Saç erkən ağarırsa - səbəbləri

  • 23 noy 2017, 07:51

İnsanlar yaşa dolduqca saçlarının ağarmasını müşahidə edirlər. Bunun səbəbi saç soğanağındakı xüsusi hüceyrələrin melanin piqmentini az ifraz etməsidir. Bu, bəlli bir yaşdan sonra normal proses sayılır. Lakin bəzən insanın saçları 20-30 yaşlarında sürətlə ağarmağa başlayır.

Axar.az xəbər verir ki, gənc yaşda saçların ağarmasının səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri irsiyyətdir. Bəzən isə bunun səbəbi orqanizmdə gedən hər hansı pozulmadır.

Saçların ağarmasının səbəbləri:

- vitamin və mineralların kəskin çatışmazlığı

- qalxanvari vəzi fəaliyyətinin pozulmaları

- qara ciyər və böyrək xəstəlikləri

- ürək-damar sistemi xəstəlikləri

- maddələr mübadiləsi proseslərinin pozulmaları

- çox güclü stress

- xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi

- yuxunun pozulması

- miqren

- gizli şəkər

Mütəxəssislərin bildirdiyinə görə, əgər saçlar vaxtından əvvəl ağarırsa, o zaman mütləq həkimə müraciət etmək lazımdır.

Oxşar xəbərlər