Tarixdə bu günün hökmü - 22 noyabr

  • 22 noy 2017, 09:21

"Demokratik.Az”-ın məlumatına görə, tarixdə bu gün bir sıra əlamətdar hadisələrlə yaddaş yazıb. Bugünün bir neçə maraqlı hadisəsini yada salaq: 

1497 — Vasko da Qama Ümid burnuna çatdı.

1927 — İran Fars körfəzindəki Bəhreyn adalarına iddia irəli sürdü.

1943 — RuzveltÇörçill və Çan Kayşi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşdırdılar.

1955 — SSRİ özünün ilk hidrogen bombasını sınaqdan keçirdi.

1960 — İlk "Zaporojets" avtomobili konveyerdən çıxdı.

1989 — Müstəqillik bayramı zamanı təşkil edilən terror aktı nəticəsində Livan prezidenti Röne Muavad və onun əhatəsindəki 11 nəfər həlak oldu.

1990 — 11 illik hakimiyyətdən sonra Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer istefa verdi.

2004 — Ukraynada "narıncı inqilab” başladı.

2005 — Angela Merkel Almaniyanın ilk qadın kansleri seçildi.

Demokratik.Az

 

Oxşar xəbərlər