların reallaşmasını təxirə salın. Gərginliyi yaratdığı yorğunluq və stress ən təcili, təxirəsalınmaz işlərdə ləngimələrə səbəb ola bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

 

Tərəzi – uzaqgörən olun, rəqiblərin addımlarının və qərarlarının heç olmasa, bir qismini əvvəlcədən təxminləməyi bacarın. Sağlam məntiq çərçivəsində hərəkət edin. Emosiyalara uymayın. Situasiyanın mürəkkəbliyini və birgə fəaliyyət göstərdiyiniz insanların hisslərini instiktiv anlayın.

Vəd etdiyiniz işi görün, yaxınlarınızı aldatmayın. Etibar etdiyiniz insanlarla işləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Yalan, izafi xərclər riski var. Axşam saatlarında uzaq məkana yollanmayın.

Əqrəb – yeni məqsədlər və hədəflər bəlirləmək üçün əlverişli zamandır. Niyyətlərinizdə ardıcıl olun. Bir işi başa vurmamış başqasına başlamayın. Eqoizm, təşəxxüs, başqalarının fikirlərinə və mövqelərinə sayğısızlıq baha başa gələ bilər. Emosiyalar əlaqələrə əsla təsir etməməlidir.

Günün ikinci yarısında hisslərə qapılsanız, işlərinizdə problemlər yaranacaq. Məşğul olduğunuz işə kənar təsiri minimuma endirin. Özünüzün və yaxınlarınızın təhlükəsizliyini təmin edin. Axşam saatlarında şəxsi münasibətlərdə gərginlik yarana bilər.

Oxatan – sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Sadəlövh olsanız, problemlərlə qarşılaşacaqsınız. İntriqalara, müzakirələrə, dedi-qodulara qatılmayın. Şayiə daşıyıcıları olmayın.

Yaranmış problemi tələsmədən təhlil edin. Çıxış yolunu tapa bilərsiniz.

Günün ikinci yarısında əhəmiyyətli xəbər həmişəki mənbələrdən gəlməyəcək. Ətrafınızda formalaşmaqda olan prosesləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Ev işlərini başa vurun. Valideynlərlə təmasda olun. Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Oğlaq – günün ilk yarısı dərin emosional sarsıntılar vəd edir. Qüvvə və enerji çatışmazlığı hiss edə bilərsiniz. Yalnız cari məsələlərin həlli ilə məşğul olun.

Yeni işlərə başlamaq üçün münasib zaman deyil. Çalışdığınız yerdə, işlədiyiniz kollektivdə yeni intriqa başlanır. Çoxdan gözlədiyiniz olay yaşana bilər. Amma bu hadisə birmənalı deyil.

Günün ikinci yarısında malik olduqlarınızı dəyərləndirin, hadisələrə süni təkan verməyin. Axşam saatlarını sevdiyiniz, dəyər verdiyiniz insanlara həsr edin. Ev işləri ilə məşğul olmaq mümkündür.

Dolça – ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.

Praqmat olun. Emosiyalara əsir düşməyin.

Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.

Yaşlı qohumlarınıza diqqət ayırın.

Axşam saatlarında həssaslığı unutmayın.

Balıqlar – çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.

Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.

Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.

"Demokratik.Az"

Xəbər 1434 dəfə oxunub






Oxşar xəbərlər

Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
ADP sədri müxalifətin uğursuzluqlarından yazdı
Milli Məclisdə gərgin büdcə müzakirələri
“İran Suriyada Türkiyə üçün təhlükədir” – ABŞ
Dollar bugünə məzənnəsi
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - Foto

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17454] initstartout [0.00027] initstartin [0.00154] calstart [0.01710] calend [0.00112] topnewsend [0.00814] rsssend [0.00000] ehgend [0.04842] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09730]