Hadisə Yeni ili Azərbaycanda keçirəcək

  • 07 dek 2017, 09:17

Türkiyə mediası müğənni Hadisənin Yeni illə bağlı Azərbaycanda konsert proqramı verəcəyini yazıb.

 

Axşam.az-ın məlumatına görə, ifaçıya bunun qarşılığında 1 milyon lirə (təxminən 500 min AZN) qonorar təklif olunub.

 

Qeyd edək ki, bir müddət öncə Tarkanın da Yeni ildə ölkəmizdə konsert proqramı ilə çıxış edəcəyi xəbərləri yayılmışdı. Lakin Tarkan Kiprdən gələn təklifi qəbul etdiyi üçün Azərbaycana gəlməyəcək.

 

Xatırladaq ki, bu il "10” albomu ilə gündəmdən düşməyən meqastar Bakıdan gələn 1,5 milyon qonorarlıq təklifdən imtina edib. O, Kiprdən 1,3 milyon qonorar alacaq.

Oxşar xəbərlər