Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:42 - 21.06.2018  
Daş atılırsa, yol doğrudu! - Aqil Ələsgər yazır
Tarix: 12-03-2018, 13:08 | Bölmə: Xəbərlər » Maraqlı

Daş atılırsa, yol doğrudu! - Aqil Ələsgər yazırDünən Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirildi, keçirilməsinə, baxırsan ki, vəkil kimi vəkil, bloqqer kimi bloqqer olmayanlar, iqtidardakı hansısa məmurların arxa cibindən çıxanlar iki gündən bəri stəkanda fırtına əsdirirlər. Yadıma Mətbuat Şurasının I Qurultayı düşdü. O zaman sosial media deyilən bir şey yoxdu, sözü olan qurultaya gəlmişdi, daha kimsə status yazaraq, ürəyini boşaltmırdı. O qurultayda iştirak edənlərin əksəriyyəti bu qurultaya qatılmışdı. Könül istərdi ki, sizin dediyiniz kimi Elçin Şıxlı və digər özünü kənarda saxlayan ustadlar, qələm sahibləri də qatılaydılar. Ancaq kimsə qurultaya qatılmayıbsa, onun və ya qeyrisinin "o jurnalistlərin qurultayı deyildi" deməyə haqqı varmı? Hələ də bu dövlətdən maaş alan birilərinin həmin dövlətin tanıdığı Şuraya qılınc siyirmələri isə mənim qurultayda bitərəf qalmağımdan da anlaşılmaz bir vəziyyətdir. Bu gün o qurultaya qatılanlar və seçilənlərin hansının qurultaya kölgə salmaq istəyənlərdən az xidməti var? Əflatun Amaşovun yerinə iddianız vardı da, bizim xəbərimiz yoxdur? Tutalım, sizin qurultaya qatılmadığı üçün göylərə qaldırdıqlarınızın əksəriyyəti zamanında jurnalist təşkilatlarının rəhbərləri olublar və bəziləri hələ də sədrdirlər. Hansı biri bu zamana qədər hansısa jurnalistin sınıq barmağına ilk tibbi yardım edib? Soros Fondunun hesabına özlərinə gün-güzəran quranlar Azərbaycan jurnalistinə gün ağlayıb bu günə qədər, yoxsa hazırda 410 jurnalistin evlə təmin olunmasında, yüzlərlə jurnalistin problemlərinin həllində müstəsnə xidmətləri olanlar? Əflatun Amaşovun bir çox hallarda sırf şəxsi nüfuzundan sıravi jurnalistlər üçün istifadə etdiyinin dəfələrlə şahidi olmuşam ki, bunu onu bəyənməyənlərin heç biri etməzdi. Bu gün İdarə Heyətinə seçilənlərin hansı birini kim tanımır ki, etiraz edilir? O etiraz edənlərin, qurultaya kölgə salmaq istəyənlərin hansının bu gün jurnalistikamızda haqqı Rauf Arifoğlundan, Vusalə Mahirqızından, Aynur Camaldan, Azər Həsrətdən, Müşfiq Ələsgərlidən, Yadigar Məmmədlidən, Umud Mirzəyevdən, Hikmət Babaoğlundan, Aydın Quliyevdən, Elçin Mirzəbəylidən, Niyaz Niftiyevdən, Bahəddin Həzidən, Vuqar Rəhimzadədən, Rəşhad Məciddən, Akif Aşırlıdan, Aqil Abbasdan çoxdur? Baxın, adını zikr etdiklərimdən bəziləri ilə ciddi fikir ayrılığımız da var, zamanında mənim əleyhimə əl də qaldırıblar, töhmət də verdiriblər, sağ olsun, Əli müəllim bunu bilir və mənim çıxışımla bağlı danışarkən, mövzuya incə bir şəkildə toxundu, ancaq kiminləsə şəxs olaraq bir-birimizi sevməməyimiz içimizdəki ədalət hissini öldürməlidirmi? Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara verilməlidir. Haqsızlıq varsa, etiraz etməliyik, ancaq qurultay varsa, onunla bağlı söz orada deyilməlidir, necə ki, söz istədik, verildi və dedik. Jurnalist Qurultayı söz məclisidir, məclisdən kənarda söz demək qorxaqlıq əlamətidir. Kimsə gəlib, ədəbi ilə söz desəydi, ağzına yaş tərlik vurulacaqdı? Qurultayın tək fərqli səs verən nümayəndəsi olaraq, bu cümlələri rahat yaza bilirəmsə, deməli sizə də gözünüz üstə qaşınz var deyən olmayacaqdı, tam əksinə, rəngarənglik olacaq, bizim də çıxdığımız rayonlardan gələn həmkarların çıxışları ilə sizin statuslarda yazdıqlarınızı orada səsləndirməyiniz gözəl bir aura yaradacaqdı, dinamizmi artıracaqdı Əlqərəz, mənzil məsələsi gündəmdə olanda da, qurultay sonrası da biriləri sanki Azərbaycan jurnalistlərini təhqir etməkdən, iqtidara satılmaqda ittiham etməkdən zövq alırlar. Ancaq özləri kimlərin qucağında yaşamaqdadırlar, Allah da bilir, bəndə də... 
Yadıma 2000-ci illərdə, "Reytinq" qəzetində reportyorkən Xaqani 33-də yaşanan bir əhvalat düşdü. Onunla da söhbəti bitirmək niyyətindəyəm. Deməli, nə zaman Xaqani 33-ə gedirdik, adlarının qəzetdə getməsini istəyən cəbhəçi gənclər ətrafımıza yığışırdılar və ayıbdır söyləməsi, "bir çay da sən al" deyə, çayımızı da həmişə bizə aldırırdılar. Biz də xəbər almaq niyyəti ilə hər dəfə təklifi qəbul edirdik. Çay içdikdən, xəbər "alış-verişi" etdikdən sonra məclis soyuyana yaxın, mütləq bizim masamızdakı cəbhəçilərdən biri sanki vacibatdı deyə, iqtidara işləməkdə suçlamalıydı. Özümüzü kənarda tutub, "sizin qəzet də iqtidara işləyir' deməsəydilər, çatlayardılar. Ən son mən partladım ki, "ayə, biz iqtidara işləyiriksə, siz də mənim aldığım çayı içərək, elə iqtidarın çayını içirsiniz də. İçməyin də bunu". 
Qısacası, nə zaman belələrini gördükdə, o cəbhəçi gənclər yadıma düşür. Ancaq bunlar onların daha üst modelidirlər. Çünki onların içdikləri bir çay idi, bunların isə nəfəsləri də bu iqtidardan gəlir, ancaq elə hey deyirlər ki, biz .... Tövbə, tövbə... İdarə Heyətinə seçilən dostları, başda mənə arada ölkədə olmağı məsləhət görən Əflatun müəllim olmaqla, bütün kollektivi təbrik edirəm. Daş atılırsa, deməli doğru yoldasınız. Ədalət hissini heç vaxt itirməyin, gerisi təfərrüatdır...
 
Aqil Ələsgər
Xəbər 965 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14245] initstartout [0.00016] initstartin [0.00094] calstart [0.01073] calend [0.00061] topnewsend [0.00456] rsssend [0.00000] ehgend [0.00772] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11700]