Qazax icra başçısının çətirtutanı var - FOTOLAR

  • 06 mart 2018, 11:04
Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib.

Unikal.org-un məlumatına görə, R.Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub.

Əslində havanın necə olmasından aslı olmayaraq, hüzn mərasimlərində, anım tədbirində rəsmi şəxslər şlyapa və çətirdən istifadə etməməlidirlər.
Bu fotoda yerli məmurların təvazökar ola bilməməsi, məhz dövlət başçısı tərəfindən dəfərlərlə sadə, əhali arasında səmimi olmaları barədə tapşırıqlar verilsə də, nədənsə bəzən icra başçıları özlərini krallar kimi aparırlar.

Salyanın sabiq icra başçısı da bir zamanlar özünü qədim krallara bənzətmişdi...

Oxşar xəbərlər