Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:27 - 19.09.2018  
“Niyə məni söyürlər?” - Mirşahinin cavabı
Tarix: 13-03-2018, 08:10 | Bölmə: Xəbərlər » Maraqlı

Yeni yaranan Real TV-nin rəhbəri Mirşahin Ağayev TV fəaliyyətə başlamadan tənqidlərə məruz qalıb. Buna səbəb onun sosial şəbəkədə təhdid sovurması olub. Belə ki, M. Aöayev onu söyənlərə, təhdid edənlərə sərt şəkildə reaksiya və "ana-bacınızı söyməyəcəm, sadəcə sevəcəm" deyib. 
 
“Niyə məni söyürlər?” - Mirşahinin cavabıOnun şərhi müzakirələrə yol açıb. Telejurnalist tənqidlərə cavab yazısı yazıb.
 
Demokratik.Az həmin yazını təqdim edir: 
 
Real Tv-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən Tv-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik etmək olmaz? Amma nə baş verir? Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşlərilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kampaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi «qızıl qayda»nı unutmuşuq? Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əskərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!

…Mir Şahin isə öz mövqeyi, adı, soyadı ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşə tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar: SÖYÜRLƏR! Özü də açıq yazırlar ki, Mir Şahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və…

… Məsələ də elə bu … və-dən sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesizcəsinə yanaşan, ən yaxşı halda başqa adlarla, trolcasına boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan «ifrat ağıllılar» mənə öyüd-nəsihət verir.  Hətta mənə, mənə e, Azərbayvanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır…Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əskər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda  bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində tv artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyarlı olmaq lazımdır.

…Bəs siz hardasınız,ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm! Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa,  hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan » mənim səviyyəm deyil!» deyə imtina etmək yolu seçib?! Elədirsə, hayıf…

Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə «qaloçka» xətrinə orda burda ara-sıra nəsə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın! Görək kim kiminlədir?  «Ay Ordu, ordu, görək kim kimə hürdü?» deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil!!! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mir Şahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq biləvasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!
Demokratik.Az
Xəbər 1312 dəfə oxunub






Oxşar xəbərlər

40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12228] initstartout [0.00016] initstartin [0.00064] calstart [0.00829] calend [0.00070] topnewsend [0.00576] rsssend [0.00000] ehgend [0.00888] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09711]