Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:08 - 22.02.2018  
Azərbaycan üçün böyük TƏHLÜKƏ - Şamaxıda
Tarix: 10-02-2018, 10:30 | Bölmə: Xəbərlər » Maraqlı

Şamaxı rayonu ərazisində yanvarın 16-da püskürən Quşçu vulkanı bu gün də ərazi və ətrafda yaşayanlar üçün təhlükə mənbəyidir.

Azərbaycan üçün böyük TƏHLÜKƏ - Şamaxıda Belə ki, vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsinə görə, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.

Sadalanan bu maddələrin artıqlığı insan bədənində hansı problemlərə səbəb olur?

İrsiyyətə öldürücü təsiri

Mobilden - böyrəklərdə və qida məhsullarında artıq miqdarda anemiyanın, padaqranın, endemik zobun (eyni zamanda yod çatışmadıqda) oynaqların xəstəliklərinin yaranmasında, bağırsağın işinin pozulmasına səbəb olur.

Stronsium - orqanizmə izafi miqdarda stronsium daxil olduqda "stronsium raxiti” və ya "yrovsk xəstəliyi” yaranır. Stromsium-90 ilə şüalanmanın təsirindən canlı maddədə dəyişmələr baş verir: hüceyrələrin strukturu və funksiyası pozulur ki, bu da maddələr mübadiləsinin əsaslı şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa şüalanma DNT-yə də təsir edir ki, bu da bir qayda olaraq irsiyyətə öldürücü təsir göstərir.

Bor - Bor artıqlığı olduqda bitkilərin boyu kiçik olur. İndikator bitkilər borun torpaqdakı miqdarına müxtəlif reaksiya verir. Məsələn, bor torpaqda yüksək miqdarda olduqda izen və şoran otda nəhəng bitkilər əmələ gəlir. Bor bəzi fermentlərə, həmçinin hormonlara zəiflədici təsir edir. Hər gün az dozada borat turşusu uzun müddət orqanizmə qəbul edildikdə çəkinin kəskin azalması baş verir.

Palçıqla atılan maddə ətraf aləm üçün zərərlidir

Vulkan ərazisində tədqiqat aparan Coğrafiya İnstitutunun əməkdaşı Elxan Məmmədbəyov Publika.az-a açıqlamasında bildirib ki, Quşçu vulkanı təkcə ətrafa yaydığı kimyəvi maddələrə görə zərərli deyil. Vulkan ərazidəki sürüşmə ocaqlarını da sakinlər üçün təhlükəli edir:

"Vulkan püskürəndən bir neçə gün sonra ərazidə sürüşmə aktivləşdi. Dağlıq ərazilərdə palçıq vulkanlarının güclü püskürməsi zamanı sürüşmə ocaqlarında aktivlik yaranır və sürüşmə prosesi sürətlənir. Quşçu palçıq vulkanı ərazisindəki kənddə də eyni vəziyyət müşahidə edilir. Vulkan Oructəpə deyilən dağın ətəyindədir. Vulkan və sürşümə sahələri kəndin yaxınlığındadır. Yanvarın 16-da baş verən püskürmə gurultu ilə müşahidə edilib, nəticədə güclü silkələnmə yaranmışdı. Bu da sürüşmə sahələrinə təsir edən amillərdən biridir. Silkələnmə ilə yanaşı ərazidə güclü qar yağması da sürüşməyə təsir edir. Adətən, qar suları yerə yaxşı süzüldüyünə görə sürüşmə aktivləşir”.

Mütəxəssis deyir ki, ümumi müşahidələrə görə 10-15 ildən bir vulkan sahələrində püskürmə halları təkrarlana bilir.

"Elmi tədqiqatların nəticəsinə görə, Azərbaycan seysmik aktiv zonadır. Seysmik aktivlik qeydə alınan kimi palçıq vulkanlarında da aktivləşmə müşahidə edilir. Quşçu vulkanı ilk dəfə 1913-cü ildə, sonuncu dəfə bu ilin yanvarında püskürüb. Ondan əvvəl isə 2008-ci ildə püskürmə qeydə alınıb. Lakin 1992-ci ildə vulkan püskürən zaman alovun hündürlüyü 150 metrə qədər yüksəlib”.

