Türk çoban evdə bəslədiyi quzuya pampers bağlayır

  • 06 fev 2018, 07:34

Türkiyənin Manisa şəhərində heyvansevər cütlük anası ölən bir quzuya evdə baxmağa başlayıb. Əmziklə bəslənən, altına pampers qoyulun quzunun şəkilləri sosial şəbəkədə paylaşılınca böyük marağa səbəb oldu.

Quzu hətta evin içində balaca körpə geyimləri də geyinir. Quzunu evdə saxlayan cütlüyün uşaqları da altına pampers bağlanan, oyuncaq dovşan ilə oynayıb, evdə gəzən quzunun şəkillərini çəkib sosial media vasitəsilə paylaşırlar. Evdə saxlanan quzunun şəkli bir çox insanın diqqətini çəkdi. Heyvansevər cütlük əmzikli butulka ilə bəslədikləri quzuya "Xallı” adını verdilər.

Demokratik.Az

Oxşar xəbərlər