Vanqa yadplanetlilərlə görüşü haqda nələr deyib?

  • 02 dek 2017, 10:38

1995-ci ildə Vanqanın ölümündən bir müddət öncə əcnəbilərin yer kürəsinə gələcəkləri barədə Bolqarıstanda şayiələr dolaşır. Ekstrasenslərdən biri kosmosdan gələnlərlə görüşəcəyini və buna hazırlaşdığını deyir. Lakin…

Demokratik.Az xatırladır ki, məhz illər öncə görücü Vanqa Yunanıstanda kosmosdan siqnal alınacağını, Marsdakı müstəmləkənin yeni dövlətə çevriləcəyini və Yer kürəsindən azadlıq tələb edəcəklərini bildirmişdi.

1979-cu ildə Vanqa dünyanı maraqlandıran yadplanetlilərin necə və hansı formada olmaları ilə bağlı bunları söyləmişdi:

"Mən artıq bir ildir ki, onları görürəm. Onlar şəffafdırlar və insanın suda görünən əksinə bənzəyirlər. Onların balıq dərisinə oxşayan paltarları zirehi xatırladır. Yadplanetlilərin içərisində, deyəsən, qadınlar da var. Saçları dəniz yosununa oxşayır və ördək tükü kimi yumşaqdır. Bəzən onların kürəyində qana bənzər nəsə olur. Çox vaxt Petriçdə evimə qayıdanda mən onları otaqlarda oturan görürəm. Onlarla danışıram. Hərdən uzaqdan, darvazaya çatmamış uzun səslər, melodiya eşidirəm. Elə bil, kilsə xorudur”.

İllər sonra, 1995-ci ildə Vanqanın ölümündən bir müddət öncə əcnəbilərin yer kürəsinə gələcəkləri barədə Bolqarıstanda şayiələr dolaşır. Ekstrasenslərdən biri kosmosdan gələnlərlə görüşəcəyini və buna hazırlaşdığını deyir. Lakin təyin olunmuş vaxtda başqa bir planetdən heç kim gəlmir.

Bir neçə həftə sonra bolqar jurnalistlər hadisə ilə bağlı Vanqadan müsahibə alırlar:

- Yadplanetlilərin dünyaya gələcəyi barədə ajiotajı xatırlayırsız?

- Xatırlayıram, amma onları görmək mümkün deyil. Onlar dünən gecə yalnız məni görməyə gəldilər və qapının önündə durdular.

- Qorxdunuz?

- Nə qorxu? Biz danışdıq, çox gözəl idi və onlar itdi.

- Başqası onları gördü?

- Onlar yalnız mənimlə görüşmək üçün gəlirlər.

- Yadplanetlilər haradan gəlmişdi?

- Onlar Vamfim planetindən gəlirlər və o, Yer kürəsindən sonra üçüncü planetdir. Yadplanetlilər böyük bir hadisəyə hazırlaşırlar, amma hadisənin necə olacağının izahı yoxdur.

- Bəs digər sivilizasiyaların nümayəndələri ilə görüş olacaq?

- Bəli. 200 il sonra…

Demokratik.Az

Oxşar xəbərlər