Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:17 - 20.08.2018  
“Balıq Hafiz”dən namizəd çıxar, “Quska”dan yox?
Tarix: 21-11-2017, 12:39 | Bölmə: Xəbərlər » Maraqlı

“Balıq Hafiz”dən namizəd çıxar, “Quska”dan yox?Bəri başdan deyim ki, Hüseyn Abdullayevdən prezident çıxacağına inananlardan deyiləm. Amma onun prezidentlik sevdasının top-tüfənglə qarşılanmasını da qəbul etmirəm. Söhbət demokratik hüquqdan gedirsə, hər bir Azərbaycan vətəndaşının buna haqqı var. Necə olur, "Balıq Hafiz”dən, Araz Əlizadədən, Zahid Orucdan prezidentliyə namizəd çıxar bilir, amma "Quska”dan yox?

Səmimi olaq, prezidentliyə namizədlərin xırdalanmasının günahkarı bu gün öz namizədliyini irəli sürənlər deyil. Mövcud hakimiyyət uzun illər boyu "alternativsiz lider” obrazı yaratmaq üçün ciddi siyasiləri seçkidən kənarda saxlamaq, saxta "liderləri” meydana çıxarmaq yoluyla bu ənənənin əsasını qoyub. Seçki marafonuna çıxarılan saxta "liderlərin” işi-gücü isə "alternativsiz lider” obrazına alternativ kimi görünənlərin qarasınca söyüş yağdırmaq olub. İstər Əli Kərimliyə, istərsə də  Cəmil Həsənliyə qarşı istifadə olunan bu saxta namizələrin lüğət tərkibi qətiyyən bir çoxlarının "Quska” adlandırdıqlarının ritorikasından daha qanacaqlı deyildi. Bəs, onda nə baş verir ki, Hüseyn Abdullayevin öz namizədliyini irəli sürməsi bu qədər qıcıq yaradır - daşı başqa istiqamətə atmasımı?  Dünənə qədər Əli Kərimlini, Cəmil Həsənlini dünyanın ən təhqiramiz ifadələriylə söydürən hakimiyyət indi niyə Hüseyn Abdullayevin öz seçki platformasına korrupsioner məmurları hədəf alan "qor-qoduq” ifadəsinə dəvə nalbəndə baxan kimi baxır? Unudulmamalıdır ki, cəmiyyətdə salınan bütün izlər bumeranq təsirinə malikdir və bir gün mütləq özümüzə qayıdacaq.

 Hüseyn Abdullayevin vaxtilə öz qoçu dəstələriylə demokratik qüvvələri döydürdüyü və bununla da mövcud istibdad rejimini möhkəmlətdiyi gerçəkdir. Bunu, yəqin ki, onun özü də inkar etməz. Fəqət bunu edən adamın öz günahlarından tövbə edərcəsinə əks düşərgəyə qoşulmasını lənətləmək nə milli mentalitetimizdən gələn dəyərlər sisteminə, nə də mübarizə fəlsəfəsinə sığır.

Xatırlatmaq yerinə düşərdi ki, vaxtilə Məhəmməd peyğəmbərə, İslam dininə qarşı döyüşən və bir çox qələbələrə imza atan müşriklər ordusunun ən böyük sərkərdəsi Xalid bin Valid də eyni yolu tutmuş, Haqqa gəlmişdi. Onun tövbəsinə də bir çox müsəlmanlar şübhə ilə baxır, "onlarla, bəlkə də yüzlərlə mücahidi şəhid edən adamın bizim aramızda nə işi var” deyirdilər. Məhəmməd peyğəmbər isə öz tərəfdarlarını "İslam dini ona sığınan hər kəsindir” həqiqətinə inandırmağa çalışırdı.

Peyğəmbərin israrı ilə Xalid bin Valid müsəlman ordusuna qatılmaqla qalmadı, bir çox döyüşlərdə baş sərkərdəlik etmək şərəfi qazandı. İslam məhz "tövbə qapısı hər kəsə açıqdır” anlayışının hesabına böyüdü, dünyanın 4 tərəfinə yayıldı. Azərbaycan xalqının mənəvi dünyagörüşünü formalaşdıran İslam dininin tövbə anlayışı niyə indiki Hüseyn Abdullayevlərə, yaxud dünən sıralarımızı tərk edənlərə qapalı tutulmalıdır? Axı bizim davamız bu gün iqtidarda olanları postundan uzaqlaşdırıb onların yerində oturmaq deyil. Məqsəd bütünlüklə Azərbaycanı demokratikləşdirməkdirsə, qapımız hər kəsə, hətta dünənə qədər başımızı kəsməyə hazır olanalara belə açıq olmalıdır. Hər halda Xalid bin Validdən fərqli olaraq Hüseyn Adbullayevin qoçu dəstəsi yüzlərlə tərəfdarımızı öldürməyib, sadəcə bizlərə bədən xəsarəti yetirməklə və mitinqləri dağıtmaqla kifayətlənib.

Ümumiyyətlə, tarix sübut edir ki, məsələlərə qisasçılıq hissiylə yanaşan heç bir ideoloji mübarizə uğurla nəticələnmir. Marjinallaşma xətti tutur, getdikcə öləziləşib sıradan çıxır. Yaşamaq hüququ və qələbə qazananlar isə dost-düşmən bilmədən qucağını hər kəsə açanlar olur.

Üstəlik, demokratik mübarizəyə zərbə vuranlar təkcə Hüseyn Abdullayev, Rza İbadov kimi qarşı cəbhədə dayanıb bacardığı metodlarla müxalif qüvvələri sındırmaq istəyənlər də deyildi. Cismən müxalif qüvvələrin yanında, ruhən isə hakimiyyətin qucağında oturanların mübarizəmizə vurduğu zərbələr daha ağır nəticələr verdi. Daxili parçalanmalar olmasaydı, xarici təsirlər heç bir effekt verməz, kristallaşmış daşlar üzərinə damlayan sular kimi onun səthindən süzülüb gedərdi.

Su o zaman dağıdıcı təsir göstərir ki, damladığı məkanın sıxlığı daha geniş və hər an parçalanmağa hazır olur. Məsələn, torpaq kimi. Su damladığı yumşaq torpağı dəldiyi halda, kristal daşlara dəyib özü parçalanır, daha kiçik zərrələr halında ətrafa saçılır. Əgər biz "Quska”ların keçəlləri qarşısında kristal daşlar kimi dayana bilməmişiksə, deməli, torpaq kimi sıxlığı az və parçalanmağa meylli olmuşuq. Bu mənada müxalifəti daxildən parçalayanların zərbəsi Hüseyn Abdullayevlərin qoçu dəstələrinin yumruğundan daha ağır olub.

İndi belə bu mərəzlərindən yaxa qurtara bilməyən həmin qüvvələr Hüseyn Abdullayevin 20 il öncəki əməllərini təftiş edirlər. Güzgüyə baxan meymun misalında olduğu kimi...

Heydər Oğuz

Xəbər 1595 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11291] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00783] calend [0.00042] topnewsend [0.00327] rsssend [0.00000] ehgend [0.01604] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08406]