E.Məmmədbəyov vulkanın brekçiyasının tərkibinin kimyəvi elementlərlə zəngin olduğunu deyib:

"Bu maddələr yağış və qar sularının təsiri ilə kimyəvi elementlər digər ərazilərə yayılır. Bu zaman torpaq müxtəlif duzlar, ağır elementlərlə zənginləşdiyinə görə artıq məhsuldar bitki örtüyü məhv olur. Ərazidə həmin ekoloji şəraitə uyğun bitkilər müşahidə edilir. Vulkan kraterinin ətrafında taxıl əkənlərlə söhbət edərkən məlum oldu ki, məhsuldarlıq çox aşağıdır. Onlara da izah etdik ki, bunun səbəbi buğdanın qədim brekçiyanın üzərində əkilməsi ilə bağlıdır. Həmin ərazidəki elementlər bitkinin inkişafı yox, onun zəifləməsinə təsir edir. Bu sahədə əkilən məhsulla qidalanmaq doğru deyil. Vulkana yaxın ərazidə əkin aparmaq məqsədəuyğun hesab edilmir.

Bəzi vulkanlarda illərlə krifon fəaliyyətində olur, bu püskürmə hesab edilmir. Lakin krifon fəaliyyəti dövründə çıxan qazlar insanlar üçün təhlükəlidir. Çünki bu zaman salza adlandırılan palçıqla atılan maddə ətraf aləm üçün zərərlidir. Ona görə də palçıq vulkanları baş verən ərazidə yaşamaq məqsədəuyğun deyil”.

Mürəkkəb brekçiya torpaq qatını məhv edir

Vulkanların ekologiyaya zərəri barədə Publika.az-a danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev palçıq vulkanlarının ətrafa ən böyük zərərinin yerin altındakı süxurları yerin üst qatına çıxartması olduğunu deyib:

"Yer səthinə çıxan brekçiyanın tərkibində müxtəlif elementlər, qazlar, mikroelementlər ola bilər. Palçıq vulkanının yerin üst qatına çıxartıdığı mürəkkəb brekçiya torpaq qatını məhv edir. Onun yayıldığı ərazidə illərlə bir ot belə, bitmir. Həmin ərazidə bitki örtüyü itə, məhv ola bilər. Brekçiya üzərində torpaq qatının əmələ gəlməsi üçün uzun illər lazımdır. Ona görə də təkcə yaşayış məntəqələri yox, əkin sahələri də palçıq vulkanlarının hökmran olduğu ərazidən kənarda yerləşməlidir. Çünki bu, məhsul verən əkini də məhv edə bilər”.

Ə.Əliyev bildirib ki, insanlar vulkana yaxın ərazidə olmaqdan çəkinməlidir:

"Vulkan qəfildən püskürdüyü halda ətrafa yayılan qazlar insanların sağlamlığı üçün təhlükə yarada, zəhərlənmə, vulkan tullantıları yanıq hallarına da səbəb ola bilər. Hətta vulkanın yer səthinə çıxartdığı maddələr arasında radioaktiv maddələrin olması da mümkündür. Bunun üçün ərazidən götürülən qalıqların laborator analizi aparılmalıdır. Ancaq ola bilər ki, vulkanın üst qatında zərərli maddələr çox 50 metr dərinliyində az olsun, ya da əksinə. Lakin vulkan qalıqları ilə zənginləşən ərazidə illər sonra torpaq qatı yaranıbsa, orada əkilən bitkilər üçün təhlükə yoxdur”.

Ə.Əliyev vulkan olan ərazidə hansı məsafəyə qədər yaşayışa icazə verilməsi ilə bağlı fikir söyləməyin çətin olduğunu deyib:

"Çünki vulkanın püskürdüyü halda yayılacağı məsafəni dəqiq demək risklidir. Ola bilər ki, bir anda püskürüb, təxmin ediləndən daha çox ərazini əhatə etsin. Buna görə də vulkana yaxın ərazidə yaşayanlar bunu nəzərə almalıdır”.

Evlər təhlükədə

Quşçu vulkanı təkcə yer səthinə çıxartdığı maddələrlə zərərli deyil. Yanvarın 16-da baş verən püskürmədən bir neçə gün sonra baş verən sürüşmənin yaratdığı fəsadlar da bunu təsdiq edir. Həmin sürüşmə zamanı 8 hektar torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqlarındakı əkin sahələri ilə yanaşı həyətyanı əraziləri və tikililəri əhatə edib. Sürüşmə sahəsinin eni 1500 metr, uzunluğu 180 metrdir. Yarğanların dərinliyi 2 metrə çatır.

Sürüşmə zamanı həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri torpağın altında qalıb, evlərə və yardımçı tikililərə ziyan dəyib. Quşçu kəndində 10 evin divarında iri çatlar əmələ gəlib. Həmçinin 300 evi içməli su ilə təmin edən bulağın torpaq altında qalma təhlükəsi yaranıb. Bulağa aparan avtomobil yolu torpaq sürüşməsi nəticəsində zərər görüb. Şamaxı rayon İcra Hakimiyyətinin sürüşmə baş verən zaman yaydığı məlumatda rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəydiyi bildirilmişdi.



