Putinin bəbiri öldü

  • 20 yan 2018, 13:14

Rusiya prezidenti Vladimir Putinin qorunması üçün təlimat verdiyi bəbir ölüb.

Musavat.com-un məlumatına görə, 2016-cı ildə Viktoriya, Killi, Akxun adlı 3 bəbir Qafqaz dağlarına buraxılmışdı. Təbiətə buraxılmazdan qabaq Putin bəbirlərlə media qarşısına çıxmış, nəsli kəsilməkdə olan bu heyvanların qorunması üçün təlimat vermişdi. Keçən il isə bu bəbirlərdən biri – Viktoriya qaçaraq Abxaziyaya keçmişdi. Təkrar Soçiyə gətirilərək 3 həftə əvvəl təbiətə buraxılan bəbirin ölüsü tapılıb.

Məlumata görə, GPS ilə izlənən bəbirlərdən birinin hərəkət etmədiyi müəyyən edilib. Viktoriyanın ölümü "təbiətə böyük itki” adlandırılıb və ölüm səbəbinin araşdırılacağı bildirilib.

Oxşar xəbərlər