Vulkanın təsiri və nəticəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz QaralovPublika.az-a açıqlamasında bildirib ki, ərazidə sürüşmənin aktiv olması ilə bağlı vətəndaşların bu gün də müraciət edir:

"Lakin sürüşmə yalnız vulkanla bağlı deyil. Ərazi tektonik qırılma xəttinin üzərində yerləşir. Ona görə də illərdir daim aktiv zonadır. Təbii ki, baş verən vulkan püskürməsi sürüşməni daha da aktivləşdirir”.

Vulkanın həm brekçiyasının məhsullarının zərəri, həm də səbəb olduğu sürüşmədən sonra İcra Hakimiyyətinin qərarlarını öyrənmək istədik. Məlum oldu ki, proseslə baş memar məşğul olur, amma o, bir neçə gün əvvəl səhhəti ilə əlaqədar işindən azad edilib.

Memarlıq və tikinti şöbəsi Böyük məsləhətçi (mühəndis) Məmmədova Dilguşə bildirib ki, vulkan yalnız rayonun Quşçu kəndi ərazisi yaxınlığındadır:

"Lakin yaşayış məntəqələri vulkanın təsirindən zərər görə biləcək məsafədə deyil. Bu mənada sakinlərin həyatı üçün təhlükəli vəziyyət yoxdur”.

Vulkanın yaxınlığında əkin sahələri olan sakinlərə isə bələdiyyə torpaqlarından əlavə sahə ayrıla biləcəyini əlavə etdi.

İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan isə bildirildi ki, bu barədə məlumat daxil olduğu halda araşdırma aparılacaq.
Xəbər 2443 dəfə oxunub






Oxşar xəbərlər

Goranboy SSİ-nin rəisi iş icraçısını döydü
XİN Nalbandyana cavab verib
Stallone sağ olduğunu belə sübut etdi - VİDEO
Azərbaycanda neçə alkoqolik var? - SAY
Zakir Həsənov Belarusa səfərə gedib
Rusiya prezidentliyinə namizədlərin reytinqi açıqlanıb - Putin liderdir
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Fəttah Heydərovu təltif etdi- FOTOLAR
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi
Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)
ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu-Şok
Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Məcburi köçkünlərin aylıq müavinət məbləği artdı - SƏRƏNCAM
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
"Sumqayıt TP" Tacikistana kabel ixrac edəcək
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi
Gəncə QAİ-sinin cərimə meydançasında "ən ucuz maşınlar kolleksiyası"-RƏHİM ZALOV ÇUBUĞUNU KASIBLARA YELLƏYİR?
Qərbdən gələn diplomatlar müxalifətlə niyə görüşmürlər?
Mülayim keçən qışdan sonra kənd təsərrüfatında nə gözlənilir
Tramp ABŞ prezidentlərinin reytinqində son sırada
Bürcünüz sizə nə deyir? – 20 fevral
Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi
“Müharibə hər an başlaya bilər” - Zakir Həsənov açıqladı
Müharibə əlillərinə verilən prezident təqaüdü də artırılıb
Əli İnsanov məhkəməyə məktub göndərdi
Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb
Orduxanın yaxın qohumları dövlətə müraciət etdilər: “Ondan imtina etmişik” - VİDEO, FOTOLAR
Bloqer Tural Sadıqlının atası azadlığa buraxılıb
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Yol polisi DTX-nın əməliyyatına mane oldu – İşdən qovuldu
Baş nazirimiz hesabat verəcək
Livan prezidenti Ermənistana səfər edəcək
62 yaşlı əməkdar müəlliməyə cəza kəsildi - dələduzluq işi
Türkiyəli seks-manyak təcridxanada öldü - Bakıda
İraqda azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi
Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi
Frenk Elkaponidən Qarabağ qazilərinə növbəti JEST - daha 5 mənzil hədiyyə edəcək
İsmayıllıda yanan villa Ziya Məmmədovundur? - VİDEO
Aparıcı Mətanət Əsədovanı belə öpdü - Efirdə biabırçılıq (VİDEO)
Düşmən təxribatı - atəşkəs 136 dəfə pozulub
"Cəmil Həsənli haqqımda bir xoş söz deyən kimi..." - Anar
Millimiz Avropa çempionatının qalibi oldu
Bərzani yeni seçkilərin anonsunu verdi
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
Əfv sərəncamının verilmə vaxtı dəyişdirilə bilər - SƏBƏB

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21576] initstartout [0.00018] initstartin [0.00088] calstart [0.02572] calend [0.00066] topnewsend [0.00540] rsssend [0.00000] ehgend [0.07137] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11076]